Xəbər lenti
Milyarder özü ilə Aya aparmaq üçün sevgili axtarır: Müsabiqə keçirilir
Ayın orbitinə səyahət edəcək ilk turist yapon milyarder Yusaku Maezavadır.
Amma o, bu səyahətə tək getmək istəmir, sevgilisini də özü ilə aparmağı planlaşdırır. Həmin sevgilini tapmaq məqsədilə də teleşou yaradır. O, verilişdə sevgilisini tapıb, onunla Ay ətrafına kosmik səyahət etmək niyyətindədir.
Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, milyarder bu barədə özünün “Twitter” hesabında yazıb. “Full Moon Lovers” adlı tele-layihənin saytında yapon milyarderin potensial sevgilisi olmaq üçün kriteriyalar da açıqlanıb. İştirakçıların yaşı 20-dən yuxarı olmalıdır. Paylaq şəxsiyyət, gülərüzlülük, həmişə nikbin olmaq olmaq da vacib şərtlərdəndir. Milyarder istəyir ki, rəqabətdə iştiraka qərar verənlər həm də kosmik səyahət həvəskarı olsun, bu cür ekspedisiyalarda iştirakdan qorxmasın.
Milyarder onun sevgilisi olmağa iddialı, seçmə mərhələni keçənlərlə bir neçə görüş keçirib, söhbətləşmək niyyətindədir. Yekun qərar - final isə martın sonuna nəzərdə tutulub.
Teleşounu “AbemaTV” yayımlayacaq.
44 yaşlı Maezava modelyer, “Zozo” onlayn paltar mağazasının yaradıcısıdır. “Forbes”in qiymətləndirməsinə görə, hazırda onun var-dövləti təxminən 2 milyard dollardır.
2018-ci ildə açıqlandı ki, Ayın orbitinə səyahət edəcək ilk turist məhz Maezava olacaq. Uçuşu “SpaceX” şirkəti təşkil edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar