Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“ABŞ-ın əsas məqsədi Qarabağ münaqişəsi ilə deyil, İranla bağlı olacaq” – Kozlariç

Tarix: 08-01-2019 21:14     Baxış: 2173 A- / A+
 “ABŞ-ın əsas məqsədi Qarabağ münaqişəsi ilə deyil, İranla bağlı olacaq”

“2018-ci ildə Ermənistanda baş vermiş daxili siyasi dəyişiklik və Nikol Paşinyanın hakimiyyətə gəlməsi Azərbaycanla Ermənistan arasında Qarabağ məsələsi ətrafında ciddi danışıqlar aparılmasına şərait yaradıb. Lakin 2019-cu ildə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına nail olmaq mümkün olacaqmı, bu artıq başqa məsələdir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Corc Nelson universitetinin fəxri professoru Riçard Kozlariç 2018-ci ildə Qarabağ məsələsi ilə bağlı 2 gözlənilməz hadisənin qeydə alındığını şərh edərkən bildirib.

O qeyd edib ki, birincisi hər iki tərəfin hərbi ritorikalı çağırışlarına baxmayaraq hərbi qarşıdurma cəbhədə geniş miqyaslı silahlı münaqişəyə çevrilməyib. Əlbəttə atışmalar və itkilər baş verib, lakin müharibəyə çevrilməyib.
 “ABŞ-ın əsas məqsədi Qarabağ münaqişəsi ilə deyil, İranla bağlı olacaq”

“İkincisi Ermənistanda gözlənilməz dəyişikliklər və Nikol Paşinyanın rəhbərliyi altında yeni hakimiyyət Azərbaycanla Ermənistan arasında ciddi danışıqların başlanılmasına imkan yaradıb. 2019-cu ilin əsas məsələsi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasına nail olunması olaraq qalmaqdadır. Minsk qrupunun həmsədrləri tərəflərin ciddi təkbətək danışıqlar aparmasına həvəsləndirilməsi üçün vahid mövqe nümayiş etdirməyə davam etməlidirlər”, - deyə sabiq diplomat bildirib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində optimist irəliləyişlərə baxmayaraq, Rusiya hər iki münaqişə tərəflərini silahlandırmağa davam edir. Bununla da hər iki münaqişə tərəfi hərbi gücünü artırmağa davam edir. Kozlariçin fikrincə, bu diqqətsiz toqquşmalara səbəb olma təhlükəsini artırır. Çünki tərəflər ağır silah növləri və müasir silahların sayını cəbhə xəttində artırmaqda davam edir. Kozlariç bildirib ki, münaqişənin nizamlanmasıyla bağlı diplomatik sahədə irəliləyişlərə nail olunacağını zənn etmir. O, səhv etdiyinə ümid etdiyini bildirib.

Pərdə arxasında ciddi danışıqlar aparıldığına ümid etdiyini qeyd edən sabiq səfir bildirib ki, onu Birləşmiş Ştatların xarici siyasətdəki gözlənilməz və xüsusilə də, İranla bağlı addımları narahat edir.

Onun sözlərinə görə, Boltonun Cənubi Qafqaza səfərinin əsas məqsədi İrana qarşı Birləşmiş Ştatların mövqeyinin möhkəmləndirilməsindən ibarətdir.

“Əgər bu, doğurdan da, belədirsə, Birləşmiş Ştatların Azərbaycan və Ermənistana diqqətinin əsas məqsədi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesinə deyil, İran məsələsi ilə bağlı olacaq”, - deyə o əlavə edib. ordu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar