Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bilsin ana torpaq, eşitsin vətən” – sovet dövrünün səfərbərliyi ilə indikinin fərqi

Tarix: 26-09-2022 18:26     Baxış: 4272 A- / A+

Ukraynada aparılan xüsusi əməliyyata görə qismən səfərbərlik elan edilməsi haqqında Rusiya Federasiyasının prezedenti Vladimir Putinin imzaladığı fərman ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb. Kütləvi informasiya vasitələrində gedən xəbərlərdən də aydın olur ki, bu fərman əhalinin ciddi narahatlığına və narazılığına səbəb olub. Hava limanlarında, sərhədlərdə ölkəni kütləvi tərk etmək, yaxud buna cəhd göstərmək halları günü-gündən artır. Sözsüz ki, bu fakt təkcə müharibədən (xüsusi əməliyyatdan) yayınmaqla bağlı deyil, yəqin ki, həm də vətəndaşların Rusiya rəsmlərinin Ukraynaya münasibətinə etirazıdır.
Vladimir Putinin bu fərmanı Rusiyada üçüncü səfərbərlik tədbiridir. Birinci dəfə Rusiyada səfərbərlik 1914-cü ildə, I dünya müharibəsi zamanı elan edilib, ikinci dəfə isə SSRİ-də, 22 iyun 1941-ci ildə, sovet-alman müharibəsi başlananda bu tədbirə əl atılıb.file.jpg (257 KB)
 
Faktlara və statistikaya nəzər salanda görürük ki, əvvəlki iki səfərbərlik üçüncü səfərbərlikdən daha mütəşəkkil və kütləvi olub. Eyni zamanda əvvəlki səfərbərliklərdə könüllülük prinsipi özünü daha çox göstərib. Düzdür, o vaxtlar da yayınma, səfərbərliyə cəlb edildikdən sonra fərarilik, özbaşına xidmət yerini tərk etmək kimi faktlar qeydə alınıb, amma bu kütləvi şəkil almayıb.
Xüsusilə sovet-alman müharibəsi başlanan zaman elan edilən səfərbərlik say və məkan baxımından daha genişmiqyaslı olub. 22 iyun 1941-ci ildə səfərbərliklə bağlı SSRİ Ali Soveti Rəyasət Heyətində fərman imzalanıb. Səfərbərlik hərbi dairələr üzrə keçirilib. Fərmanda səfərbərliyin Moskva, Leninqrad, Baltikyanı, Qərb, Kiyev, Odessa, Xarkov, Oplov, Arxengelsk, Ural, Sibir, Volqa, Şimali Qafqaz və Zaqafqaziya hərbi dairələrinin ərazisində keçirilməsi qeyd olunub. Bu dairələrin ərazisi isə, demək olar ki, bütün SSRİ-ni əhatə edib.
1496213624_0_303_3103_2048_600x0_80_0_0_fc947827f14a0cd65f62eb724e2d3610.jpg (156 KB)
Səfərbərliyə 14 yaş qrupunda, 1905-1918-ci illərdə anadan olanlar cəlb ediliblər.
Sənədli filmlərdən də gördüyümüz kimi, səfərbərlik tədbirləri yüksək vətənpərvərlik ruhunda keçirilib. Cəmi bir həftə ərzində səfərbərliyə 5 milyon 300 min nəfər cəlb edilib. Bununla yanaşı, on minlərlə insan könüllü olaraq cəbhələrə yollanıblar.
Məhz bu səfərbərlik nəticəsində artıq dekabr ayının 1-də sovet ordusunda 291 diviziya və 94 briqada yaranıb.
Səfərbərlik elan edilən gün Mərkəzi Komitənin diyar, vilayət, şəhər partiya komitələrinə məxfi teleqramı göndərilib. Bu teleqramlarda əhalinin sayına görə səfərbərliyə cəlb olunanların sayı göstərilib. Sözsüz ki, saatlar ərzində vilayətlərdə, yaxud da şəhərlərdə səfərbərliyə düşəcək insanların dəqiq sayını müəyyənləşdirmək mümkün olan bir məsələ deyil. Bu göstəriş yerlərdə partiya rəhbərlərini ciddi şəkildə çətinliyə salıb. Məsələn, teleqramda göstərilib ki, Nikolayev şəhərindən 5 min nəfər səfərbərliyə cəlb edilərək Müdafiə Komissarlığına göndərilməlidir. Amma bu şəhərdə səfərbərliyə düşənlərin sayı 4 min nəfər olub. Belə məqamlarda birinci katiblər möhlət hüququ olanları da səfərbərlik siyahısına salıb. Əks halda, səfərbərlik planını yerinə yetirməyən katibləri ən ağır cəza gözləyib, hətta güllələnməyə qədər.
62365630_438235676761884_1111674872079056896_n-420x280.jpg (135 KB)
Səfərbərlik zamanı mövcud qanunvericiliyə görə hərbi xidmətə çağrılmayan şəxslərə, repressiya olunmuşların övladlarına, yaş həddi uyğun olmayanlara, sağlamlıq imkanları məhdud olanlara və bu kimi kateqoriyaya aid olanlara da hərbi xidmətə icazə verilib.
Fərmana uyğun olaraq bəzi kateqoriyada olan şəxslər möhlər hüququna malik olublar. Onların xüsusi “bron”u olub. Moskvada qeydiyyata olan kişilərin 45 faizi belə “bron”a sahib olub, bölgə şəhərlərində təxminən 28 faiz kişilər möhlət hüuququna malik olub, kənd yerlərində cəmi 5 faiz kişilər səfərbərlikdən azad olunub.
Səfərbərlikdən ideoloji və təbliğat işinə cəlb edilən mədəniyyət və incəsənət xadimləri, yazıçılar, şairlər, musiqiçilər, rəssamlar da azad edilib.
1145-7.jpg (130 KB)
Təxminən səfərbərliyə düşən ümumi sayın 3-5 faizi müharibədən yayına bilib. Onlardan bir qismi xidmətə yararsız olmaqları ilə bağlı saxta arayış təqdim etməklə, bir qismi heç bir ixtisası olmadan belə hərbi sənaye müəssisələrində “mütəxəssis” kimi işə qəbul olunmalarına, bir qismi isə bütün müharibə illərində “qaçaq” kimi yaşamaqlarına görə müharibədən yayına biliblər.
Mövcud dövrdə “NKVD” əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, səfərbərlikdən yayınma hallarında hərbi komissarlıqlar və onların tabeliyində fəaliyyət göstərən hərbi həkim komissiyaları xüsusi “fəallıq” göstəriblər. 5-10 min rubl qarşılığında bu qurumların əməkdaşları “etibar” etdikləri adamlara saxta arayışlar veriblər.
Müharibə dövründə yalnız Sibir hərbi dairəsində səfərbərlik qismən məhdud keçirilib. Belə ki, Kreml bu bölgəni ehtiyat variantda saxlayıb, Yaponiyanın SSRİ-yə hücumu edəcəyi təqdirdə “işə salmağı” nəzərdə tutub.
2.jpg (249 KB)
Ümumilikdə, sovet-alman müharibəsi illərində 20 milyon insan bu səfərbərlikdən keçib. Oldduqca böyük rəqəmdir, tarixçilər, hərbi ekspertlər də bunu etiraf edirlər. Amma buna baxmayaraq, bu böyük rəqəmin nəticəsi də böyükdür, alman faşizmi üzərində böyük Qələbə...
SSRİ-nin II dünya müharibəsində verdiyi itkilər daha dəhşətli rəqəmlərlə ifadə olunur. Bu itkilərdə hərbçilərlə yanaşı mülki insan itkisinin də xüsusi payı var. Musavat.com

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar