Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Quyruqlu qız doğuldu

Tarix: 29-11-2022 08:52     Baxış: 3427 A- / A+

Meksikanın Nuevo-Leon ştatının həkimləri yeni doğulmuş qız uşağının altı santimetrlik quyruğunu aşkar ediblər.

Manevr.az 
bildirir ki, bu barədə "Daily Mail" "Journal of Pediatric Surgery" jurnalında dərc olunan elmi məqaləyə istinadən xəbər verib.

Kənd xəstəxanasında qeysəriyyə əməliyyatı nəticəsində 5,7 santimetr uzunluğunda yumşaq quyruğu olan körpə doğulub. Bu, Meksikada ilk belə haldır.
Ananın hamiləliyi fəsadsız keçib, qız normal vaxtda dünyaya gəlib. Valideynlərinin təxminən 30 yaşı var. Onların artıq heç bir anormallığı olmayan bir oğlu var. Yeni doğulan qızın qalan sağlamlıq göstəriciləri normal olub.
Hesabatda quyruq belə təsvir edilib: "Struktur yumşaq, dəri və saçla örtülüb. Quyruğu tərpətmək mümkün olub, bu da xəstəyə ağrı verməyib. Quyruğuna iynə sancılanda uşaq ağlamağa başladı".
Həkimlər yeni doğulan körpəni iki aylıq olanda yenidən müayinə ediblər. Bu müddət ərzində quyruğun uzunluğu 0,8 santimetr artıb.
Bundan sonra anomaliyanın aradan qaldırılmasına qərar verilib. Əməliyyat lokal anesteziya altında aparılıb. Müdaxilə fəsadsız keçib. Həmin gün uşaq xəstəxanadan buraxılıb.

Quyruğun təhlili onun yumşaq toxumadan ibarət olduğunu və arteriya, damar və sinir uclarını ehtiva etdiyini göstərib.
İnsanlarda quyruqlar iki kateqoriyaya bölünür: yalançı quyruqlar və həqiqi quyruqlar. Birincisi bel problemləri nəticəsində və ya şiş səbəbiylə yaranır, ikincisi isə əzələləri, qan damarlarını və sinirləri ehtiva edir, lakin sümükləri yoxdur. Mütəxəssislərin fikrincə, qızın üzərində tapılan quyruq həqiqi olub.
Əsl quyruqlar insanlarda olduqca nadirdir. 2017-ci ilə qədər cəmi 195 belə hal qeydə alınıb. Ən uzun həqiqi quyruğun uzunluğu 20 santimetr olub. Oğlanlarda daha çox rast gəlinib.milli.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar