Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Oyat məni çıxım gedim!... -Nazir Rüstəm duyğularının yarası barədə

Tarix: 20-04-2022 18:26     Baxış: 2485 A- / A+

                                                 Nazir Rüstəm

Deyirlər ki, zamandan uca olan söz İlahi duyğuların səsli rəsmini çəkən yeganə məleykədi... Fəqət fəqətdən fərqli olaraq zaman içində özünün pünhalığını insanı yaratmaqla faş edən Rəbb sözə məleykəlik missiyasını “əbül bəşər” olan seçilmişlərin “Həbibi –Nacar” yoluna bələdçilik edən Peyğəmbərlər məclisinə aday, şairlərə vermişdi... (əslində şairlik hünər, cəsarət filan deyil, o sadəcə seçilmişlərə verilən fikri vergidi)
Şairlik əslində yaddaş ümmanından içilən bir badə zikir nəsəsini, çiləsini üyəsi olduğu və olmadığı toplumlara çatdırmaqla mükəlləf olan həqiqət dərvişidir. 

Söz bəmbəyaz ruh geyinəndə şairə dönür.... Şair şairin taleyidi. Mənim düşüncə tərzimə görə aləmlər içində oxunan ən gözəl dua, elə şairdir ki, onu da İlahinin şeyir rütbəsi həsrəti zallar oxuyur. Məndə könlünü İllah da gələn vəhylərə açıq tutan bir köhnə dərvişi –azaldan söz açmaq istəyirəm. 
... Çox təəssüflənirəm və təəssüfümü də qınayıram ki, onunla  nədən gec tanış olmuşuq. Amma təfəkkürümün sarsılmaz inancı mənə bərk-bərk tapşırır ki, üzülmə sən o, sənətkar zatı duyğuların dərvişi kimi tanıma qisməti ilə nəsiblənmisən. Olsun.... olacaqlar, olacaqlar... nəhayət ki, - onun ömür payının mükafatı olan şairi ilə tanışlıq məqamı gəldi....
Sözdən, onun sözündən söz açmadan öncə deyim ki, qədim “bayat” – tayfalarının kötücələrindəndir və bayat nəslindən olan son Nazirdi. Nazir Rüstəm. Seyrə könlünü qapdırdığı günü hafizəsinin xatirə yaddaşında düşürüb. Bəlkə də səbəb aktyorluq sənətini səsinə və duruşuna yaraşdırdığındandı... (mülayim baxışı və qürurlu duruşu ilə kimsəyə bənzəməyən adamdı.)
Yazır ki, - 
Durub güzgüdən baxır,
mənə bu tanış adam...
Doğmaları içində,
Yad adam, yanlış adam.
      ***
Eli köçən yurdmusan,
quzumusan, qurdmusan,
hayqıran sükutmusan?..
Bir dillən, danış adam.
       ***
Dünyada min yalan var,
min yaxşı, min yaman var...
Gözlərində duman var,
Kiprikləri yaş adam.
                            ***
Gücü verib ayağa,
Di durma, get qabağa...
Salamat çıx sabaha,
Bu günü danmış adam.
İctimai düşüncə, məqamına görə və həqiqətəndə, şairlik həqiqətin ötəsində olan həqiqətə varmaqla mümkünləşir...
Nazir Rüstəm sözündəki həqiqətə münasibət ilahi haqdan tutulmuş gül dəstəsi qədər ətirlidi... həqiqi və dürüst. Onun şair kimi dürüstlük düsturunu həll etsən cavab təmiz vicdan çıxacaq. 
Bilginlərin deyiminə görə söz adamı sözdaşıyla könüldaşlıq etsə qazanan yenədə ilahi söz olacaq. Haqqın yurdunu könlü qədər sahiblənən dərviş şair Allaha qul olmağı ən ali azadlıq sayır: olsun, məndə dərviş qardaşımın ilahi azad sözündən ocaq çatıb, şənlik qurub dərdinin rəsmini çəkməyə çalışacam. Qəmli nəğmə istəyir, məndə sözünü yerə salmayıb nəğmə sifariş verməyi borc bilirəm. 

Mənə qəmli nəğmə oxu,
Ağlat məni, çıxım gedim..
Oxu, kəlmə - kəlmə oxu
Aldat məni, çıxım gedim.
      ***
Sirri var dağın  - daşın da
Buludunda, yağışında...
Ağla gözünün yaşında
Ovut məni, çıxım gedim. 
     ***
Bu ayrılıq birdən gəldi,
Yeridi hər yerdən gəldi,
Göydən gəldi, yerdən gəldi – 
Unut məni, çıxım gedim.
      ***
Bu nəğməni kim oxudu,
Bu ilməni kim toyudu?
Deyirsən bu bir yuxudu...
Oyat məni çıxım gedim..

Şayir ədəbiyyat mülkiyyətində iftixar yarası olduğundan, milli özünüdərk məfkurəsinin təməli olmasına təmin yaradan müqəddəs münasibətlər vətənidi...
Nazir Rüstəmin şeyirlərində ruhun cəvvalığı, misraların mayasında dipdiridi – dayandığından qəramı dili özgə ritmə qulaq vermir, .. qol qaldırmır...
Fikrimdə bu cür dayanıqlılıq onda oyaq və ayıq söz kəcavəsini dopdolu tutur....
... Çoxu zaman ürəksiz yazmadığı şeyirlərinin səsi ta ötədən könlümüzə qədər ulaşır ki, bəs bu ömrü yaşamırıq , daşıyırıq... daşıyırıq vəssalam.

Hava tutqun, qafa tutqun – 
Heç açılmır eynimiz də.
Bu yer üzü düşüb yorğun,
Mürgü vurur beynimizdə.
     
   ***
Dilimizdə tənə, qınaq, (Dilimizi qarsıyan ah...)
İçimizdə, nəfs, tamah.
Təpədən dırnağa günah,
Biçilibdi əynimizdə.
       ***
Bu nə sirdi açammırıq,
Bu nə dağdı aşammırıq?
Bu ömürdü yaşamırıq – 
Daşıyırıq çiynimizdə.

Hər şeyrin sərhəd olduğu kimi onun ədəbinin ərkanı da kəsinliklə fərzdi... Şeyirin tərbiyəsi şairin qəlbinin və düşüncəsinin əxlaq simgəsidir ki, bu anlamda Nazir əfəndinin şansı yavərdir...
....Nazir Rüstəmin şeyirlərində sürgündən dönən əyni nimdaş sözlər yetərincədir ki, bu da hərzəti zatın mütailəsinin bahalı olmasından qaynaqlanır. 
Qəribədir ki, qəribəlik onun bütün yaradıcılıq nümunələrində özünü gündəmin nehirində intihara qalxır...
Özü demişkən bəzən dərdimi də oxuyuram həzin səslə : - 
Yurddan gedənlər vətəni bomboş bəyquş dərgahına çevirir...

Bu yurddan gedənin bir də,
Yurda dönmək həvəsi yox.
Qalanların burnu yerdə,
Tərpənməyə qüvvəsi yox...
       ***
Bu yurdda boş bazar qalıb,
Bir məstan, bir bozdar qalıb.
Ağ hörüklü qızlar qalıb,
Bir igidin nəfəsi yox..
       ***
Gedənlər neçin getdilər? –
Yerlərin seçib getdilər,
Hər şeydən keçib getdilər – 
Neçəsi yox, niyəsi yox...

Bəşəri sevgi dərdi “orijinal” geyimdə şayir könlündə ta bineyi–qədimdən könül sultanlığı yapmağa üstələnib...
Nazirin şeyirlərində dərdin ölçüsü, sevginin çəkisi var!...
Tam səmimiyyətimlə deyərəm ki, Nazir əfəndi şeyir yazında ruhunu ilahi söyləngaha sürgünə ezam edir!..
Yoxsa o dərdsizliyini özünə dərd eyləyir. Çünki dərdinə belə görüş yeri seçməyi sevə sevə edir...

Dörd bir yanı su olan,
bir ada istəyirəm..
o, adada balaca, 
ağ ada istəyirəm..
***
O, adanı qoymayım,
özgənin yadın ola..
Orda məni gözləyən,
Sevdiyim  qadın ola.    

Düşünürəm ki, adamlardakı xasiyyət, ömrün keçib gəldiyi dündə qalan, dünənlərin keşməkeşinə və çiləsinə baş qaldırma vərdişinin namərdi... Nazir Rüstəm şeyirlərinin xasiyyəti elə özünə bənzəyir; birdən çılğın, birdə dalğın, birdən də yorğun!.. Onun çılğınlığınında, dalğınlığının və hətta yorğunluğunun da səmimi xarakteri var...
Bilginlər söyləyir ki, şeyir müəllifinin söz rəsmidi.. Fəqət gözlərini qapamadan onu görmək mümkün deyil..

Bir az qapa gözünü,
Səni aparsın xəyal.
Bir az dinlə özünü,
Bir az öz –özünlə qal..
    ***
Səhər tezdən dan yeri,
Qalx, gör sökülür necə?
Gecə ulduzlar yerə,
Göz vurub, gülür necə!
   ***
Sonra günəşi də gör,
Bax gör necədi rəngi?.
Gör necə yanır-sönür,
Dünyanın ən qəşəngi..
   ***
Suda balıqlara bax – 
Nə qəribə üzürlər.
Səmada qıy vuracaq,
Quşlar necə süzürlər...
   ***
Dağa qalx ürəyində,
Böyüsün bir dağ olsun.
Qoyma çəməndə güllər,
Vaxtsız saralsın, solsun... 


Unutmadan qeyd edim ki, şeyir onunla könüldaş olan mütaliəçinin qəlbinə və ruhuna dirək nüfuz etməklə onu əqli – mənəvi kamillik yoluna yönəldirməlidi...
Ümumiyyətlə yaradıcı adam zamanı ötməyi bacarırsa onun yaradıcılığa qurban etdiyi zaman kəsiyi ictimai – vaxt imtahanından əla olacaq... Bu bir ilahi göndərişin məziyyətidi..
Artıq bayağı zaman oldu ki, poeziya namazgahına mütləq şeyir fəsli anlarla gəlir... Çünki  çağımız ədəbiyyatında “NİNAY” nümunələri “məhsul satır, mədhiyyə yaradıcılığı könüllərin azadlığını işğal altın alıb ...
Bu çox təhlükəlidir. Çünki ədəbiyyat bir millətin ictimai- siyasi və fəlsəfi tarixidi...
Düşünürəm ki, ayrıca bir din olan ədəbiyyatın Nazir Rüstəm kimi sahabiləri varsa, sözün təəssübü yetərincə çəkiləcək... Çünki o, ciddi ədəbiyyata gələndən ciddi ədəbi ənənələrə xələl gətirmədən öz yolunu bəlirləyib. 
(Nazir Rüstəm şeyirlərində poetik cığallıq və özünü dartmaq yoxdur) Əslində məni bu yazını yazmağa vadar edən Nazir əfəndi ilə olan fikir qonşuluğum oldu.. Və iyi ki, yazdım.. 
Mənə görə xalq inamına, xalq etiqadına söykənmək və onun ədəbiyyatına xidmət etmək haqq işidi...
Sonluq olaraq onu yazmaq istəyirəm ki, mən bir qələm adamı kimi könlümün aynasında Nazir Rüstəm şeyirlərinin saçlarını hörməyə çalışdım, alındımı onu oxucu deyəcək..
... Yazıya üç nöqtə rəsmi çəkmək istəyirdim ki, telefonun qulağına Nazir Rüstəmin pıçıltısı gəldi: soruşurdu ki; -

Səni harda axtarım,
harda tapım, bilmirəm,
Niyə üzümə bağlı,
Qalıb qapın bilmirəm.
   ***
Bilmirəm uzaqdasan,
Yaxındasan, bilmirəm,
Ya yorulub yatmısan
Yuxudasan bilmirəm...
   ***
Bir qalx, ətrafına bax,
Gör dünya nə təhərdi...
Bu dağ, bu meşə, bu kənd,
Bu şəhər, nə şəhərdi!?..
    ***
Hələ hava ayazdı,
Mən yaşayan bölgədə.
Qaranlıq işıq saçır,
Gün sürünür kölgədə.
     ***
İçimin havasında.
Hisslərim üstün gəlir.
Yaxşı – pis davasında, 
 Pislərim üstü gəlir.
                 ***
Səni harda axtarım,
harda tapım, bilmirəm.
Niyə üzümə bağlı,
Qalıb qapın bilmirəm.

Mən də yazdım ki, səs –küydən, ritorikadan uzaq olan ruhun sözə eşq elan etdiyi Nazir Rüstəm şeyirlərinin sakini olduğu Vətəndəyəm və əziz oxucunuda bu Vətəni ziyarətə dəvət edirəm. 


Hörmətlə Xaqani Abbasəli Öztürk
AYB- nin üzvü şair-tənqidçi

2 şubat 2022
(02.02.2022)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar