Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

İranda türk dilini təhqir edən ssenarist üzr istədi

Tarix: 27-12-2018 20:45     Baxış: 3208 A- / A+
İranda türk dilini təhqir edən ssenarist üzr istədi

İranın 3-cü telekanalında yayımlanan "İmarətin xanımı" serialının ssenari müəllifi ekran işində türk dilinin təhqir edilməsinə görə üzr istəyib.

Manevr.az
kult.az-a istinadən xəbər verir ki, Ehsan Cavanmərd adlı ssenarist yaydığı videoda irqçi hərəkətinə görə dəfələrlə üzr istəyib və diqqətsizlik etdiyini bildirib:
"Təəssüf ki, İran mədəniyyətində ölkədə yaşayan digər millətlərə qarşı çoxlu ifadələr və atalar sözü var. Ona görə də diqqətsizlik edərək serialda həmin sözlərdən istifadə etmişik".

O, Xələc türklərinə qarşı işlədilən ifadənin mənasına diqqət yetirmədiyini iddia edib.

Xatırladaq ki, "İmarətin xanımı" serialının 22-ci bölümündə "eşşəyin dilini xələc bilir, sənin dilini mən bilirəm" şəklində təhqiramiz ifadə işlədilib. Bu ifadə İranda yaşayan türklər tərəfindən kəskin etirazla qarşılanıb.

Qeyd edək ki, xələclər Ərak şəhərinin şimal-şərq məntəqəsində, əsasən Təfrəş, Aştiyan və Fərahan şəhərlərində yaşayırlar. Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim Göytürk türkcəsindən çoxlu sözlər var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar