Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Növbəti “mina” harada partlayacaq? – Müharibə təhlükəsi olan üç bölgə

Tarix: 14-03-2022 11:57     Baxış: 3161 A- / A+
“Rusiya-Ukrayna müharibəsi dünya miqyasında silahlanma xərclərini artıracaq”.
Manevr.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsi fonunda baş verən geosiyasi proseslərə diqqət çəkib: “Blumberq nyus” bildirir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq. Bu iki ölkə dünyanın əsas taxıl ixracatçıların biridir. İnsanların enerji tələbatının 40 faiz də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir.
Nəticədə dünyada bu məhsulların qiyməti təxminən 22 faiz artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq. Əlbəttə, ürəkaçan proqnoz deyil. Başqa bir təhlükə isə silahlanmaya xərclərin artacağı tendensiyasıdır.

Ukrayna böhranınadək müdafiə sahəsinə ÜDM-in 1.3% xərcləyən Almaniya bu rəqəmi 2% qaldırıb. Əvvəl 70 milyard avro təşkil edən hərbi büdcə gələn il 100 milyarda çatdırılacaq. Bu da öz növbəsində sosial xərclərin azaldılması deməkdir”.
Ərəstun Oruclu ABŞ-Çin münasibətlərindəki problemlərə də diqqət çəkib:
“Çin-ABŞ münasibətləri də əvvəlki qədər hamar görünmür. Rusiyanın Pekindən silah və hərbi sursat istəməsinə ABŞ dərhal reaksiya verib. Çinə bu addımı atacağı halda adekvat tədbirlərlə üzləşəcəyi barədə xəbərdarlıq olunub.
Buraya Səudiyyə Ərəbistanı şahzadəsinin və Dubay əmirinin ABŞ prezidenti ilə telefon danışıqlarından imtina etməsini əlavə etdikdə, gərginliyin coğrafiyasının bir qədər də genişləndiyini görürük.
Nəhayət, İranın İraq Kürdüstanındakı ABŞ konsulluğunu raket atəşinə tutması və digər məsələlər də proseslərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Təbii ki, müsbət heç bir şey vəd etməyən xətlə.
İndi sual budur ki, növbəti mina harada və hansı gücdə partlayacaq: Yaxın Şərqdə, Avropada, yoxsa Uzaq Şərqdə? Belə minaların sayı isə lazım olduğundan dəfələrlə çoxdur. Hələlik Rusiya Ukrayna cəngəlliyində çapalamaqdadır”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar