Xəbər lenti
Nikolun Kiyevə məktubu rus ekspertləri hərəkətə gətirdi
Ermənistan hakimiyyəti hər keçən gün Rusiyadan uzaqlaşmaq və Qərbə meyillənmək siyasətini daha da inkişaf etdirir. Bu siyasətdə bütün bəhanələrdən istifadə edən Nikol Paşinyan hökuməti artıq Rusiya rəsmilərinin ünvanına açıq təhqirlər də səsləndirirlər.
Manevr.az xəbər verir ki, dekabrın 23-də Moskvada üçtərəfli görüşdən Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın imtinası ətrafında alovlanan növbəti qalmaqal nazirlərin bir-biri haqda sərt ittihamları ilə davam etdi. Lavrov olaya sərt reaksiya verdi, bu imtinanı diplomatik kanallarla deyil, mediadan öyrəndikərini dedi və bunu qeyri-diplomatik hərəkət adlandırdı, Mirzoyan is rusiyalı həmkarını yalançılıqda ittiham etdi. Mirzoyanın ittihamına səhərisi gün Ermənistan TŞ katibi Armen Qriqoryan da qoşuldu. O, Kremli “Ermənistanı Rusiya-Belarus İttifaq Dövlətinə daxil olmağa və Azərbaycana Zəngəzur dəhlizi verməyə məcbur etməkdə” suçladı.
Buna Kremlin kəskin reaksiyasının ardından isə Nikol Paşinyanın Aİİ və KTMT-dən çıxmaq istəklərini dar çərçivədə ifadə etməsi ilə bağlı mediada məlumat yayıldı. “Rusiya öhdəliyini yerinə yetirə bilmirsə, beynəlxalq missiya regiona gəlməlidir” deyən Paşinyan da dolayısı ilə bu informasiyaları təsdiqləmiş oldu.
Bunun ardınca isə daha açıq savaş politoloqların öhdəsinə buraxıldı. Hazırda erməni politoloqlar Ermənistanın KTMT və Aİİ-dən çıxmasının vacibliyi, Ukrayna savaşında uduzan və çökən Rusiyadan uzaqlaşmağın zəruriliyini bildirirlər.
Ötən gün “Rusiyanın strateji müttəfiqi olan” Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna lideri Zelenskiyə təbrik məktubu və bunu xüsusi ictimailəşdirməsi isə Rusiya politoloqlarının ciddi reaksiyası ilə üzləşib. Onlar artıq Ermənistana konkret şərtlər irəli sürməyə başlayıblar.
Bu baxımdan Fyodor Voytolovskinin erməni mediasına açıqlamasında bəzi mətləblərə toxunması diqqət çəkir. O bildirir ki, əgər Ermənistan Krımı Rusiyanın tərkib hissəsi kimi tanısaydı, hazırda Laçın yolunda baş verən proseslərə və ümumiyyətlə Qarabağ məsələsinə Rusiyanın baxışına da təsir etmiş olardı.
“Müttəfiqlik öhdəlikləri qarşılıqlı olmalıdır. Baxın, Krımın Rusiyanın tərkib hissəsi olması ilə bağlı nə Ermənistanın əvvəlki hökuməti birmənalı mövqe bildirib, nə də indiki”, - rus politoloq qeyd edib.
İlk dəfədir ki, Ermənistana şərtlər irəli sürülür: Rusiya Krımı anneksiya edəndə və Ukraynada xüsusi hərbi əməliyyata başlayanda Ermənistan “strateji müttəfiqi” Kremli dəstəkləməyib, əksinə, son aylar Paşinyan Rusiyanın düşmənləri ilə münasibətlərini daha sürətlə inkişaf etdirir, regiona Avropa ölkələrini gətirməyə çalışır, üstəlik, Ermənistan-Azərbaycan danışıqları üçün platformanı da Brüsselə köçürməyə cəhd edir.
Üstəlik, Putin Paşinyana Yeni il təbriki göndərir, ancaq Paşinyanın Putinə cavab məktubu ortada yoxkən Ermənistan Baş nazirinin Zelenskiyə təbriki tirajlanır.
Bu, münasibətlərin sınma nöqtəsində olduğunu göstərən faktlardır və Rusiya Ermənistandakı hərbi-iqtisadi gücündən artıq təzyiq vasitəsi kimi istifadəyə başlayıb, eyni zamanda, politoloqları açıq tələblər irəli sürürlər. Əgər Ermənistan Rusiyanın strateji müttəfiqidirsə və regional məsələlərdə İrəvanın birmənalı yanında olmasını istəyirlərsə, niyə Ukrayna savaşında Kremlin yanında olmur, əksinə, Ukrayna və Qərbin maraqlarını güdür?
Deyəsən, Ermənistan-Rusiya arasında “söz dueli” konkret addımlara keçir.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar