Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Yuxarı sinif şagirdlərinin NƏZƏRİNƏ: 10, 11-ci siniflər ləğv olunur? - AÇIQLAMA

Tarix: 11-01-2024 23:24     Baxış: 3138 A- / A+
“Biz, həqiqətən də, 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”.

Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev “İTV”-yə müsahibəsində deyib.

Bildiyiniz kimi, Azərbaycanın orta məktəblərində kurikulum tədris proqramı tətbiq olunur. Bu proqrama əsasən, orta təhsilin 9-cu sinifinə qədər bütün dərs proqramı tədris olunub bitirilir. 10 və 11-ci siniflərdə isə 5-ci sinifdən etibarən keçilmiş mövzuların daha geniş formada tədrisi nəzərdə tutulur. Bu proses ölkədə kurikulum sistemi tətbiq olunmağa başladığı andan start götürüb.

Belə bir sistemlə dərslərin tədrisi nə qədər effektivdir?

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, “ümumiyyətlə, konstitusiyaya və qanunvericiliyə əsasən, icbari təhsil ödənişsizdir. 9 və 11-ci siniflərdən – tam orta və ümumi orta təhsil bazasından biz şagirdləri buraxırıq. Yəni 9-cu sinifi bitirən və attestatını alan şagird təhsil almaq istəmədiyini bildirərək təhsilini dayandıra və məktəbi tərk edə bilər. Bu şəxslər fərqli sahələrə keçid ala bilər, kollecə, peşə məktəblərinə üz tuta bilər və yaxud da, ümumiyyətlə, təhsilinə davam etməyə bilər. Bu nöqteyi nəzərdən biz şagirdi müvafiq sinifə, yəni, 9-cu sinifə qədər müəyyən biliklərlə təmin etməliyik”.

Ekspert bildirib ki, 9-cu sinifi bitirən şəxslərin bütün tədris proqramını mənimsəməsi onların həyatlarında, gələcək karyeralarında olduqca vacibdir. Lakin dərs prosesi zamanı 9-cu sinifə qədər alınmış informasiyalar əhatəli formada deyil, daha lakonik və gündəlik həyatda istifadə ediləcək dərəcədə əhatəlidir.

“Təbii ki, 10 və 11-ci siniflərdə isə digər fənnlərə - fizika, kimya və s. fənnlərlə bağlı daha geniş formada tədris prosesində iştirak edir və həmin fənnləri daha professional səviyyədə mənimsəmiş olur. Tədris proqramının bu formada tətbiq olunması 9 illik prinsipə əsaslanır. 9 illik proqram buraxılış olduğu üçün ilkin informasiyanın verilməsi, həmin sinifə qədər ən azından müəyyən mövzuların tədris olunması əsas mövzulardan biridir”.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar