Xəbər lenti
Yaddaşın rəsmi
Xaqani Abbasəli Öztürk
Əvvəlki yazılarımda yazmışdım ki, filankəs işıqlı adamdı.. Və də belə adamlar haqqında yazı yazanda çalışdırdım ki, yazdıqlarım ürəyimin işığından süzülüb gəlsin.. Axı atalarımız da demişdi ki, təsirlənmədən bilməzsən. Təsirləndirmək insaan ağlının rütbəsini göstərir.
Bu gün dünyanın öz dili var, hər millət də dünyayla öz dilində danışır və dünyanı da məcbur dünyanın danışdığı dil eldünyanın danışdığı dil eldünyanın danışdığı dil elə ömrün yaddaşı olan ilahi poeziyadı...Poeziya ilahi lütfdür hər könül onun dilini biləməz. Ulularımız deyərmişlər ki, dəryalar damlalarda əks olunduğundan, dəryanın tərkib hissəsini bir damlaya nüfuz etməklə belə öyrənmək olar... Bu anlamda mən də bir xanım şairənin yaradıcılığına əlimdə olan bir neçə şeirləri ilə işıq tutmağa çalışacam.
Çünki ilk şerini oxuyanda Səadət Salmanqızının nə qədər cəsarətli qələm sahibi olduğunu gördüm. Qələm adamlarının əbədiyyən əli yaxasında olduğu həyatdan hesab istəyirdi:
Həyat! Qəribəsən, amma bilmirəm,
Hamıya beləsən, ya təkcə mənə?
Kiminə cənnti-gülüsta verib,
Məni həsrət qoydun çölə, çəmənə.
***
Sənmi çox fərqlisən? Mənmi uyumsuz?
Nədən baş açmıram oyunlarından?
Ömrümü mən necə sığortalayım,
Sənin yazılmamış qanunlarından?
***
Xeyrin də, şərin də dəyişib düzü,
Tanıya bilmirəm, seçə bilmirəm.
Bilnmir həyatın astarı, üzü
Ömrümün libasın biçə bilmirəm.
Taleyini ömrünə libas biçən Səadət Salmanqızı düşmən işğalından səadətə qovuşan Zəngilan rayonunun Alibəyli kəndində dünyaya salam deyib...Nurlu-ziyalı ailənin mübarək övladı Səadət hələ uşaq yaşlarından şeirə könül verib. Sonralar şeirləri təhsil aldığı Tibb Universitetinin “tibb” qəzetində çap olunub. Sözlə könüldaşlıq edən xanım yazarın şeirləri sırası ilə “Azərbayçan qadın” jurnalında, “Vətənin zəfər yolu” və “Azərbayçan” qəzetlərində işıq üzü görüb.
Səadət Salman qızının şeirə olan aşırı sevgisinin təməlində atası Salman Soltanın söz adamı olması durur.
Səadət Salman qızı həkim kimi xalqına göstərdiyi yüksək qayğıkeşliyinin mükafatını Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təqdim olunmuş Fəxri fərmanı, “Şəfalı əllər” və “İlin seçilən həkimi”media diplomları taclandırır...
Düşünürəm ki, öz gerçəyini yaşayan insan öz-özünü özgürləşdirir... Bu mənada Səadət Salman qızı şanslıdır. Yazır ki,
Bir həsrət dolanır inan qanında
Bir həmdəm istərəm ola yanımda
Bu dərdli günümdə, qəmli anımda
Danışıb üzümə gülənimmi var?
***
Xatirəmdə qalan çağlar yaşadı,
Sinəmdə çəkilən dağlar yaşadı
Bütün ömrüm boyu ağlar yaşadım
Gözümün yaşını silənimmi var?
***
Necə tez ayrıldı, tərk edib getdi,
Məni sevdiyimə peşiman etdi
Dost dediklərim də unutdu, getdi
Gözlərim yol çəkir gələnimmi var?
Mənim həqiqətimə görə məhkumiyyət mühakimənin sonucudur, əgər mühakimə yoxdursa, məhkum da yoxdur. Səadət Salmanqızı şeirlərində duyğularını mühakimə etməyi bacarır...
(Əgər qələm adamı özü öz fikirlərini “protesto” edib müxalifətdə dayanmaqdan çəkinmirsə onun əbədi cəsarətinə heyranlıq duyğusu alqışlanmalıdır)...
Düşünürəm ki, zaman zahiri olmadığından ondan istəyini qələm adamı hissiyətlə alır... Səadət Salmanqızının şeirlərinin rəngi elə zəmanəsinin rəngindədir..
Bu da bir həqiqətdir ki, poeziya adlanan hədəfə mənəvi yolçuluğa çıxan hər qələm adamı mənəviyyat dürüstlüyündən heç vaxt taviz vermir... Səadət Salmanqızını sevdirən nəsnə odur ki, o, bir şairə xanım əfəndi kimi əsərlərində Allah qarşısında heçliyini idrak etməkdə (zorluq) çətinlik çəkmir... dünyanın faniliyini dərk edən xanım şairə bir şeyrində yazır ki,
***
Belə qəmli durub qəlbimi yaxma
Son dəfə üzümə gül, gedirəm mən.
Sənə sonsuz olan sevgimə baxma
Sənlə qalammaram, bil gedirəm mən.
***
Vüsal kənar gəzir, bizdən bezibdi
Həsrət çəpər çəkib, yolu kəsibdi
Bəlkə aramızda artıq əsibdi
Ayrılıq adında yel, gedirəm mən.
***
Çalış vəfasıza sən bel bağlama
Sevdin ürəkdən sev, könül dağlama
Gəl mənim arxamca belə ağlama,
Gözünün yaşını sil, gedirəm mən.
Əgər şeir xalqın könlünə ünvanlanıbsa, o xalqın övladına dönür.
Səadət Salmanqızının şeirləri ilə həmsöhbət olanda görürsən ki, bu insanda təkəbbürdən əsər-əlamət yoxdu qələm adamlarının bəzisi əsrlərdən geridə qalır, bəziləri isə əsrləri arxasınca aparır.
Mənim düşüncə tərzimə görə şeyir ibadətinin könülə hədiyyəsi, hüzurdu...
Bir digər önəmli xüsusiyyət ondan ibarətdir ki, Səadət Salmanqızının şeirlərinin vicdanı abartılı şəkildə özünü biruzə verir. Fəhmim mənə deyir ki, xoş o qələm adamının halına ki, zövqü qabliyyətinin tutumu qədərdi.
Bir özəllikdə ondan ibarətdir ki, xanım şairənin bütün şeirləri ölçülü-biçilidir...
Bu hal şairin yaradıcılığının sərhədləri manesiz aşmasına yardımçı olur. Hətta ayrılıq məqamına ölçülü-biçili şəkildə münasibət şair qələminin ucundakı ürəyin nə qədər ritmə uyğun döyünməsinə əyani subutdur...
Səadət xanım yazır ki,
***
Bu ayrılıq necə gəldi?
Nə sən bildin, nə mən bildim
Hicran üzümüzə güldü,
Nə sən güldün, nə mən güldüm.
***
Zirvələrə çıxammadıq
Qoşa durub baxammadıq
Həsrət evin yıxammadıq
Nə sən çovğun, nə mən yeldim.
***
Qibtə edərdilər bizə
Bax sevgimiz gəldi gözə
Eşqimiz döndü bir közə
Nə sən alov, nə mən küldüm
Bəzən ağlıma gəlir ki, əsl poeziya nümunəsi ihlasdır ki, o da Allahla qul arasındakı sirrin adıdır. Xatırlayıram ki, bir zamanlar yazmışdım ki, şeir mənim təhəccüt namazımdır... İndi düşünürəm ki, əsilində hər qələm adamı öz şeirlərini öz övladı bilir...
Hər qələm adamında olduğu kimi Səadət Salmanqızı da şeirlərinə insan taleyinin çiləsini yükləyir...
Mən düşünürəm ki, ayrılıq və həsrət şeirləri şairin özündən aldığı (öcdü) intiqamdır...
Son görüş yeri şeiri Səadət xanımın hicrana üsyanıdı... şairə xanım yazır ki,
***
Hicran düşdü aralığa
Hədəfdi, sinəmiz dağa
Nədən girdik biz bu bağa?
Nə sən bülbül, nə mən güldüm
***
Ayrılığa ağlamadıq
Qəlbimizi dağlamadıq
Heç biz coşub çağlamadıq
Nə sən çaydın, nə mən seldim.
***
Əməl etdi kim bu işə
Həsrət qaldıq bir gülüşə
Nədən idi, son görüşə
Nə sən gəldin, nə mən gəldim?!
Mənim həqiqətimə görə ciddi ədəbiyyatla məşğul olan gələm adamının ana hədəfi tərki-tərk mərtəbəsinə Allahdan razılıq duası olan şeirlə qalxanda, oxucu qəlbində rahatlıqla özünə “xeymə” qura bilir.
Ona görə də ictimayi vicdanı oyaq olan qələm adamının yazdıqları nümunələr varlıqla yoxluğun görüş nöqtəsində savaşı qazanan paşa kimi qürurla dayanır və deyir:
***
Bilmirəm başlayım nəyi haradan?
Hər şeyə özümü gec qalmış gördüm.
Hələ cavanlığı tam yaşamadan,
Göz açıb üzümü qocalmış gördüm.
Mənə görə şeir yaşanmış ömrün yazılı yaddaşıdı... Təbii ki, qələmin də müqqədəs borcu bu yaddaşın əbədiləşməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etməlidir. Çünki keçmişsiz gələcək olmur...
İnsanların taleyi, ömür yolu ilə bağlı hər hansı bir məsələyə münasibətimi yazanda mənim üçün həmin anda zaman dayanır...
O, məqamda mən vaxtı ötmüş oluram, gələcəyi və onu yaradanları görürəm.
Gələcəyi yaradanlar və dünəndən nəsibini alanlar arasında önəmlı mövqey qələm adamlarının payına düşür.
Bu mənada Səadət Salmanqızı şansı yavər yazarlar sırasında...
Mənim şəxsi qənaətimə görə şeir könülün dəyişməsinə və gəlişməsinə xidmət edən və tövbəsi olmayan “günahdı”...
Klassik ədəbiyyatımızın ulu istiqamətlərindən birisi də, cəmalən dəyişmə içə, könülə təsir etməz, fəqət könülcə dəyişmə cəmalə təsir edən gerçəkliyi idi.
Ama həyatda olduğu kimi, şair bəzən deyil çilədən, yaşamaqdan belə bezir. Səadət xanım da bir şeirində yazıb ki,
***
Hər kəsin dünyaya bir gözlə baxıb,
Düşündüklərini sezmişəm, Allah
Nələr itirmişəm, nə qazanmışam
İtirdiklərimə dözmüşəm, Allah.
***
Bir dost aramışam minlər içində
Bəlkə yanılmışam mən hər seçimdə
Min insan qəlbiylə, min bir biçimdə
Dünyanı, cahanı gəzmişəm, Allah
***
Ömrüm bir gül kimi solmaq istəyir
Gözlərim qan yaşla dolmaq istəyir
Ürəyim özgəsi olmaq istəyir
Mən özüm olmaqdan bezmişəm, Allah.
Ümumiyyətlə, şeir bəşəri və ilahı duyğuların dolandığı vətən olduğu üçün onun çevrələdiyi orman ögey fikirlərə dilmanclıq edən quşlara yer yoxdur.
Mənə görə əbədi yaradıcılığın “paşası” olan şeyir ən gözəl və özəl duyğuları ölçülü, ütülü və bölgülü formada sabaha aparan qatarın ən əziz müsafiridir.
Ona görə də düşünürəm ki, bu misafirə münasibətsiz münasibət dünyavi duyğuların hörmətdən düşməsinə nədən ola bilər...
Unudulmamalıdır ki, əbədiyyatın məkanı könlün imtahan yeridi... Fikrimcə poeziya yaradıcılığı əsilində təqiq olunmamış bir elim kimidir ki, qarşılığı könüllərə verdiyi hüzurun çəkisi ilə ölçülür...
Mən düşünürəm ki, Səadət Salmanqızının yaradıcılıqda yoluna çıxan bir “bəxtəvərlik” də onun şeirinin ruhunda “tərəkəmə” özəlliyinin olmamasıdır.
Düşünürəm ki, əbədi yaradıcılıq ağ üzərində qara yazmaqla tamamlanan missiya deyil və hətta hafizə təzələmək məqsədiylə yazılan yazılarında cayiz sayılmaz.
Əsl qələm adamı Allahdan və həqiqətdən uzaq olan hər şeyi tərk etməlidir... Çünkü ədəbi həqiqət yaradıcı zatın özünü tanımasıdır. Bəlkə buna görədir ki, Səadət xanım nəyi hardan başlaması barədə bu qədər əndişələnmir.
***
Bilmirəm başlayım nəyi haradan?
Hər şeyə özüm gec qalmış gördüm
Hələ cavanlığı tam yaşamadan
Göz açıb üzümü qocalmış gördüm
Şairin könlünə sitəm edən dərd-sər o, qədər əfkarlanır ki, hətta özü dolmuş göy üzünə bənzəyir... Günahın kimliyi və kimdə olması önəm daşımır:
***
Günahkar ya sənsən, bilmirəm ya mən?
Çox durdun qəsdimə kəsildin qənim
Anlaya bilmədim sənin dilindən
Ya dilini dəyiş, ya dil öyrənim
Deyir və şair cəfasının əbası əynində sözün əlindən tutub sabaha xanım-xatun yürüşüylə hədəfinin həbəsinə doğru yol gedir. Yolun açıq olsun
Səadət Salmanqızı... Ədəbi etiqadının hürr idrakına əhsən deyirəm.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar