Xəbər lenti
Rusiya buna görə döyüşməyə məcburdur – İLGİNC SƏBƏBLƏR
“Rusiya tarixinin tədqiqatçıları rus dövlətinin xarakterini formalaşdıran əsas səbəbləri qeyd edirlər: avtokratiya, həddindən artıq mərkəzləşmə, böyük ordu. Rusiya bir “prujin” kimidir. Bəzən yığılır, bəzən isə uzandıqca-uzanır. Ona görə də Rusiyanın sərhədlərinin harada olduğunu söyləmək çox çətindir. Rus “prujini” tam açılanda Avropanın və Avrasiyanın çox hissəsini tutur”.
Politoloq hesab edir ki, bütün bunlar tarixin dərin iz buraxan xatirəsi ola bilərdi, əgər 2022-ci ildə Rusiya yenidən 16-17-ci əsrlərin problemləri ilə üzləşməsəydi: “Yenə də Rusiyanın Belarus və Serbiyadan başqa heç bir müttəfiqi yoxdur. Düşmənlər yenə də açıq şəkildə bəyan edirlər ki, onlar rus xalqının ölümünü istəyirlər. Biz yenə öz mahiyyətimizə qayıtmağa məcburuq. Bütün qüvvə və vasitələrimizi, sivilizasiyamızı, dilimizi, həyat tərzimizi qorumaq üçün avtokratik hərbi dövlətə çevrilməliyik. Bu isə “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarının əməli mənasına keçməsi deməkdir. Bu məna hər bir ölkə vətəndaşı üçün – qapıçıdan tutmuş ən varlı oliqarxa qədər əsas mesaja çevrilməlidir. Tarixi anın əhəmiyyətini dərk etməyənlər isə pulsuz və azadlıqsız qalmaq riski ilə üz-üzə qalacaqlar”.
“Uzun müddət Avropanın bizim ona olan hədsiz sevgi və sədaqətimizi qəbul edəcəyinə ümid bəsləmişik. Amma Avropaya həqiqətləri göstərməyin vaxtı çatıb. Beləliklə, şanlı, qədim rus dövlətimizin mövcud olduğu tarixi dairə təkrarlanır” – deyə Aleksey Jivov fikirlərini tamamlayıb./konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar