Xəbər lenti
Viliyam Şekspir əsərlərini özü yazıbmı?!

İddialar bunlardan ibarətdir :
1. Viliyam Şekspir Londona köçən zaman yazıb-yaratmağa başlamışdır. Beləki, Londona köçməzdən əvvəl ana vətəni sayılan Stratfordda bir beyt şeir belə yazmamışdır. Ölümündən 4 il əvvəl Londondan Stratforda qayıdan Şekspir yenə bir kəlmə əsər qələmə almamışdır.
2. İngilis ədib Kristafor Marlo 1564-cü ildə öldürülmüş, Şekspir də həmin ildə anadan olmuşdur. Tədqiqatçıların şübhəsi bundan ibarətdir ki, Marlo öldürülməmiş öz əsərlərini Şekspirin adından yazmışdır.
3. Şekspir Stratfordda qrammatik orta məktəb məzunu olan bir şagird idi. O heçbir universitetdə ali-təhsil almamışdır. Sual yaranır ki, ali-təhsili olmayan bir adam “Hamlet” əsərində necə Aristotelin “Katarsis” nəzəriyyəsindən istifadə etmişdir?! Universitet təhsili olmayan birisi İtaliyan tarixini hardan bilib “Romeo və Cülyetta” əsərini yazmışdır?! İtaliya ədəbiyyatından təhsil almayan Şekspir necə “Sonet” janrında şeirlər yazıb?!

4. Şekspirin əsərlərinə dair nə əlyazma nə də vəsiyyət qeydə alınmışdır. Vəsiyyətində əsərlərinə dair bir cümlə belə yoxdur.
Şekspirin vəsiyyətinə ispan dilində aşağıdakı mənbədən baxa bilərsiniz.
https://shakespeareobra.wordpress.com/testamento/
Qeyd: İngilis mənbələrində vəsiyyətnamə bəzən gizlədilir, bəzən də başqa mənalarda şərh edilir. Ona görə alternativ mənbə olaraq ispan dilindəki qaynağı paylaşdıq
5. Ən məşhur və şübhələndirici fərziyə budur ki, qraf Rotlend əsərlərini Şekspir vasitəsi ilə cəmiyyətə təqdim etmişdir. Çünki, o zamanlar İngiltərədə saray əyanlarının əsər yazmaqları, ədəbiyyatla məşğul olmaları yaxşı qarşılanmırdı.
Birincisi- Şekspirin əsərlərində personajların əksəriyyətinin adı Rotlendin tələbə yoldaşlarının adı idi.
İkincisi – Rotlendin evində mədaxil-məxaric kitabı vardı. Kitabda “Şekspirə filan qədər pul verin” yazılırdı. Şekspirşünaslar şübhəyə düşürlər ki, Şekspir muzdla tutulmuş yazıçı idi.
Üçüncüsü- “Maqbet” əsərində Birman meşəsinin adı çəkilir. Halbuki, Şekspir orda olmamışdır. Lakin, Rotlend orda əsirlikdə olmuşdur.
Dördüncüsü – Rotlend ölən zaman vəsiyyətində qeyd edib ki, evindəki sandıqçanı açmasınlar. Şekspirşünasların fikrincə əsərlərin əsl əlyazması o sandıqdadır.
Beşincisi- Rotlend 1612-ci ildə vəfat etmişdir. Həmin ildə də Şekspir axrıncı əsəri yazmışdır. Ondan sonra əsər yazmamışdır.
Sadaladığımız məqamlar Şekspirşünasları şübhə altına salmışdır. Lakin, bu mövzu barədə daha dəqiq fakt-sübut əlimizdə yoxdur. Sadedə güclü iddialar vardır. Doğrusunu Allah bilir.
Tanrıverdi Əliyev
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar