"Rusiya üçün defolt (Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır - red) riski bu gün dünyada ən çox müzakirə olunan mövzulardandır".Bunu açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.
O bildirib ki, Rusiya defolt riski ilə üz-üzədir:
"Bu cür ağır sanksiyalar davam edərsə, Rusiyanı defolt riski gözləyə bilər. Bu gün Rusiyanın defolt riski ilə üz-üzə olduğunu demək çətindir. Çünki defolt riski qarşı tərəfə öhdəliklərin ödənməməsi ilə bağlı olan bir riskdir. Müharibənin başladığı vaxtdan bu günə kimi sadəcə Rusiyada yerləşdirilən və xarici investorların sahib olduqları istiqrazların və digər öhdəliklərin ümumi faiz ödəməsinin dəyəri 117 milyon dollardır. Amma ümumilikdə Rusiyanın və Rusiyada fəaliyyət göstərən böyük holdinqlərin, şirkətlərin borcları 150 milyardı keçir. Təbii ki, Rusiya bu gün 117 milyonu ödədiyi təqdirdə belə bir müddət sonra yenə də eyno borcların həm əsas məbləğinin, həm faiz məbləğini ödənməsində Rusiya müəyyən problemlər yaşayacaq. Təkcə aprelin 4-ə olan ödəməli olduğu əsas məbləğlərin həcmi 2 milyardı keçir.
Bilirik ki, Rusiyanın 630 milyarddan çox xarici valyuta rezervi var. Təbii ki, bunun 380 milyardı xarici ölkələrdə yerləşdirilən rezervlərdir. Bu rezervlərə xüsusi olaraq dondurulma şərti qoyulub və xarici ölkələrlə hər hansı bir əməliyyatları yoxdur. Beynəlxalq Valyuta Fondunun da açıqladığı məlumata görə Rusiya 117 milyonu ödəmədiyi təqdirdə artıq beynəlxalq reytinq agentlikləri tərəfindən verilən dəyərləndirmə və eyni zamanda həm ölkə, həm də şirkətlər üçün defolt riskinin böyük olmasını göstərir.
Hətta Amerikanın bir çox siyasətçilərinin və maliyyəçilərinin verdikləri qərarlara əsasən Rusiyada bu cür olmasa belə bir neçə yaxın gün ərzində defolt riskinin olması ehtimalını böyük hesab edirlər. Lakin Rusiya bu riskin qarşısını almaq üçün minimullaşdırıcı addımlar atır. Bunlardan biri öhdəliklərin rubl ilə ödənilməsidir. Hətta martın 2-də Putin çıxışında bütün öhdəliklərin ödəniləcəyinə, buna Ruisyanın imkanının çatdığını dedi. O cümlədən Rusiyanın maliyyə nazirliyi də öhdəliklərin rublla ödənilməsinin vacibliyini vurğuladı. Amma burada önəmli bir şərt nədir?! Burada müqavilələrin şərtləri önəmlidir, bu borc müqavilələri bağlanarkən hər hansı bir fövqəladə halda və yaxud hər hansı bir iqtisadi şərtlərdən asılı olaraq öhdəliklərin rus rublunda ödənilməsi gündəmə gələr bilərmi deyə bunlara baxmaq lazımdır və təbii ki, bu məsələdə qarşı tərəfin razılığı çox önəmlidir. Düşünürəm ki, bu gün Rusiya üçün defolt riski qalır"milli.az