Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

5 ölkə paytaxtını dəyişəcək - Fəlakətin ssenarisi - Şəkillər

Tarix: 04-05-2022 23:08     Baxış: 4393 A- / A+
Gələcəkdə təbiət, iqlim və əhali sıxlığı ilə bağlı səbəblər 5 ölkənin paytaxtını köçürmək məcburiyyətində saxlayacaq.

Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, 5 ölkə - Cənubi Koreya, İndoneziya, Misir, Montserrat adası və Ekvatorial Qvineya paytaxtlarını köçürməyə hazırlaşır. Bunun səbəbi isə siyasi proseslərlə yox, əhalinin artması, iqlim və təbii şəraitlə bağlıdır.

Dünyanın ən sıx məskunlaşdığı şəhərlər arasında yer alan Misirin paytaxtı Qahirə şəhəri 24 saat xaos içindədir. 2050-ci ilə qədər şəhərin əhalisinin 40 milyona çatacağı təxmin edilir. Bunun üçün artıq hökumət ilkin addımlar atıb. Belə ki, səfirliklər, hökumət binaları, önəmli şirkətlər "Yeni İnzaibati Paytaxt" adlandırılan şəhərlərə köçürülür.
Layihənin yekunlaşması ilə bağlı dəqiq tarix verilməsə də, paytaxtın köçürülməsinin 6-7 il çəkəcəyi proqnozlaşdırılır. Plana evlər, otellər, məscidlər, kilsələr, parklar, universitetlər, tədqiqat mərkəzləri və təxminən 6 milyon insanın yaşayacağı yeni beynəlxalq hava limanı daxildir.
Qahirə - FOTOSESSİYA

İndoneziyanın paytaxtı Cakarta şəhərinə gəlincə, əhali sayı 30 milyonu aşan bu paytaxtda köçürmə layihələri 2019-cu ildən başlayıb, lakin koronavirus epidemiyası səbəbindən dayandırılıb. Belə ki, hər il müxtəlif təbii fəlakətlər, daşqınlar, şəhərin batmaq üzrə olan şimalı hissəsi bu addımı atmağa məcbur edib. 2050-ci ilə qədər şəhərin təqribən 25 faizinin dəniz səviyyəsinə və ya daha aşağıya enəcəyi təxmin edilir. Nunun səbəbi əhalinin istifadə etdiyi yeraltı sular və yüksələn dəniz sularıdır.

Paytaxtın 2024-cü ildə Borneo adasındakı Nusantara adlı yeni şəhərə köçürülməsi planlaşdırılır.
Endonezya 'suya batan' başkentini taşıyor

Paytaxtını köçürmək qərarına gələn digər ölkə isə Cənubi Koreyadır. Paytaxt Seuldan köçmək planları 2003-cü ildə irəli sürülüb və 2007-ci ildə Seuldan təxminən 120 kilometr cənubda Sejonq şəhəri salınmağa başlanılıb. Plana görə, Sejonqa tam köçürülmənin 2030-cu ildə başa çatdırılması və bu gün 350 min olan şəhərin əhalisinin 500 min nəfərə çatdırılması planlaşdırılır. Cənubi Koreyanın paytaxtının Seuldan köçürülməsinin səbəbi İndoneziya və Misirdə olduğu kimi əhalinin artmasıdır.
Investors Darlings – Top 7 South Korea Headquartered Companies Who Raised  More Than US$50M in 2019 | AsiaTechDaily - Asia's Leading Tech and Startup  Media Platform

Ekvatorial Qvineya və ada ölkəsi Montserrat da paytaxtlarını köçürmək istəyən ölkələr sırasındadır. Lakin bu iki ölkənin ortaq cəhəti ondan ibarətdir ki, planlaşdırılan paytaxt və hazırki paytaxt ruhlar şəhəridir.

Montserratın paytaxtı Plimut adanın yarısı ilə birlikdə 1995 və 1997-ci illərdə püskürən vulkanının lava, kül və palçığına qərq olub. Şəhərin çox hissəsi Karib dənizinin digər adalarına və İngiltərəyə köç edib.

Plimut hələ də 17-ci əsrin müstəmləkə əsərlərinin basdırıldığı Montserratın rəsmi paytaxtı olsa da, faktiki paytaxt adanın şimalında 1000 nəfər əhalisi olan Brades şəhəridir.

Yeni paytaxt isə adanın şimalında yerləşən Little Bayda seçilib.
Buried Catholic Church, Plymouth Montserrat | Catholic Churc… | Flickr

Ekvatorial Qvineyanın yeni paytaxtı Malobo şəhəri isə ölkə əhalisinin 72 faizinin yaşadığı materikdə deyil, Kameruna daha yaxın olan Bioko adasında yerləşir. İqlimi, təhlükəsizliyi, əhalinin köçü, enerji mənbələrinə yaxınlığı ilə seçilən yeni paytaxt - Ciudad de la Paz materikin şərqində yerləşir. Şəhərin tikintisinə 2015-ci ildə başlanılıb. Dövlət binası, bir neçə villa, otel və kilsə istisna olmaqla, şəhərdə tikintilər hələ də yarımçıq qalıb. Buna səbəb isə maliyyə çətinlikləridir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar