Xəbər lenti
Çovdarovun əmlaklarının geri qaytarılmasının sirri
Siyahını təqdim edirik:
- Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi. Dəyəri 8 milyon 100 min manat;
- Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadratmetr torpaq sahəsi. Dəyəri 95 min manat;
- Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi. Dəyəri 300 min manat;
- Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən 250 kvadratmetr qeyri-yaşayış sahəsi. Dəyəri 231 min 500 manat;
- Xətai rayonu M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadratmetr sahəyə malik 179 saylı mənzili. Dəyəri 125 min manat;
- Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38. Dəyəri 483 min manat;
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi. Dəyəri 86 min manat;
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi. Dəyəri 71 min manat;
- Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadratmetr fərdi yaşayış evi. Dəyəri 808.000 manat;
- Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadratmetr bağ evi. Dəyəri 700 min manat;
- Abşeron rayonu, Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi. Dəyəri 60 min manat;
- Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi. Dəyəri 203 min manat;
- Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi. Dəyəri 59 min 500 manat;
- Xızı rayonu, Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi. Dəyəri 400 min manat;
- Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri. Hər birinin dəyəri 15 min manat;
- Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikili. Dəyəri 750 min manat;
- Abşeron rayonu, Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4.310.000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili. Dəyəri 2 milyon 470 min manat;
- Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi. Dəyəri 1.800 manat;
- Kürdəmir rayonu, Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi. Dəyəri 60 min manat;
- Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuz. Dəyəri 646 min manat;
- Kürdəmir şəhəri "Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu. Dəyəri 208 min 600 manat;
- Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadratmetr, 24,6 kvadratmetr, 18,60 kvadratmetr, 13,8 kvadrat metr, 16,0 kvadratmetrdən ibarət qarajlar. Dəyəri 96 min manat;
- Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadratmetr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı bina. Dəyəri 3 milyon 178 min manat;
- Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası. Dəyəri 4 milyon 500 min manat;
- Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142. Dəyəri 145 min manat.
Akif Çovdarovun MTN-də işlədiyi illərdə sahibləndiyi bu əmlakların özünə qaytarılmasının əsası ötən ilin dekabrında qoyulub. O zaman Ali Məhkəmənin hakimi Əziz Seyidov Akif Çovdarovun kasasiya şikayətini qəbul edib və yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib. Qərarı uzun illər Bakı Şəhər prokuroru vəzifəsində işləmiş, 2017-ci ildən Ali Məhkəməyə hakim təyin olunmuş Əziz Seyidovun verməsi təsadüfi deyil. Onun Akif Çovdarovla Bakı şəhər prokuroru olduğu zamanlardan çox yaxşı münasibləri olub.
Əziz Seyidov şikayəti qəbul edib baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərməsi Akif Çovdarovun istəyinə nail olacağından xəbər verirdi. Yəni Bakı Apelyasiya Məhkəməsində verilən qərarın əsası son mərhələdə Ali Məhkəmədə qoyulub.
Akif Çovdarovun cinayət işi üzrə 60-dan çox zərərçəkən var. Zərərçəkənlərə vurulan ziyanın qarşılığı da ödənməyib. Mətbuata ötürülən məlumatda real bazar dəyəri 40-50 milyon manat olan əmlakların Akif Çovdarova deyil, ailə üzvlərinə məxsus olması təlqin olunur. Əslində isə hər kəsə gün kimi aydındır ki, əmlaklar Akif Çovdarova məxsusdur.
2015-ci ildə Akif Çovdarov işdən qovulandan sonra oğlu Ruslan Çovdarov da Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri vəzifəsindən uzaqlşaıdırıldı. Ruslan Çovdarov sektor müdiri olanda aldığı əmək haqqı ilə heç 100 min manatlıq əmlaka sahiblənə bilməzdi. Yəni "əmlaklar Çovdarovun ailəsinə məxsusdur” uydurmasına kimsə inanmır.
Bəs niyə Akif Çovdarovun üzərinə həbs qoyulan, müsadirəyə götürülmüş əmlakları niyə qaytarıldı? Akif Çovdarov və başının dəstəsinin 60-dan çox zərərçəkənə vurulan ziyan hansı hesabdan ödəniləcək?
"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, Akif Çovdarovun əmlaklarının özünə qaytarılması barədə qərar ölkədə məmur cinayətkarlığının stimullaşdırılmasına xidmət edəcək: "Akif Çovdarovun əmlakları ilə bağlı qəbul olunan qərar Azərbaycan qanunlarından kənardır. Akif Çovdarov MTN-də vəzifəsindən hansı şəkildə istifadə edirdisə, onun barəsində qərarı verənlər də o şəkildə işləyir, qərar verirlər. Bu qərar Azərbaycan Baş Prokurorluğunun nüfuzuna vurulan ən ciddi zərbədir. Baş Prokurorluq ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 18 maddəsi - adam öldürmə, adam oğurlama, hədə-qorxu ilə tələb etmə, şantajla tələb etmə, mənimsəmə, quldurluq, cinayətkar dəstə yaratma kimi ağır cinayətlər kateqoriyasına aid olan maddələrlə ittiham irəli sürmüşdü. Akif Çovdarovun cinayət işi üzrə 320 nəfər şahid, 60-dan çox zərərçəkən vardı. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov Akif Çovdarovun cinayət işi üzrə məhkəmənin adını açıq qoyub faktiki olaraq qapalı, məhkəmə adına gülünc bir tamaşa keçirdi.
Məhkəməyə sədrlik edən Həbib Həsənov Akif Çovdarova ittiham üzrə cinayətləri törətməsini sübut etmək kimi bir həvəs göstərmirdi. Akif Çovdarov özünü məhkəmədə avtoritet kimi aparır, saymırdı. Gah qarnını tutub tualet istəyirdi, gah da arxasını məhkəməyə çevirirdi. Yəni Akif Çovdarovun ilkin instansiyada keçirilən məhkəməsindən bəlli idi ki, ona münasibət fərqlidir. Onun həbsi də vəzifədə olarkən açıq-aşkar törətdiyi cinayətlərinin ictimailəşməsinə görə baş tutmuşdu. Əks halda o da Eldar Mahmudov kimi azadlıqda qalacaqdı. Akif Çovdarova loyallığın səbəbi açıqlanmasa da, aydındır ki, bu münasibət onun vəzifə cinayətləri ilə əlaqəlidir".
Hüquqşünas hesab edir ki, Apelyasiya Məhkəməsinin qərarına yenidən baxılmalı, qanundan kənar qəbul edilmiş qərar ləğv edilməlidir: "Bu, qərar illərdir ki, gerçəkləşməsi elan olunan məhkəmə-hüquq islahatlarına feodalizm dövründən qalma böyük bir yamaqdır. Məhkəmə-hüquq islahatlarının sözdən o yana keçməməsinin göstəricisidir”.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovla birgə ittiham olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş əməkdaşı polkovnik Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.
2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar