Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ukrayna dərsliklərində Rusiya yazıçıları boykot edilib

Tarix: 09-09-2022 09:59     Baxış: 3265 A- / A+
Ukrayna dərsliklərində Rusiya yazıçıları boykot edilib

Ukrayna 200 günə yaxındır torpaqlarını Rusiya ordusunun işğalından qorumağa çalışır. Daha heç nə əvvəlki deyil. Yeni tədris ili başlayıb. Burada da bir sıra şeyləri dəyişmək lazım gəlib. Ukrayna dərsliklərində rus yazıçılarının boykotu nəzərə çarpır.

Manevr.az xəbər verir ki, postsovet ölkəsində yeni tədris ilinin başlanması ərəfəsində Təsil və Elm Nazirliyi məktəb proqramında dəyişikliklər edildiyini açıqlamışdı. Daha çox Vətənin qorunması, tarix, coğrafiya, xarici ədəbiyyat dərslərində dəyişikliklə tədrisə başlanılıb. Ən çox müzakirəyə səbəb isə xarici ədəbiyyata münasibət olub. Təsəvvür edin, Ukraynada daha Lev Tolstoyun, Fyodor Dostoyevskinin, Anton Çexovun əsərləri tədris olunmur. Ukraynalı şagirdlər Aleksandr Puşkinin şeirlərini oxumayacaqlar. Məktəb leksikonuna “rus dünyası”, “raşizm”, “ruslaşdırma siyasəti” ifadələri gətirilib.
Ukraynada dərsliklərdə Nikolay Qoqolun yaradıcılığına yer vermək qərarına gəliblər. Bəlkə də, ona görə ki, “Taras Bulba” povestinin müəllifi 1809-cu ildə məhz Ukraynada doğulub. Onun dünyaya göz açdığı Velikie Soroçintsı kəndi hələ də işğal olunmayıb.
Ukrayna dərsliklərində Mixail Bulqakovun “İt ürəyi”nə də toxunmayıblar. Yəqin ki, səbəb yenə də sadədir. Bulqakov Kiyevdə doğulmuşdu. Bəs Vladimir Korolenko? Rus yazıçı nəinki Ukraynada doğulub, həm də həyatla da bu torpaqlarda vidalaşıb. “12 stul”un müəllifləri – İlya İlf və Yevgeni Petrov da Odessa sakinləri olduğundan əfv edilib.
Ukrayna silahlı qüvvələrinin sıralarında yer alan yazıçı Sergey Pantyuk hesab edir ki, təcavüzçü ölkənin ədəbiyyatının iqnor edilməsi təbiidir. Onun fikrincə, dərsliklərdə Rusiya ilə bağlı heç nə yer almamalıdır. Pantyuk yuxarıda adı çəkilən yazıçıların əsəsrlərinin tədrisinin də əleyhinədir.
“Kim “İt ürəyi”ni oxumaq istəyirsə, kitabxanaya üz tuta bilər. Belə parlaq imperiya tərəfdarı və Ukrayna əleyhdarının əsərləri dərsliklərdə olmamalıdır. Vladimir Korolenko isə çox zəif yazıçıdır, əsərləri maraqsızdır. Təkcə Qoqolun saxlanmasına bir söz demirəm”.
Başqa bir ukraynalı yazıçı Andrey Kokotyux da düşünür ki, Qoqola güzəşt etmək olar. Amma bir şərtlə: əsərləri ukrayncaya tərcümə edilsin.
Qostomeldə Rusiya ordusunun törətdiyi vəhşiliyi gözləri ilə görmüş rusiyalı filoloq Lyudmila Çiçkaneva da “İt ürəyi”nin, “12 stul”un bədii dəyərinin olmadığını bildirir. O, rus şovinizmindən uzaq dayanmış yazıçıları kənara atmamağın tərəfdarıdır. Çiçkaneva Anna Axmatovanın, Anton Çexovun, Boris Pasternakın, Aleksandr Qrinin adlarını çəkir./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar