Xəbər lenti
“Rusiyanın Ukraynaya hücumunun qarşısı alındı” - Şok iddia
“Rusiyanın etirazına baxmayaraq, NATO və ABŞ şərqə genişlənmək planından geri çəkilməyib və Şərqi Avropa ölkələrini öz tərəfinə çəkmək və onları silahlandırmaq strategiyasını davam etdirəcək”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Rusiyanın Ukraynaya işğalçı hücumu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib:
“ABŞ-ın fevralın 16-da Rusiyanın Ukraynaya qarşı hucuma keçəcəyi iddiasının əksinə olaraq, Kreml ordu birliklərinin bir hissəsini Krım və digər istiqamətlərdən geri çəkdiyini bəyan etdi. Bu, Moskvanın ABŞ-ın Rusiyaya yönəlmiş informasiya siyasətinə adekvat cavabıdır. Kreml bununla Vaşinqtonun bu kimi iddialarının təbliğat və Rusiyaya qarşı informasiya müharibəsi olduğunu göstərməyə çalışacaq. Amma onu da qeyd edim ki, Vaşinqton və digər ölkələrin əlində kəşfiyyat məlumatları olduğundan Rusiyanın Ukraynaya məhz fevralın 16-da hücuma keçəcəyini bildirdi. ABŞ və Avropa bu hücumun qarşısını ala bildi.
Bundan əlavə, qənaətimə görə, Rusiyaya Ukryananın NATO-ya üzv qəbul edilməyəcəyi təminatı verilib. Əvəzində isə Rusiya Donbası geri verməli və Minsk razılaşmasını yerinə yetirilməlidir”.
Rusiyanın Donbasdakı qondarma rejimləri tanımasına gəldikdə, Məhəmməd Əsədullazadə hesab edir ki, Putin buna getməyəcək:
“Əgər Ukrayna Donbasa hücum edərsə, Rusiya buradakı separatçıları tanıya bilər. Ona görə də Duma belə bir qətnaməni hər ehtimala qarşı təsdiqləmək üçün Putinə təqdim edib. Bütün bunlara baxmayaraq, NATO və ABŞ şərqə genişlənmək planından geri çəkilməyib və Şərqi Avropa ölkələrini öz tərəfinə çəkmək və onları silahlandırmaq strategiyasını davam etdirəcək”./teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar