Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Saturnda sutkanın neçə saat olduğu ölçülüb

Tarix: 25-01-2019 09:04     Baxış: 3172 A- / A+
Saturnda sutkanın neçə saat olduğu ölçülüb


Saturn planetinin dairəsindəki halqaların davranışının müəyyən edilməsi üsulu ilə bu göy cisminin hansı sürətlə fırlandığı müəyyən edilib. Məlum olub ki, bu planetdə bir sutka 10 saat, 33 dəqiqə və 38 saniyədən ibarətdir.


Manevr.az AzərTac-a istinadən bildirir ki, Kaliforniya Universitetinin astronomu Kristofer Mankoviçin rəhbərlik etdiyi tədqiqat qrupu Saturnun Yerə nisbətən iki dəfədən də çox sürətlə fırlandığını kəşf edib. ABŞ-da nəşr olunan "Astrophysical Journal"da dərc olunmuş hesabatda bildirilir ki, təxminən 58 min kilometr radiusu olan Saturnun daha sürətlə fırlanmasının səbəbi onun ölçülərinin Yerdən doqquz dəfə kiçik olmasıdır.

Hesabatda qeyd olunur ki, əvvəllər alimlər Saturnla bağlı bu tədqiqatları "Voyager" kosmik gəmisində yerləşdirilmiş radio dalğalarını ölçən cihaz vasitəsilə aparırdılar. 1980-ci ildən 2000-ci ilədək radiosiqnallar bu gəmidən, daha sonra isə "Cassini" zondundan alınıb. 1993-cü ildə astronomlar Mark Marli və Kerolayn Porko ilk dəfə Saturn planetinin seysmik aktivliyini ölçüblər və müəyyən ediblər ki, onun ətrafındakı nazik halqalar qravitasiyanın gücünün göstəricisidir. Fırlanma zamanı planetdən çıxan qazlar isə halqaların üzərində bulud təbəqəsi yaradır.

Bütün bu məlumatların əsasında NASA 2017-ci ildə kosmosa yeni missiya göndərib. "Cassini" zondundan alınan fotoşəkilləri təhlil edən və siqnalları ölçən Mankoviçin qrupu Saturnun fırlanması zamanı buludların altında halqaların sayını və sürətini ölçə biliblər. Astronom bununla əlaqədar deyib: "Biz bu nəhəng qaz planetinin daha mükəmməl mənzərəsini yarada bildik və halqaların fırlanması barədə müfəssəl məlumat əldə etdik. Sərt top kimi fırlanan bu qaz planeti soğan qabığının qatları kimidir və hər bir qatın özünün fırlanma sürəti var".

Mankoviçin tədqiqat qrupu hazırda NASA-nın Kaliforniyadakı Moffet bazasında fəaliyyətini davam etdirir. Astronomlar "soğan qabığının" qatlarını öyrənməyə çalışırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar