Xəbər lenti
Putin Afrikanı necə təsir altında saxlayır
Vladimir Putin
İqtisadiyyat üzrə ekspert Klaudia Bröl yazır ki, Qara dəniz limanlarının blokadasının işğalçı Rusiyaya qarşı qəzəbi artırdığına inananlar yanılırlar. Afrika İttifaqının (AU) sədri Maki Sallın Moskvaya səfəri də göstərdiyi kimi, Afrika-Rusiya münasibətləri hələ də qaydasındadır. Rusiya Prezidenti Vladimir Putin kimi Sall da Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. Bank fəaliyyətinə qoyulan məhdudiyyətlər və Rusiyanın “Swift” ödəniş sistemindən kənarda qalması Afrika ölkələrinin rus buğdasını və gübrələrini almasını, demək olar, qeyri-mümkün etdi.
Avropa və ABŞ məsələyə başqa cür yanaşır. Qərbin fikrincə, Afrikada gözlənilən aclıqda, Ukraynanın işğalı, istehsal müəssisələrinin dağıdılması və Qara dəniz limanlarının blokadasına görə yalnız Rusiya günahkardır. Qərb ölkələri Rusiyadan ərzaq ixracına sanksiyalar tətbiq etməyib.
Məsuliyyət və buğda ilə bağlı mübahisə Afrika ilə keçmiş Qərb tərəfdaşları arasında gərginlik yaradır. Qitənin Ukraynadakı müharibə ilə bağlı Qərbin mövqeyini bölüşmədiyi artıq martda BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı aydın olub.
BMT-dəki Afrika dövlətlərinin yarıdan çoxu Rusiyanın işğalını pisləyib. Eyni zamanda 17 dövlət bitərəf qalıb, 8-i səsvermədə iştirak etməyib, bir ölkə isə qətnamənin əleyhinə səs verib.
Təəccüblüdür ki, Cənubi Afrika Respublikası və Seneqal kimi Qərb yönümlü dövlətlər də “bitərəf” qalmağı seçiblər. Lakin hətta Keniya və Nigeriya kimi qətnamənin lehinə səs verən ölkələrin hökumətləri də sonradan Rusiyanı birbaşa tənqid etməkdən çəkindilər. Bəzi Afrika ölkələrinin BMT-də verdiyi səsvermənin həqiqətən də onların xalqlarının fikrini əks etdirməsi ciddi şübhə doğurur.
Afrikada 54 dövlət var. Liberiya və Misir istisna olmaqla hamısı özünü müstəmləkə keçmişinin qurbanı hiss edir. Qərbə qəzəb və dərin inamsızlıq bu gün də özünü göstərir. Soyuq müharibədən və müstəqillik uğrunda mübarizədən qalan keçmiş ittifaqlar güclü olduğunu sübut edir. Bundan əlavə, ciddi iqtisadi maraqlar var. Avropa ilə müqayisədə Rusiya hələ də Afrikada ciddi fəallıq ortaya qoyur. Maliyə muzdlular göndərilir, Anqolaya silah verilir və ya Cənubi Afrika Respublikası ilə enerji sazişi hazırlanır.
Afrika İttifaqı üçün onun üzvlərinin maraqları Ukraynanın suverenliyindən daha vacibdir. Maki Sall və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa təchizat böhranının səbəbi kimi müharibə ilə yanaşı, Qərbin sanksiyalarını da göstərir. Rusiyanın Afrikaya taxıl ixrac etməyə hazır olduğunu açıqlaması bu təəssüratı daha da gücləndirir.
Putin illərdir sovet dövründə olduğu kimi, Afrikada öz təsirini genişləndirmək üçün rusiyayönlü ittifaqlar yaratmağa çalışır. Deyəsən, bu istiqamətdə uğur da qazanır./bizimyol.info
Manevr.az
Ukrayna müharibəsinə görə 20 milyon ton taxıl Odessa limanlarında qalıb. Buna görə dünyada ərzaq böhranının ilk işartıları hiss olunur. Afrikada isə aclıq başlayıb.
Manevr.az xəbər verir ki, Rusiya və Ukraynadan gələn buğda Afrikanın tələbatının 40 faizindən çoxunu ödəyir. Prinsipcə, qara qitədə əhalinin özünü ərzaqla təmin etmək üçün kifayət qədər münbit torpaqlar var. Lakin müxtəlif səbəblərə görə - zəif infrastrukturdan tutmuş aşağı məhsuldarlığa, quraqlıqdan silahlı münaqişəyə qədər - bir çox ölkələr kənd təsərrüfatı və ərzaq idxalından asılıdır.İqtisadiyyat üzrə ekspert Klaudia Bröl yazır ki, Qara dəniz limanlarının blokadasının işğalçı Rusiyaya qarşı qəzəbi artırdığına inananlar yanılırlar. Afrika İttifaqının (AU) sədri Maki Sallın Moskvaya səfəri də göstərdiyi kimi, Afrika-Rusiya münasibətləri hələ də qaydasındadır. Rusiya Prezidenti Vladimir Putin kimi Sall da Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. Bank fəaliyyətinə qoyulan məhdudiyyətlər və Rusiyanın “Swift” ödəniş sistemindən kənarda qalması Afrika ölkələrinin rus buğdasını və gübrələrini almasını, demək olar, qeyri-mümkün etdi.
Avropa və ABŞ məsələyə başqa cür yanaşır. Qərbin fikrincə, Afrikada gözlənilən aclıqda, Ukraynanın işğalı, istehsal müəssisələrinin dağıdılması və Qara dəniz limanlarının blokadasına görə yalnız Rusiya günahkardır. Qərb ölkələri Rusiyadan ərzaq ixracına sanksiyalar tətbiq etməyib.
Məsuliyyət və buğda ilə bağlı mübahisə Afrika ilə keçmiş Qərb tərəfdaşları arasında gərginlik yaradır. Qitənin Ukraynadakı müharibə ilə bağlı Qərbin mövqeyini bölüşmədiyi artıq martda BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı aydın olub.
BMT-dəki Afrika dövlətlərinin yarıdan çoxu Rusiyanın işğalını pisləyib. Eyni zamanda 17 dövlət bitərəf qalıb, 8-i səsvermədə iştirak etməyib, bir ölkə isə qətnamənin əleyhinə səs verib.
Təəccüblüdür ki, Cənubi Afrika Respublikası və Seneqal kimi Qərb yönümlü dövlətlər də “bitərəf” qalmağı seçiblər. Lakin hətta Keniya və Nigeriya kimi qətnamənin lehinə səs verən ölkələrin hökumətləri də sonradan Rusiyanı birbaşa tənqid etməkdən çəkindilər. Bəzi Afrika ölkələrinin BMT-də verdiyi səsvermənin həqiqətən də onların xalqlarının fikrini əks etdirməsi ciddi şübhə doğurur.
Afrikada 54 dövlət var. Liberiya və Misir istisna olmaqla hamısı özünü müstəmləkə keçmişinin qurbanı hiss edir. Qərbə qəzəb və dərin inamsızlıq bu gün də özünü göstərir. Soyuq müharibədən və müstəqillik uğrunda mübarizədən qalan keçmiş ittifaqlar güclü olduğunu sübut edir. Bundan əlavə, ciddi iqtisadi maraqlar var. Avropa ilə müqayisədə Rusiya hələ də Afrikada ciddi fəallıq ortaya qoyur. Maliyə muzdlular göndərilir, Anqolaya silah verilir və ya Cənubi Afrika Respublikası ilə enerji sazişi hazırlanır.
Afrika İttifaqı üçün onun üzvlərinin maraqları Ukraynanın suverenliyindən daha vacibdir. Maki Sall və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa təchizat böhranının səbəbi kimi müharibə ilə yanaşı, Qərbin sanksiyalarını da göstərir. Rusiyanın Afrikaya taxıl ixrac etməyə hazır olduğunu açıqlaması bu təəssüratı daha da gücləndirir.
Putin illərdir sovet dövründə olduğu kimi, Afrikada öz təsirini genişləndirmək üçün rusiyayönlü ittifaqlar yaratmağa çalışır. Deyəsən, bu istiqamətdə uğur da qazanır./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar