Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

r

Tarix: 04-08-2025 10:36     Baxış: 1 A- / A+
"AYRILIQ RƏNGİNDƏ YUXULAR"IN SONSUZ ÜNVANI +
 
 
Namiq Dəlidağlı yeni nəşr edilmiş şeirlər kitabını mənə hədiyyə edəndə düşündüm ki, kitab haqqında fikir söyləmək hüququnu da verdi.
Beləliklə, elmi rəhbərim, dəyərli insan, professor Məhərrəm Qasımlının "Qələm məhz yazmağa başlayandan sonra özünün varlığını isbatlamaq imkanına sahib olur" sözlərinin hikmətinə söykənərək qələmi əlimə aldım.
Müəllifin "Otel otağından reportaj"adlı şeirlər kitabını diqqətlə oxudum, doğrudur, bəzi seirlərdə fikir təkrarçılığı var idi. Lakin ümumilikdə, bu balaca kitabın köksündəki dərin yaralar və şair qəlbinin acılarının, eyni zamanda, arzularının nəhayətsizliyi məni duyğulandırdı. Gah keçmiş günlərə qayıdıb xatirələrimə sarıldım, gah da ağ dəvələrin karvanına qoşulub ağ günlərə, ağ arzulara doğru uzun bir yol aldım. Bu uzun yolda yurd həsrətilə üşüyən qəlbin buz bağladığını da gördüm, düşmən tapdağı altında inləyən torpağın şairi harayladığını da... O vətən ki orada tənha qalan ata məzarı şairin qəlbinin sönmüş ocağı idi. 
Beləcə, Namiqi haraylayan yurd həsrəti, onun şeirlərində sanki tövbədən sonra günah işlədən insanın bağışlanmaz səhvinin etirafı kimi səsləndikcə, bu içdən duyğulara biganə qalmaq mümkünsüzləşdi.
Dəlidağlının "Ata həsrəti"nin təsiri məni atamın, deməli, sevgimin, sonsuz məhəbbətimin var olduğu usaqlıq illərinə apardı və mən yenidən o uzaq, əlçatmaz illərin xatirələri içərisində, bir anlıq da olsa, xoşbəxtliyimə qovuşdum..
Görünür, şair ataya, anaya, vətənə, onun daşına, torpağına, insanlarına məhəbbət bəsləməklə yanaşı, həm də bu yurdun arılarını, kəpənəklərini, böcəklərini, çiçəklərini çox sevir. Çünki az qala bütün şeirlərində onlardan məhəbbətlə, sevgilə danışır.
Namiqin daha bir məhəbbəti, sevgisi, həsrəti, acısı, iztirabı, ümidsizliyi, tənhalığı on ikinci otel otağının divarları arasında bar verən xatirələrin şəkillərə həkk olunmuş əksinə çevrilərək əbədiyyət qazandı. Şairin qələbəsinin, uğurunun rəmzinə çevrilən bu on ikinci otaq bundan sonra çoxlarının müvəqqəti ünvanı olacaq, ancaq əbədiyyət qazanan bu cür sevginin, çətin ki bir də şahidi olsun. Təəssüf ki, ayrılıq rəngində yuxular görən şairin sonuncu ümidi də ürək ağrıları ilə bərabər bu otağın soyuq divarları arasında yox olub gedir.
Düşünürəm ki, sözü bətnində böyüdüb, ona yeni həyat, yeni nəfəs verə bilirsənsə, sən də onunla bərabər əsrlərlə yaşamaq hüququ qazanırsan. Mən Namiq Dəlidağlıya bu hüququ qazandıracaq yeni nəfəs, böyük yaradıcılıq uğurları arzulayıram.
Reyhan Miqdadqızı
(Tarixi yazmaq)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar