Xəbər lenti
v
Bura Vətəndir!...
Sumqayıt ziyalılarının Şamaxıya və İsmayıllıya poeziya səfəri
Sumqayıt Dostlar Klubunun (SDK) üzvləri dahi şair İ.Nəsiminin adı, “xeyir-
duası” ilə səfərə çıxaraq, onun xələfləri Mirzə ƏləkbərSabirin, ötən il
həyatdan köçmüş Musa Yaqubun vəxilaskar türk əsgərlərinin məzarlarını
ziyarət etmişlər
...Günəş Xəzərin o tayından boylanaraq, bu tayda zərrin şəfəqləri ilə mütəfəkkir
şairimiz İmadəddin Nəsiminin Sumqayıtda adını daşıdığı şəhər parkında yerləşən,
üzü dənizə baxan heykəlini nura qərq edəndə böyük ehtiramla ona yaxınlaşan bir
nəfərin “Sabahın xeyir, Ulu şair!” deyərək, məşhur “Məndə sığar iki cahan, mən
bu cahana sığmazam, Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam!”
beytini söyləməsini Nəsimidən və onun özündən başqa heç kəs eşitmirdi - səhərin
gözü hələ təzə açılırdı. Həmin şəxs Nəsiminin “qonşuluğunda” yaşayan tanınmış
ziyalı, müdrik, fəlsəfi fikirləri ilə son illər yaradıcı aləmin və oxucuların böyük
rəğbətini qazanmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Sumqayıt Dostlar Klubunun yaradıcısı və sədri, hətta Almaniya və Rusiyada belə
məşhur göz həkimi kimi tanınan Hümbət Həsənoğlu (Quliyev) idi. O, adəti üzrə
hər səhər evdən çıxarkən ilk növbədə “qonşusu” olan dahi şairi ehtiramla
salamlayır və işə sanki Nəsiminin xeyir-duasını alaraq yollanır. Bu səhər isə
xüsusi bir səhər idi – ziyalı dostlar birlikdə Azərbaycanın qədim paytaxtı
Şamaxıya, Nəsimi yurduna səfər edəcək, sonra da İsmayıllıya yollanacaqdılar.
Səfər planı isə Nəsimidən başlayaraq Şamaxının daha bir dahi şairinin - Mirzə
Ələkbər Sabirin və müasirimiz olmuş görkəmli şeir ustadının – bütün ömrünü
İsmayıllının Buynuz kəndində yaşayıb-yaratmlş, dillər əzbəri olmuş vətənkeşlik
şeirləri ilə xalqın böyük rəğbətini qazanmış Musa Yaqubun məzarını ziyarət
etməyi nəzəfdə tuturdu.
- Bulmuşam həqqi, Ənəlhəq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm!- Nəsiminin bütün dünyada, xüsusilə
Şərq aləmində məşhur olan bu beytini hələ də onun heykəli önündə dayanaraq,
baxışlarında dahi şairə sevgisi, böyük ehtiramı aydın duyulan Hümbət
Həsənoğluya astaca (sanki onun fikirlərini dağıtmamaq üçün) yaxınlaşan tanınmış
şair-qəzəlxan, qəzəl quruluşlarının elmi-nəzəri əsaslarını hazırlamış, dillər əzbəri
olan bu beyti qəzəlin xüsusi ifadə ahəngiylə Əli Ələmi (Əmirov) xoş bir
təbəssümlə söyləyir.
Sumqayıtın bu iki tanınmış ziyalısı Xəzərdən boylanan Günəşin və xalqımızın
poeziya Günəşinin qəlbləri isidən nuru altında səmimiyyətlə görüşürlər. Əli Ələmi
güclü düha sahibi, müdrik bir filosof-şair olan Nəsiminin həm də böyük məhəbbət
şairi olduğunu onun bu beyti ilə yada salır:
Allahu-əkbər, ey sənəm, hüsnünə heyran olmuşam,
Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam.
Və dostlar təbii olaraq təəssüflərini bildirirməli olurlar ki, Nəsimi poeziyasının son
illərdəki elmi araşdırıcısı, Azərbaycanın tanınmış gənc şərqşünası, istedadlı
nəsimişünas alim Vüsal Hətəmov Vətən müharibəsi iştirakçısı kimi başqa bir
mühüm tədbirə dəvət olunduğundan Dostlar Klubunun bu poeziya səfərində
onlarla birgə ola bilməyəcək. O Vüsal Hətəmov ki, Dostlar Klubuna gəlişi ilə
Klub üzvlərinin İmadəddin Nəsimiyə, Azərbaycanın klassik və müasir poeziyasına
onsuz da böyük olan sevgilərini öz maraqlı söhbətləri, Nəsiminin elmi-fəlsəfi
düşüncələrlə dolu poeziyası haqqında yeni fikirləri ilə daha da gücləndirə bilib. O
Vüsal Hətəmov ki, hələ Vətən müharubəsi başlamazdan əvvəl artilleriya zabiti
kimi cəbhə xəttinə yollanmış, qəlbinin böyük Vətən sevgisi ilə müharibənin ilk
günündən böyük Qələbəmizədək ağır döyüş yolları keçmiş, Qarabağdan sinəsi
medallarla qayıtmışdır.
Dostlar digər yoldaşlarının gəlməsini gözləyərək, dahi şairin 2019-cu ildə 650
illik yubileyinin respublikamızda geniş qeyd edilməsini yada salıb, Vüsalın da o
böyük yubileyə verdiyi elmi-nəzəri töhfəsi barədə söhbət açaraq, şairin öz məsləki
yolunda son nəfəsinədək – edam edildiyi günədək əqidəsindən dönməməsini şair
qəhrəmanlığı kimi yüksək dəyərləndirirlər. Bütün Şərqdə mərdlik, fədakarlıq və
iradə rəmzi kimi tanınan və sevilən Nəsiminin doğma Azərbaycan dilində şеrin ilk
gözəl nümunələrini yaratmasını, ərəb və fars dillərində də yazdığı divanlar
sayəsində bütün Şərq aləmində böyük şöhrət tapmasını qürurla dilə gətirirlər.
Təsadüfi deyildi ki, dahi şair öz poeziyası haqqında haqlı olaraq yazırdı:
Hеç kimsə Nəsimi sözünü kəşf еdə bilməz,
Bu, quş dilidir, bunu Sülеymanbilir ancaq!
Respublikamızın tanınmış şair-qəzəlxanlarından olan nüfuzlu alim, texnika elmləri
namizədi Əli Ələmi onu da fəxrlə yada salır ki, o, İmadəddin Nəsiminin “adaşıdır”,
çünki dahi şairin də əsl adı Əli olmuşdur.
Onların söhbətini Hümbət Həsənoğlunun telefonuna gələn zəng kəsir. Mikrofonu
açıq olan telefonda ilk olaraq İmadəddin Nəsiminin “Dilbəra, mən səndən ayrı
ömrü, canı neylərəm?” misrası eşidilir. Bu, tanınmış yazıçı-publisist,
respublikanın Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü, 30-a qədər kitabın - bədii və sənədli əsərlərin müəllifi Eyruz
Məmmədovdur:
Dilbəra, mən səndən ayrı ömrü, canı nеylərəm?
Tacı-təхti, mülkü-malı, хanimanı nеylərəm?
İstərəm vəsli-camalın ta qıla dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı nеylərəm?
Еy müsəlmanlar, bilin, yar ilə хoşdur bu cahan,
Mən ki yardan ayrı düşdüm, bu cahanı nеylərəm?
Eyruz müəllim İ. Nəsiminin çox sevdiyi bu qəzəlini ilhamla söyləyərək, təəssüflə
səfərdə iştirak edə bilməyəcəyini, lakin qəlbən dostlarının yanında olacağını
bildirir. Özünəməxsusluğu, janr və mövzu müxtəlifliyi ilə seçilən, lakin bütün
ruhları ilə vətənpərvər, əqidə mübarizləri olan İ. Nəsimi, M. Ə. Sabir və Musa
Yaqub poeziyasına hər zaman yüksək dəyər verdiyini söyləyərək, dostlara uğurlar
arzulayır.
Və yenə bir zelefon zəngi gəlir. Bu dəfə dostları salamlayan daha bir nüfuzlu
ziyalı, Sumqayıtın “Hippokrat” Elmi-Tibbi Klinikasının yaradıcısı və baş həkimi,
tibb elmləri namizədi, respublikanın minlərlə xəstəyə şəfa vermiş Əməkdar
həkimi, şeir-sənət xiridarı Mayılxan Tağıyevdir. Mayılxan həkim də üzrlü
səbəbdən poeziya səfərində iştirak edə bilməyəcəyini bildirərək, son günlər
Azərbaycanda bir çox vəzifəli adamların xalqı soyub-taladıqlarına işarə edərək, M.
Ə. Sabirin bu misralarını səsləndirir:
Zilli-Sultan, bura say döydürüb aldıqlarını,
Söyüb aldıqlarını, söydürü baldıqlarını!
Boşdanışma, bura say qapdırıb aldıqlarını,
Çapı baldıqlarını, çapdırıb aldıqlarını!..
Respublikanın tanlnmış, prinsipial hüquqşünaslarından olan vəkil Azər Saleh də
sanki elə bu gün də bəzi məmurların, oliqarxların dilindən səslənən “Millət necə
tarac olur, olsun, nə işim var?!” şeirini söyləyir:
Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədir karim,
Dünyavü cahan ac olur, olsun, nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da, batsın;

...Bir azdan Klubun digər üzvləri də gəlməyə başlayır. Və dostlar dahi şairin büstü
önündə xatirə şəkli çəkdirərək və ruhən onun xeyir-duasını alaraq, avtobusa
əyləşib, Şamaxıya yola düşürlər. Yol boyu klassik və müasir Azərbaycan şair və
yazıçıları, o cümlədən azadlıq çarçıları Bəxtiyar Vahabzadə və Xəlil Rza yada
salınaraq, şeirləri səsləndirilir, gözəl şeirlər müəllifi kimi, həm də baməzəliliyi ilə
tanınan Hüseyn Arifin sərgüzəştlərindən söhbət açılır. Deyilənə görə, bir vaxt
“Hüseyn qağanın” xahişini hörmətlə yerinə yetirən Nüsrət Kəsəmənli onu dostları
ilə birgə bütün şəhəri gəzdirib, sonda “qağanın” tapşırığı ilə onu Yazıçılar
İttifaqına aparmalı olur. Hüseyn qağa onu orda gözləməyi xahiş edib, çox gec - bir
saatdan sonra geri dönür. Bütün günü “sürücüsü” olmuş Nüsrətə tam ciddi şəkildə
qayıdır ki, “a Nüsrət, bu nədir, sənin işin-gücün yoxdur? Hara gedirəm, rastıma sən
çıxırsan”. Bu əhvalat yol yoldaşlarının səmimi gülüşünə səbəb olur.
Dostlar yol boyu Şamaxı və onun tarixi haqqında söhbətlər edir və xüsusi olaraq
vurğulayırlar ki, məhz Şirvanın bu qədim şəhəri Azərbaycana ən çox görkəmli
şairlər bəxş edən şəhərdir. Nəsimidən tutmuş Əfzələddin Xaqaniyə, Seyid Əzim
Şirvaniyə, Mirzə Ələkbər Sabirə, Məhəmməd Hadiyə, Abbas Səhhətə (o, göz
həkimi olduğundan özünə “Səhhət” təxəllüsü götürmüşdü) kimi 50-dan artıq şair
məhz Şamaxıda yetişmiş, orda yaşayıb-yaratmışdılar. Belə ki, bu qədim şəhər ötən
dövrlərdə Azərbaycanın yalnız inzibati paytaxtı yox, həm də şeir-sənət paytaxtı
olub. Orada XIX əsrdə uzun müddət fəaliyyət göstərmiş “Beytüs-səfa” şeir
məclisişəhərdə poeziyaya böyük həvəs və məhəbbətdən yaranmışdı. Bu məşhur
ədəbi məclisə böyük Azərbaycan şairi Seyid Əzim Şirvani rəhbərlik edirdi.
Təsadüfi deyildi ki, hətta Xan qızı Xurşid banu Natəvan da imkan düşdükcə
Şuşadan Şamaxıya gələrək, burdakı şair dostlarının gözəl, maraqlı şeir
məclislərində iştirak etmiş, şeirlərini oxumuşdu. Gözəlliyi, kübarlığı və Qarabağ
ruhlu şeirləri ilə “Beytüs-səfa”da böyük sevgi və ehtiramla qarşılanan Xan qızı bir
dəfə məftunedici bir uzun, ağappaq libasda Seyid Əzimin qarşısında nazlanaraq,
ona “sataşmaq” məqsədilə eyhamla deyir: ”Seyyid, görürsən də, külək əsir,
dalğalanır ağ dəniz!”. Olduqca hazırcavab, müdrik şair olan Seyid Əzim “fürsəti”
əldən verməyib, qayıdır ki, “Ağ dənizdə üzmək istər bəndəniz!”. Seyidin bu cavabı
Xan qızının çox xoşuna gəlir.
“...Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar!..”
...Dostların şeir-sənət barədə söhbətləri o qədər maraqlı olur ki, onlar
Ceyrankeçməz çölünə necə çatdıqlarına təəccüb edirlər. Yolun sağında iki türk
şəhidinin abidə-məzarlığının yanında sürücü onların xahişi ilə maşını kənara çəkib
saxlayır. 100 ildən də əvvəl – 1915-ci ildə azğın erməni cəlladlarının Azərbaycanın
bir çox şəhər və kəndlərində törətdikləri vəhşilik və qırğınların qarşısını almaq
üçün qardaş Türkiyədən köməyə gələn general Ənvər Paşanın xilaskar ordusunun
əsgərləri Bakı, Quba, Lənkəranla yanaşı Şamaxı sakinlərinin də harayına çataraq,
düşmənə qarşı ağır döyüşlər aparmış, onların azğınlaşmış silahlı dəstələrini
Şamaxıda və Ceyrançöldə dağıdıb, məhv etmişdilər. Və həmin qanlı döyüşlərdə
neçə-neçə tükr əsgəri də qəhrəmanlıqla vuruşaraq, şəhid olmuşdu. Onlardan
ikisinin – naməlum türk əsgərlərinin məzarları sonralar məhz burada, Çeyrançöldə
tapılmışdı. Qədirbilən xalqımız onların məzarını hətta Sovet dövründə qoruyub-
saxlaya bilmiş, daim qədirbilənliklə yad etmişdi. Azərbaycan müstəqillik əldə
etdikdən sonra həmin məzarların yerində abidə-kompleks ucaldılmışdır. Sumqayıt
ziyalıları xatirə kompleksini ehtiramla ziyarət edərək, şəhidlərin məzarları üzərinə
gül-çiçək dəstələri qoyurlar. Üç Hacı - Tahir Məlikov, Akif Şahbazov və Azər
Saleh dostlarla birgə şəhidlərin ruhuna dualar oxuyaraq, onların simasında bütün
şəhid olmuş türk əsgərlərinə Allahdan rəhmət diləyirlər.
Şamaxının girişində Sumqayıt ziyalıları İmadəddin Nəsimi başda olmaqla bu
yurdun zaman-zaman yetirdiyi görkəmli şairlərin magistral yolun sağında yenidən
yaradılmış xatirə-barelyeflərinin uzanıb gedən cərgəsinin önündə avtobusdan
düşərək, onlara qəlbən ehtiramlarını bildirirlər.
“Bənzərəm bir qocaman dağa ki, dəryada durar!!.”
(Dostlar Klubu üzvlərinin M. Ə. Sabir ocağında ekspromt şeir məclisi)
Qədim paytaxtın mərkəzində dostlar çoxdan arzuladıqları müqəddəs bir məkana
çatırlar. Bura Azərbaycanımızın böyük şairi, 49 illik qısa ömrünü xalqımızın acı,
ağır taleyinə yanaraq, onun ağalar, bəylər tərəfindən istismarından azad
olunmasını, maariflənməsini arzulayan dahi şair Mirzə Ələkbər Sabirin bir vaxtlar
yaşadığı, o dövrə xas olan göy rəngdə rənglənmiş sadə, birmərtəbəli evidir. O,
məhz burda – kasıb komasında özünün dövrü, zamanı, zülmü, istibdadı
qamçılayan məşhur satirik şeirlərini yazmış, eyni zamanda ehtiyac üzündən
məcburiyyət qarşısında qalaraq, şairlikdən tamamilə uzaq olan bir işlə - sabun
bişirməklə məşğul olaraq, ailəsini dolandırmağa çalışmış, məhrumiyyətlər
içərisində yaşamışdı. İndi bu məkanda ölkə rəhbərliyinin göstərişi ilə şairin ev-
muzeyi yaradılır.
- Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü-cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun...
Himmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı sən şanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?! – Bu, respublikanın Əməkdar incəsənət
xadimi, yazıçı-publisist, istedadlı teatr rejissoru Ağalar İdrisoğlunun səsidir. Ona iş
adamı, poeziya həvəskarı Əliyar Fərzəliyev də həvəslə qoşularaq, kasıbların,
imkansızların M. Ə. Sabirin dövründə də adam yerinə qoyulmadığını (elə indiki
kimi!) şairin məşhur “Əkinçi” şeiri ilə nəzərə çatdırır:
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu gəc vurma qapımda,
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi, mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Şeiri Hacı Akif Şahbazov həvəslə davam etdirir:
Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bicəhənnəm ki, ölürsən deməyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!
Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib, qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!
Yazıçı-publisist Arif Ərşad, şairin təəssüf ki, bu gün də “aktuallığını” saxlayan
problemlərə necə ürək yanğısı ilə yanaşaraq yazdığına diqqət çəkir:
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Məzlumların göz yaşı dərya olacaqmış,
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş,
Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Anyalara, Sonyalara bənd olacaqmış,
Bu bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Azərbaycan İnşaat Mühəndisləri Universitetinin dekanı, professor, Əfqanıstan
müharibəsi veteranı Sahib Fərzəliyev dahi şairin bir-çox satirik şeirlərində rus
şovinizminə qarşı olduğuna işarə edərək, onun bu misralarını yada salır:
Neyləyim, ey vay! Bu urus başdılar,
Bilməyirəm hardan aşıb-daşdılar?!
Ölkədə gündən-günə çoxlaşdılar,
Hər əmələ, hər işə çulğaşdilar,
Qoymayın, ay köhnələr, ay yaşdılar,
Heyvərələr hər yerə dırmaşdılar!
Respubliknın Əməkdar həkimi, Sumqayıtın tanınmış kardioloqu Kamil İbadov
hələ orta məktəb illərindən M. Ə. Sabir yaradıcılığının vurğunu olduğunu bildirir,
dahi şairin yalnız satirik şeirlər deyil, gözəl qəzəllər də yazdığını yada salaraq,
onun “Olmasın” qəzəlindən bir parça söyləyir:
İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədər cövr et mənə, ah etmək imkan olmasın!
Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!
Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!
Dostlarının M. Ə. Sabir yaradıcılığına olan vurğunluğuna sevinən Hümbət həkim
dahi şairin dövrünün ədalətsizliklərini, zalımları kəskin qamçılayaraq satira atəşinə
tutduğu zamanlarda belə xalqımızın yetişməkdə olan nəslinin zövqünün
formalaşmasına səbəb olan, onlarda həyata, təbiətə sevgi oyadan şeirlərə də
yaradıcılığında mühüm yer ayırdığını xüsusi qeyd edərək, onun bu gün də uşaqdan
böyüyə milyonların dillər əzbəri olan, ibtidai sinif dərsliklərinə salınan, uşaq
ədəbiyyatının qızıl fonduna daxil olan “Uşaq və buz”, “Gəl, gəl, a yaz günləri!”,
“Ağacların bəhsi”, “Qarğa və tülkü”, “Cütçü” və sairə şeirlərini xatırladır. Və
sanki bayaqdan səbrlə öz növbəsini gözləyirmiş kimi dahi şairin uşaq şeirləri
haqqında fikirlərini bildirir.
- Dostlar, görün, həqiqətən də,Sabir qələmindən çıxmış bu şeir necə də günəş,
həyat, sevinc doludur:
Gəl, gəl, a yaz günləri!
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları.
Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun,
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.
Yaxud onun əməyi vəsf edən, əməyə həvəs, sevgi oyadan “Cütcü” şeiri:
Çıxdı günəş, doldu cahan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.
Atlar, öküzlər kotana güc verir,
Gah yüyürür, gah yıxılır, gah durur.
Cütçü batıb qan-tərə, yer şumlayır,
Şumladığı tarlasını tumlayır.
Şairin “Uşaq və buz” şeirini bilməyən tapılarmı:
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq,
Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə...
Dahi sənətkarın uşaq ruhunu həssaslıqla tuta bilməsi, onların uşaq düşüncələrinə
uyğun şeirlər yazması onun tamamilə əks mövzuda olan satirik şeirləri kimi
mükəmməl, bitkindir. Şairin oxumağa, təhsilə, elmə təlqin edən şeirləri onun
xalqın gələcəyi olan uşaqları necə böyük məhəbbətlə sevdiyini, onlara böyük ümid
bəslədiyini təsdiq edir:
Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Bir sözlə, M.Ə.Sabir bütün geniş yaradıcılığı ilə xalqa xidmət etmiş, daim onun
maariflənməsinə, zülmə qarşı mabarizə aparmasına, aydınlığa çıxmasına çalışmış,
üsyankar, mübariz satirik şeirin bünövrəsimi qoymuş böyük, dahi Azərbaycan
şairidir. Onun poeziyası hələ əsrlərlə yaşayaraq, xalqımızın sabaha doğru yoluna
işıq saçacaqdır!
Sonda sumqayıtlı ziyalılar M. Ə. Sabirin - bu vətənpərvər şairin müqəddəs ruhuna
dualar oxuyub, poeziya səfərini davam etdirərək, İsmayıllıya yola düşürlər.
“Bu dünyanın qara daşı göyərməz!”
Dostları Musa Yaqubun doğma Buynuz kəndinə bu yerlərin ziyalı oğlu, tanınmış
iqtisadçı-ekspert, şair təbiətli Rafiq Mehdiyev müşayiət edir. Hələ məktəb
illərindən Musa Yaqub poeziyasının vurğunu olan Rafiq müəllim bütün yol boyu
çox sevdiyi, həmyerlisi olan şairin həyat və yaradıcılığı haqqında geniş, çoxlarına
məlum olmayan maraqlı məlumatlar verərək, şairin Buynuz kəndinə sevgisini onun
bu şeirilə çatdırır:
Dünyaya gəlmədim hayla-harayla,
Bir sakit guşədə, bir döşdəyəm mən.
Gündüzlər günəşlə, gecələr ayla,
Səhərlər quşlarla görüşdəyəm mən.
Hansı çiçəklər ki burda uyuyar,
O çay ki yanımdan axar sübhədək,
O yer ki nəğməmi eşidib duyar-
Mənim kainatım burdadır demək.
Məsələ ondadır ki, bir vaxtlar Musa Yaquba doğma kəndindən uzaqda – Bakıda
yaşamaq və “Ulduz” jurnalında poeziya şöbəsinə rəhbərlik etmək təklif edilmişdi.
Ona Bakının gözəl yerlərindən birində mənzil də verilmişdi. Lakin şəhər həyatına
uyuşa bilməyən təbiət şairi tez-tez doğma kəndinə “qaçır”, yalnız burda şair qəlbi
rahatlıq tapırdı. Təsadüfi deyildi ki, Musa Yaqubu təbiət şairi kimi tanıyan
Süleyman Rüstəm hətta ona “Kimə tapşırıb gəldin?” adlı şeir də həsr etmişdi.
Yəni ki, gözəl, əsrarəngiz təbiəti olan İsmayıllını kimə tapşırıb gəldin Bakıya?
Ömrü boyu Təbriz həsrətlisi olan Süleyman Rüstəm sanki hiss edirdi ki, bütün
qəlbi ilə təbiətə bağlı olan Musa Yaqub şəhərdə çox tab gətirə bilməz. Və elə də
olmuşdu. Ölkənin paytaxtında hər cür şəraiti olan bu təbiət şairi Bakıda yalnız 4 il
yaşaya bildi və doğma yerlər üçün çox darıxaraq, hətta Yazıçılar Birliyinin
təkidlərinə baxmayaraq, yenidən İsmayıllıya, bütün varlığı ilə bağlı olduğu Buynuz
kəndinə qayıtmışdı. Onun “Yaxşı ki sən varsan, ey ana kəndim!” adlı bir şeiri də
var ki, orda da şair doğma kəndinə vurğunluğundan ilhamla söhbət aşır.
... Bax, indi Sumqayıt Dostlar Klubunun üzvləri Musa Yaqubun çoxdan
arzuladıqları Buynuz kəndinə yaxınlaşırlar. Kəndə çatmamış yolun sağ tərəfindəki
qəbristanlıqda Musa Yaqubun qəbrüstü böyük abidə kompleksi diqqəti cəlb edir.
Dostlar avtobusdan düşərək, fatihə verib, Musa Yaqubun və qəbristanlıqda uyuyan
əbədi sakinlərin ruhuna dua oxuyurlar. Şairin özünün və doğmalarının dəfn
olunduğu abidə kompleksi ehtiramla ziyarət edən dostlar təbiət aşiqinin məzarı
üstünə gül-çiçək dəstələri düzürlər.
Burda istər-istəməz şairin məşhur “Bu dünyanın qara daşı göyərməz” şeri yada
düşür. Bəlkə də çoxlarına qəribə görünən “qara daş” məsələsini Musa Yaqub elə-
belə, orijinallıq xatirinə dilə gətirməmişdi. Çünki o görürdü ki, Azərbaycanda
bütün çöllər, barlı-bərəkətli torpaq sahələri harınlamış vəzifə sahibləri, varlılar
tərəfindən zəbt edilib, talanıb, hətta əkin-biçin üçün də boş yer qalmayıb. Boş
qalan yalnız daşlardır ki, onlar da əkin üçün yaramır. Yəni ki, a kasıb, sənə qalan
qara daşlardır, ancaq ki, onlar heç vaxt göyərməz.
Şair-qəzəlxan Əli Ələmi Musa Yaqubun məzarı üstündə onun təbiətlə təmasını,
doğma yurda bağlılığını əks etdirən şeirini oxuyur:
Üstündən sehrli küləklər əsən
Meşələr öyrətdi dilini mənə.
Özümü kimsəsiz sayanda bəzən
Çinarlar uzadıb əlini mənə.
Qapıda, eyvanda eldən qorunub
Armud ağacının qızıl yarpağı,
Dövlət quşu kimi çiynimə qonub
Artırar rütbəmi hər payız çağı.
Yazıçı Arif Ərşad şairin dünyadan, zəmanədən küskünlüyünü ifadə edən bir
şeirini səsləndirir:
Zəmilərim, xırmanlarım sovrulub,
Təndə canım, saçda dənim qovrulub,
Xəzəl altda gül otlarım qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.
Mən dərdimi pıçıldadım dağlara,
Dağlaralıb, payladı oymaqlara.
Dövrüm verdi haqqımı nahaqlara,
Bundan sonra nə olacaq, olacaq…
Yox, bu tale ilə əlacsız, heydən düşmüş halda olan barışıq deyil, əksinə -
zəmanəyə, dövrana qarşı yorğun da, heysiz də olsa, etiraz, üsyandır. Məmurlar,
rayon “padşah”ları tərəfindən ölkədə baş alıb gedən haqsızlıqlarla bağlı Hacı Tahir
Məlikov şairin daha bir şeirini misal gətirir:
Ey əldə ləngiyib, dildə quranlar,
Ay zəncir döyənlər, bizi yoranlar,
Düşün o kürsüdən, çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır zavaldan.
Bir görək əkində-biçində nə var,
Bir görək sünbülün içində nə var,
Bir görək çayımız hayana axır,
Bir görək yolumuz hayana baxır,
Qaldırdıq kürsüyə bütün ölkəni,
Nə yaman uzandı bu dil örkəni?!.
Dostlar Klubunun sədri Hümbət Həsənoğlu şairin son illərdə dünyadan
küskünlüyünü, bədbinliyini ifadə edən başqa bir şeirini ürək ağrısı ilə səsləndirir:
Nə tonqal qalanır, nə ocaq yanır,
Bizim xəlbirimiz burda ələnir,
Göydə xəlbirimiz burda fırlanır-
Daha söz deməyə tutarım gedib,
Dostları aparan qatarım gedib,
Bu daşı özümə yoldaş eləyib,
Bəlkə elə mən də qurtarım, gedim?!
Qalsın süfrə daşım, mamır bağlasın,
Üstünə yağışlar yağsın, ağlasın...
Bədbinliyə qapanan, xalqla bağlı ülvi arzularının qəlbində dustaq olduğuna
təəssüflənən şair son günlərdə yazırdı:
Salam, ruhum, salam! Salam, dustağım!
Hərdən özüm kimi boylanıb göyə,
Qışqırma içimdə “Azadlıq!” deyə,
Azadlıq nə gəzir bu Yer üzündə?!.
Sumqayıt ziyalıları sələfləri İmadəddin Nəsiminin, Mirzə Ələkbər Sabirin layiqli
davamçısı olan mübariz, üsyankar şair Musa Yaquba rəhmət oxuyub, onun narahat
ruhu ilə vidalaşırlar.
***
Əslən məşhur Talıstan kəndindən olan Rafiq Mehdiyev İsmayıllıda qonaq olan
dostlarını bu yerlərə gəlmişkən ev sahibi kimi İsmayıllının və ona qonşu olan
Qəbələnin təbiət gözəlliklərini, füsünkarlıqlarını görmək, yayın bu qızmar
günündə təbiətlə təmasda olmaq üçün burdakı istirahət mərkəzlərindən birinə qısa
gəzintiyə dəvət edir. Böyük, unudulmaz şairlərə öz mənəvi borclarını qismən də
olsa ödəmiş qonaqlar bu təklifi məmnunluqla qəbul edirlər.
Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar