Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya dəstək üçün Çinə təzyiq edir: Pekin kimdən və niyə qorxur

Tarix: 03-06-2022 11:00     Baxış: 4282 A- / A+
Rusiya dəstək üçün Çinə təzyiq edir: Pekin kimdən və niyə qorxur

Moskva yeni iqtisadi dəstək formaları təklif etmək üçün ən azı iki dəfə Pekinə təzyiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə adının çəkilməsini istəməyən çinli məmur bildirib.
"Çin Ukraynadakı vəziyyət və Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini açıq şəkildə ifadə edib. Biz Moskvanın çətin vəziyyətini başa düşürük. Amma bu dialoqda öz vəziyyətimizi nəzərdən qaçıra bilmərik. Çin həmişə Çin xalqının maraqlarından çıxış edəcək",- deyə Rusiyanın təzyiqlərinə cavab verilib.
Rusiyanın tələbləri sırasına fevralın 24-də Ukraynaya müdaxilədən əvvəl imzalanmış “ticarət öhdəliklərinin” saxlanılması, habelə hazırda ABŞ, həmçinin digər ölkələr tərəfindən sanksiya tətbiq edilən maliyyə və texnoloji dəstək daxildir.
Çin və Amerika rəsmilərinin sözlərinə görə, Pekin Rusiya-Ukrayna müharibəsinin 4 ay davam edəcəyini gözləmirdi. Si Tsinping ən yaxın müşavirlərinə sanksiyaları pozmadan Rusiyaya maliyyə yardımı etməyin yollarını tapmağı tapşırıb.
Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, lakin bu da, Rusiya tərəfi üçün kifayət etməyəcək. ABŞ rəsmisi bildirib ki, Çin Rusiyanı dəstəkləmək üçün “başqa yollar” (diplomatiya və birgə hərbi təlimlər vasitəsilə) tapmağa çalışır.
Pekin ABŞ və müttəfiqlərinin Çini yarımkeçiricilər, aerokosmik kimi kritik texnologiyaları dayandıra biləcəklərindən, maliyyə sisteminə zərər vermə etimalından ehtiyat edərək Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdən imtina edir.
ÇXR-in yüksək rütbəli rəsmiləri arasında müzakirələr daha sıx əlaqələri gücləndirmək və Pekin üçün riskləri minimuma endirmək üçün Çin daxilində Rusiya müəssisələrinin sürətləndirilməsinə yönəlib. Və açıq mənbə sənədləri Çin daxilində Rusiya ilə əlaqəli layihələrin irəli getdiyini göstərir.
Çinin yerli tender sənədləri göstərir ki, strateji əhəmiyyət kəsb edən Rusiya-Çin şərq qaz kəmərində yeni tikintinin maliyyələşdirilməsi layihənin cənub hissəsi üçün nəzərdə tutulan yeni material və avadanlıqların alınması ilə müharibə başlayandan bəri davam edir.
Sənədlər göstərir ki, aprel ayında Çin Atom Enerjisi İnstitutu da Pekin yaxınlığında Rusiya istehsalı olan Çin Sürətli Eksperimental Reaktor (CEFR) nüvə layihəsi üçün Rusiya şirkətindən yeni xidmətlər və avadanlıqlar alıb. Həmin dövrdə o, Çinin Jiangsu əyalətində tikilməkdə olan Çin-Rusiya layihəsi olan Tianvan Atom Elektrik Stansiyası üçün Rosatomdan yeni materiallar və xidmətlər alıb.
Pekin həmçinin bələdiyyə və əyalət hökumətlərinə Rusiya ilə ticarət, maliyyə əlaqələrini genişləndirmək üçün layihələrə başlamaq barədə göstəriş verib./bizimyol.info

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar