ABŞ Aerokosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin (ESA) İlon Maskın “SpaceX” şirkəti ilə birgə başlatdığı “Crew-4” missiyasında iştirak edən astronomlar kosmosda süni insan gözü dizayn edəcəklər.
Missiyanın bir hissəsi olaraq italyan astronomlar Samantha Kristoforetti, ABŞ astronomları Kjell Lindqren, Bob Hines və Jessica Vatkins ilə birlikdə Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb.
“SpaceX”in rolu astronomları öz kosmik gəmisində stansiyaya çatdırmaq olub. Astronomları daşıyan “Dragon Freedom” kapsulu keçən ay hədəfinə çatıb və BKS-yə yaxınlaşıb.
Yeni ekipaj bir sıra elmi eksperimentlər, o cümlədən kosmosda bitən bitkilər üzərində davam edən tədqiqatlar aparacaq.
Süni tor qişa bakteriorhodopsin adlı işıqla aktivləşdirilmiş zülal vasitəsilə inkişaf etdiriləcək. Mütəxəssislərin fikrincə, bakteriorhodopsin gözün işığı hiss edən hüceyrələrini əvəz edə bilər. Bu o deməkdir ki, zədələnmiş hüceyrələr öz funksiyalarını əvəzləyə bilər.
Bakteriorhodopsin insan gözündəki piqmentlərə bənzəyir və ən əsası siqnalları emal etmək üçün heç bir elektron avadanlıq tələb etmir.
Bundan əlavə, sözügedən zülal retinal problemlərdən əziyyət çəkən xəstələrin gözündə də sinir hüceyrələri ilə birlikdə işləyə bilir.
NASA bu tədqiqat üçün zülal əsaslı süni tor qişaları ərsəyə gətirən, ABŞ-da yerləşən biotexnologiya firması “LambdaVision” ilə əməkdaşlıq edib.
Firmanın tədqiqatçıları daha əvvəl stansiyada təbəqələşmə prosesinin mikroqravitasiyada daha yaxşı işləyib-işləmədiyini müəyyən etmək üçün təcrübələr aparmışdılar.
Astronomlar tərəfindən aparılacaq yeni tədqiqatlar da bu təcrübələr üzərində qurulacaq.sfera.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar