Xəbər lenti
Lilpar Cəmşidqızının ilk “Divan”ı işıq üzü gördü
Lilpar Cəmşidqızının yaradıcılığında nəhayət ki, uzun illərin zəhməti öz bəhrəsini verdi. Belə ki, şairə xanımın ilk “Divan” kitabı işıq üzü gördü. Biz inanırıq ki, Lilpar Cəmşidqızının bu “Divan” kitabı böyük oxucu marağına səbəb olacaq. Kitaba "ön söz"ü Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, yazıçı-dramaturq İlqar Fəhm yazıb.
"Ön söz" çox maraqlı olduğuna görə və kitabın bütün məğzini, müəllifin ali məqsədini əhatə etdiyindən, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, yazıçı-dramaturq, müasir ədəbiyyatımızda oxucuların ən çox sevdiyi yazıçılardan, tənqidçilərdən biri olan, dəyərli ziyalı İlqar Fəhminin fikirlərini kitabla bağlı ressenziya kimi yazırıq. İlqar Fəhfi "Ön söz"ü belə başlayır:
-Azərbayncan poeziyası tarixidə əruz vəzninin əhəmiyyətli yeri barədə danışmaq bəlkə də artıq olar. Yüzillikər boyu şairlərimiz bu vəzndə dünya səviyyəsində tanınan poeziya inciləri yaradıblar, divanlar bağlayıblar, Azərbaycan ədəbiyyatı tarixini hədsiz dərəcədə zənginləşdiriblər.
Əfsuslar olsun ki 20-ci əsrdə əruz vəzni ədəbiyyatımızda ikinci, hətta üçüncü plana keçdi, hətta köhnəlik qalığı oalraq qəbul edildiyinə görə, birdəfəlik kənara atılmağıyla bağlı da fikirlər səsləndi.
Lakin xalqın minillik mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil edən bir janrı, üslubu asanlıqla toplumun kollektiv təhtəlşüurundan çıxartmaq mümkün deyil.
Ötən əsrin sonlarında və yeni əsrin başlanğıcından etibarən biz ədəbiyyatımızda əruz vəzninin yenidən dirçəlməsini, yeni yaradıcı qüvvələrin bu vəznə müraciət etməyini müşadihə elədik. Bu müddət ərzində onlarla şairimiz əruz vəznində yeni və maraqlı sənət numunələri yaratdı, müxtəlif eksperementlərlə vəznin imkanlarını genişləndirdi.
Lilpar Cəmşidqızı da bu şairlərimizdən biridir. Əslində asan janrların çoxluğu şəraitində istənilən bir yazarın ən çətin şeir növlərində yazmağı qərar verməsinin özü də bir qəhrəmanlıqdır. Lilpar xanım da uzun illərdir bu sahədə fəaliyyət göstərir, əsərləri müxtəlif mətbu orqanlarda çap olunur...
İndi isə artıq bütün klassik qaydaları ehtiva edən Divan bağlamaq qərarına gəlib. Klassik üslubda divan bağlamağın öz çətinlikləri var. O qədər də asan deyil. Məhz buna görə də qəzəl yazan çox olsa da, Divan bağlayan şairləri barmaqla göstərmək olar.
Burda sadəcə beş on qəzəllə keçinmək olmur. Divanda hər bir klassik janrda şeirlər olmalı, başlanğıcı münacat, nətlərlə zənginləşdirilməli, qəzəllər də rədifin son hərflərinin əlifba sırası ilə düzülməlidir.
Bu hələ ilkin qaydalardır. Lilpar xanımın Divanında bu ənənələrə tam ciddiyətiylə riayət olunub. Bundan əlavə hər qəzəlin üzərində onun hansı bəhrdə olduğu da qeyd olunub ki, bu məqam həm də qəzəl yazmağa yeni başlayan gənclər üçün də çox əhəmiyyətli ola bilər.
Qəzələrin məzmunlarına gəldikdə isə, burada da klassik düşüncə tərzinə hörmət və ehtiram hiss olunur. Qəzəllərdə Tanrı əzəməti, saf məhəbbət, insanların mənəvi-ruhi yüksəlişi, qarşılıqlı münasibətləri, ailə vətən sevgisi, qəhrəmanlıq, fədakarlıq və sair mövzular əhatə olunub.
Lakin əksər hallarda bu mövzular klassik şairlərimizin ibarə və təşbehləriylə, obrazlarıyla işlənməyib, müəllif klassik formanı bacardıqca müasirləşdirməyə yeniləşdirməyə çalışıb...
Xəzərim cuşa gəlir sahilinə yetmək üçün,Tələsir dalğaları bir birini öpmək üçün
Əsir hey Xəzri külək, dalğaları yırğalanır
Alsın ağuşinə, qoynunda yenə itmək üçün....
Və ya
Əsdirir qarə yelin, etdi bizi xar gilavar, Eyləmir bircə kərə, etdiyini ar gilavar,
İsidib torpağı, yandırdı günün şölələri, Dolanıb ey kaş ola Xəzri bizə yar gilavar...
Diqqət etsək görərik ki, bu beytlərdə Xəzri, Gilavar, Xəzər kimi yeni obrazlar əqəzəlin beytlərində bir fərqli ovqat yaradır. Nümunələr çox gətirmək olar.
Lakin bunu Divanın oxucularının öhdəsinə buraxıram. Vacib məsələlərdən biri də budur ki, Divandakı qəzəllərdə vəzn və bəhr xətaları demək olar ki, gözə dəymir. Bu da onu göstərir ki, müəllif uzun illərin qələm təcrübəsi nəticəsində əruz vəznini bütünlüklə öz içində əridə bilmişdir.
Divanın əvvəlindəki İlahi mövzulara həsr olunmuş münacatlar da, Quran ayələri üzərində qurulan poeziya nümunələri də kitaba siqlət gətirir. Allahın adıyla başlanan müqəddimə isə ümumiikdə müəllifin poeziyaya, sənət və elə həyatın özünə olan şairana münasibətini önə çıxardır. Yəni kitabı açıb bu müqəddiməni oxuyan insan artıq bilir ki, hansı düşüncə sahibi olan şairlə həmsöhbət olacaq...
Uzun yazıb oxucuları yormaq niyyətim yoxdu, şairin ən böyük təqdimatçısı elə onun əsərləridir. Bu baxımdan əsas rəy sahibi sonda yenə də oxuculardır. Mənsə, Lilpar xanıma gələcək yaradıcılığında da uğurlar arzulayıram.
Ağalar İdrisoğlu

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar