Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

K

Tarix: 02-06-2022 16:10     Baxış: 91 A- / A+
Təsərrüfatını Kəlbəcər aparamaq istəyən ailənin 5 yaşlı övladına icazə verilmir

30 il yurd həsrəti ilə qovrulan insanların bu gün də torpaqlarına gedə bilməməsi ürək ağrıdır. Doğma yurd yerlərini ziyarət etmək istəyən insanların qarşısına qoyulan şərtlər problemi bir az da ağırlaşdırır. İşğaldan azad edilən torpaqlarımıza, Kəlbəcərə getmək üçün qadağaların yumuşaldılmasına ehtiyac var. Ziyarət üçün bir neçə qurumdan deyil, hansısa bir müvafiq təşkilatdan icazə alınması  illərdir məcburi köçkün həyatı yaşayan insanlara bir alicənab jest olar. Bildiyimiz kimi, yaylaqlarda məkan tutma müddəti sentyabr ayına kimidi. Milli Məclisdə Kəbəcəri təmsil edən deputat Aqil Məmmədov çıxışında bu problemə toxunub:
"Ömür vəfasızdı, bu gündən sabaha etibar yoxdu. Yaşlı nəslin nümayəndəlirinə daha çox şərait yaratmaq lazımdı ki, onlar qısa zaman kəsiyində o torpaqları gedib ziyarət etsinlər. Bu tanrı yolunda da savab iş olmuş olar. Belə başa düşürəm ki, aidiyyəti qurumlar artıq bu istiqamətdə ölçü götürməlidirlər və o yoldaşların gedişi üçün lazımi tədbirlər həyata keçirəcəklər".

Dalidag.az-ın redaksiyasına məsələ ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Başqa narahatedici problem isə yaylaqlara köç edən təsərrüfat sahiblərinin azyaşlı uşaqlarına icazə verilməməsidi. İctimai fəal, vəkil Əziz Qənbərli problemlə bağlı redaksiyamıza müraciət edərək, öz narahatçılığını qeyd edib, haqlı olaraq məsələni ictimailəşdirməyimizi və həlli üçün müvafiq qurumlara müraciət etməyimizi bildirib.

Ə.Qənbərli qeyd edib ki, təsərrüfatını Kəlbəcər yaylağına aparmaq üçün icazəsi olan fermerin yalnız özü və həyat yoldaşı bu imkandan yararlana bilir. Azyaşlı (5, 10, 15 yaşlı) uşaqların onlarla birgə yaylağa getməsinə icazə verilmir.
Vəkil vurğulayıb ki, bu məsələ hüquq müstəvisində həll edilməlidir, uşaqların 3-4 ay valideynlərindən ayrı qalması konustitusiyamızın 17-ci və 34-cü maddələrinə ziddir. (Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir Maddə 17) (Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Maddə 34) İctimai fəal həmçinin, bildirib ki, keçən il uşaqların aparılmasına hər hansı qadağa və ya maneçilik olmayıb. Ə.Qənbərli məsələnin həlli üçün Kəlbəcər rayon İcra Hakimiyyətinin, Milli Məclisin deputatının, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirliyinə müraciət ünvanlamalı olduğunu nəzərə çatdırıb.
Biz də inanırıq ki, tezliklə adıçəkilən qadağalar müvafiq qurumlar tərəfindən aradan qaldırılacaq, vətəndaşlarımızın narahatşılığına səbəb olan problemlərə son qoyulacaq!









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar