Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Mərkəz Ermənistana “Xocalını etiraf et” çağırışı etdi

Tarix: 23-02-2022 22:04     Baxış: 3201 A- / A+
“Regionda dayanıqlı sülh üçün Ermənistan Xocalı soyqırımına görə üzr istəməlidir”.

Bu çağırışı “Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi”nin sədri Giorgiy Tatar bu gün ATƏT-in mərkəzi qərargahında səsləndirib.

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın Avstriyadakı səfirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sülh və ədalət” mövzusunda beynəlxalq tədbirdə çıxış edən tanınmış Mərkəz rəhbəri 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı haqqında geniş məlumat verərək bu cinayəti XX əsrin sonlarının ən qanlı faciələrindən biri adlandırıb, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh quruculuğunda əsas maneələrdən biri kimi dəyərləndirib.

Natiq 44-günlük müharibənin Qarabağ münaqişəsinə son qoyaraq, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması, xalqlar arasında nifrət və düşmənçiliyin tədricən aradan qaladırılması üçün şərait yaratdığını qeyd edib. Eyni zamanda o, “Xocalıya Ədalət” kampaniyası nəticəsində geniş beynəlxalq müstəvidə soyqırım kimi tanınan Xocalı faciəsinə məhz Ermənistanın adekvat qiymət verməməsinin regionda gedən normallaşma prosesi üçün ciddi maneələr təşkil etdiyini qeyd edib. Bu faciənin törədilməsinə görə Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayan natiq, Yerevanın bu cinayətə görə faciə qurbanlarından üzr istəməsinin həm Ermənistanın öz qaranlıq keçmişi ilə hesablaşmasına, həm də regionda dayanıqlı sülhə xidmət edəcəyini bildirib.

Postmünaqişə dövründə sülh quruculuğu üzrə beynəlxalq təcrübəyə istinad edən G.Tatar rəhbərlik etdiyi beynəlxalq mərkəzin, Xocalı qurbanları üçün ədalət və regionda sülh naminə, “Barışıq üçün etiraf et” təşəbbüsünə başladığını elan edib. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimayətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunması ilə yanaşı, Azərabaycan və Ermənistan cəmiyyətləri arasında dialoqa xidmət etməsi və postmünaqişə dövrü üçün “keçid ədalətinin” təmin edilməsidir.

Qeyd edək ki, Giorgiy Tatar uzun illər Macarıstan Xarici İşlər nazirliyində, Avropa Şurasının katibliyində müxtəlif postlarda çalışıb, 2010-cu ildən “Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzi”nin sədridir. report 

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar