Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın “Xankəndində erməni qalmaya bilər” xofu: terrorçu “artsax” silahlıları niyə çıxarılmır?

Tarix: 06-04-2022 09:19     Baxış: 486 A- / A+
Baş nazirin Brüssel görüşündən öncə mövqeyi təsadüfi deyil və məsələni Rusiyasız masaya daşımaq niyyəti güdür, onun son çıxışı antiterror əməliyyatından başqa çıxış yolu qoymur - üç mövqe
Ötən həftə Ermənistanda hakimiyyət rəsmiləri və baş nazir Nikol Paşinyan nala-mıxa vuran açıqlamalarla yadda qaldılar: rəsmi İrəvan gah sülh müqaviləsini imzalamağa hazır olduqlarını açıqladı, gah da prosesi acı bağıraq kimi uzatmaq üçün ən müxtəlif bəhanələr uydurdu. Hətta Paşinyan daha da irəli gedərək 44 günlük müharibədən sonra bəlkə də ilk dəfə bu məsələyə toxunaraq bəyan etdi ki, Qarabağdakı qondarma terrorçu rejimin silahlı birləşmələrinin çıxarılması ümumilikdə ermənilərin bölgədən çıxarılması deməkdir. Hərçənd belə deyil! Paşinyanın iddiasına görə, guya Azərbaycan üçtərəfli bəyanatın erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına dair bəndini düzgün təfsir etmir: “Çünki 9 noyabr bəyanatında erməni birləşmələrinin haradan getməli və harada qalmalı olduqları dəqiq göstərilib”.
Halbuki 10 noyabr sənədinin 4-cü bəndində aydın ifadə edilib - sülhməramlıların yerləşdiyi ərazilərdən paralel olaraq erməni silahlı dəstələri çıxırlar. Amma ilyarımdır qol çəkilmiş bu bənd icra olunmur və indi də Paşinyan manipulyasiya etməyə çalışır. Paşinyanın açıqlaması ondan xəbər verir ki, Ermənistan 4-cü bəndin icra olunmasında maraqlı deyil. Rusiya da bunun icrası üçün xüsusi cəhd etmir. Belə olmasaydı, Kreml Ermənistanı buna məcbur edərdi. Bəs bu vəziyyət nə qədər davam edəcək? Rusiya niyə qanunsuz dəstələrin Qarabağda qalmasında maraqlıdır? Özləri Qarabağda bufer zona təşkil etməyə mükəlləfkən niyə  erməni silahlılarını qabağa verirlər?
Və maraqlıdır ki, iki gün əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz iqamətgahında separatçı qurumun rəhbəri Arayik Arutyunyanla görüşmüşdü. Söhbət zamanı hər iki tərəf razılaşıb ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində həm qondarma qurum, həm Ermənistan hakimiyyəti, həm də müxalif qüvvələr çox ehtiyatlı ritorikaya ehtiyac duyurlar. Onlar Ermənistan və Qarabağdakı vəziyyəti çətinləşdirməyə, daxili siyasi münaqişələri qızışdırmağa yönələn hərəkətlərə yol verməməlidirlər.
Akif Nağı — Vikipediya
Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan oyun oynayır və Paşinyan fikrini dəyişməli olacaq: “İrəvan 10 noyabr sənədini təhrif edir ki, guya elə bir bənd göstərilmir. Sanki sənədin Xankəndinə aidiyyəti yoxdur. Ona görə Azərbaycan hədəfə doğru gedir, hədəf Xankəndidir və Fərruxun götürülməsi göstərir ki, ordumuz irəliləyir. Üstəlik, ermənilər anlayır ki, orada qalmağın mənası yoxdur. Azərbaycan öz işini görür, proses gedir, sadəcə, arxayınlaşmaq olmaz”.
Siyasi təhlilçi Asif Nərimanlı Paşinyanın son açıqlamalarını  bölgədə yeni eskalasiyanın anonsu hesab edir: “10 noyabr razılaşmasının 4-cü bəndini özünəməxsus formada təhrif edən Nikol deyir ki, qondarma ”Qarabağ müdafiə qüvvələrinin" çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir. Birincisi, razılaşmanın 4-cü bəndində “sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözləri qeyd olunur və bu, Paşinyanın iddia etdiyi kimi, erməni silahlı dəstələrinin Azərbaycan ərazisində geri çəkilməsi yox, bölgədən çıxarılmasını nəzərdə tutur.
Baş verənlər Azərbaycan daxilində və sərhəddə yeni təxribatlar, gərginlik  vəd edir" - ASİF NƏRİMANLI
Asif Nərimanlı

İkincisi, Azərbaycan Ordusu müharibənin gedişində erməni dəstələrini hazırda olduqları mövqelərə qədər təmizləmişdi və razılaşmaya əsasən hansısa “geriçəkilmə” olmayıb. Üçüncüsü, Paşinyan qondarma “Qarabağın müdafiə qüvvələri” deməklə hazırda Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin qalıqlarının da separatçıların “ordusu”na aid olduğunu göstərməyə çalışır. Hərçənd razılaşmada söhbət “erməni silahlı qüvvələri”ndən gedir və 4-cü bəndin icrasından sonra separatçılar, eləcə də onların terrorçu dəstələrinin təmizlənməsi Azərbaycanın daxili işidir".
Siyasi şərhçi deyir ki, bu iddialar Ermənistanın 4-cü bəndin icrasından açıq mətnlə imtina etməsi deməkdir və Paşinyanın Brüssel görüşündən öncə bu mövqeyi təsadüfi deyil: “Zəngəzur dəhlizi məsələsində Ermənistanın istədiyi ”yol məntiqinin" Brüssel masasında qəbul edilməsi Paşinyanın erməni silahlı dəstələri ilə bağlı məsələni də Rusiyasız masaya daşımaq niyyətindən xəbər verir. Bütün bunların kontekstində Fərrux məsələsinə görə Paşinyanın Rusiya sülhməramlılarını ittiham etməsi də diqqət çəkir. Baş verənlər, xüsusilə Paşinyanın son mövqeyi 4-cü bəndin icrası üçün Bakıya antiterror əməliyyatından başqa çıxış yolu qoymur. Putinin hər iki tərəflə danışması və razılaşmaların icrasına sadiqliyin vurğulanması Rusiyanın yaranmış əməliyyat zərurətindən narahat olduğunu və vəziyyəti sakitləşdirmək istədiyini də göstərir".
A.Nərimanlı deyir ki, vəziyyətin uzun müddət belə davam etməyəcəyi ortadadır və razılaşmalarda irəliləyişin olmaması Moskvanın vasitəçiliyinə riskləri artırır: “Mümkündür ki, Əliyev Putinlə söhbətdə 4-cü bəndin icrasının vacibliyini və bu edilmədiyi təqdirdə kommunikasiya, eləcə də sərhəd razılaşmalarının icrasının mümkünsüzlüyünü izah edib. Proseslər 4-cü bəndin yerinə yetirilməsinin aktual olduğunu deməyə əsas verir. Lakin əsas məsələ fərqlidir - erməni qoşunlar razılaşmaya əsasən bölgəni tərk edəcəklər, yoxsa buna məcbur ediləcəklər?!”
Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA
Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, qanunsuz silahlı dəstələrin evakuasiyası oradakı erməni əhalisinin köçünü sürətləndirəcək: “Onsuz da ermənilərin aqibəti qeyri-müəyyəndir. Sadəcə, sülhməramlılar onların Qarabağdan gedişini əngəlləyir. Prezident İlham Əliyev də bir neçə ay əvvəl müsahibəsində dəqiq rəqəmlər açıqlayaraq vurğulamışdı ki, Xankəndi və ətraf ərazilərə 91 faiz daxilolma var, çıxışda isə 46 faizdir. Bunu da əngəlləyən rus hərbçiləridir. Üstəlik, Qarabağda ermənilərin cəmi sayı 27 min nəfərdir. O deməkdir ki, terrorçu-silahlı dəstələrin çıxarılmasından sonra sülhməramlıların nəzarətindəki 27 min erməni də olmayacaq, sayları daha da azalacaq. Çünki onlar hələ də bizə inanmır və qanunlarımızla yaşamaq istəmirlər. Üstəgəl, separatçı rejim erməni əhalisinin beynini yuyub və bizə nifrət edirlər. Ona görə 2025-ci ilədək sülhməramlıların vaxtı var ki, bölgədə sülhyaratma missiyasını yerinə yetirsinlər”.
Siyasi şərhçinin sözlərinə görə, sadəcə, Rusiya regionda separatçıların mövcudluğunda maraqlıdır, Paşinyan isə növbəti manevrlərindən birini edir: “Üstəgəl, Ermənistan Azərbaycanla sülh müqaviləsini Qarabağdan ayırır. İrəvan deyir ki, sülh bağlayaq, amma terrorçu ”artsax" rejimi qalacaq. Bu məsələdə Rusiya ilə Ermənistanın mövqeləri üst-üstə düşür. Ordumuz Fərruxa nəzarəti götürdüyü kimi, digər ərazilərdə də bu proses getməlidir. Amma biz Moskva ilə danışmalıyıq. Əgər həll etmirlərsə, sülhməramlı onları çıxarmırsa, biz çıxarmağın yolunu bilirik".“Yeni Müsavat”

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar