Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bədbəxt hadisə zamanı ölən aktyorlarımız - Uçan balkonda həlak olan Ağadadaş Qurbanov...

Tarix: 22-08-2016 22:41     Baxış: 3820 A- / A+
Bədbəxt hadisə zamanı ölən aktyorlarımız


Manevr.az Moderator.az-ın faciə nəticəsində dünyasını dəyişmiş aktyorlarımız barəsində yazısını təqdim edir:

Ələsgər Ələkbərov - Deyilənlərə görə, aktyorun son olaraq iştirak etdiyi “Böyük dayaq” filminin çəkilişi prosesində baş verən xoşagəlməz hadisə sonradan onun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, filmin son kadrları lentə alınarkən başqa aktyorlardan birinin etdiyi kobud səhv nəticəsində Ə.Ələkbərov bərk zədələnir və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur. O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi görmək də qismət olmur.

Kamil Məhərrəmov - “Evlənmək istəyirəm” (“Papaq”) filmindəki dilsiz-ağızsız tütək çalan Hüseyn, “Dərviş Parisi partladır”da Qəmbər, “Yol əhvalatı”nda Paşa obrazlarını canlandıran aktyor Kamil Məhərrəmov da çox qəribə bir ölümlə bu dünyaya vida deyib.

Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Buna görə də avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. 52 yaşında vəfat edən aktyorun həyatında faciəli məqamlar çox oldu. Təbii ki, burada onun öz sağlamlığından çox içkini sevməyi də əsas rol oynayırdı.

Ağadadaş Qurbanov. Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri, SSRİ xalq artisti Ağadadaş Qurbanov da ani bir səhvin üzündən dünyasını dəyişib. Xalq artisti Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun, aktrisa Gülşən Qurbanovanın (ikinci evlilikdən) atası olan qocaman aktyorun ölümünə səbəb eyvan olub. “Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda olub.

Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar faciəli şəkildə ölüb.

Hamlet Qurbanov da faciəli ölümlə üzləşib. Uzun müddət xərçəngdən əziyyət çəkən istedadlı aktyor ölümü ərəfəsində çox az adam tərəfindən xatırlanıb. Aktyorun özü də, ətrafı da tez bir zamanda onun öləcəyini bilirdilər. Lakin ölümünə yaxın üzləşdiyi şiddətli ağrılardan xilas olmaq üçün əksər hallarda lazım olan iynə və dərman preparatları belə, ona çox görüldü. Deyilənə görə, dəhşətli ağrılar içində qovrulan Hamlet yaxınlarına yalvarırmış ki, “mənə iynə vurun ki, ölüb acılardan xilas olum”. Aktyor elə-beləcə 1995-ci ildə ağrı içində faciəli şəkildə vəfat edib.

Hamlet Xanızadə - Bu böyük aktyorun da ölümü faciəvi və ibrətamiz məqamlarla doludur. 1990-cı ilin 20 Yanvar hadisələri Hamlet Xanızadənin öz həyatında faciəyə səbəb olub. O, ölümünə yaxın hər gün Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərə yas tutur. Öldüyü gün də Şəhidlər Xiyabanına gedir, kövlərlib, ağlamaq istəyir. Amma səhnədə dəfələrlə ağlayan aktyorun nə qədər istəsə də, gözündən bir damcı yaş çıxmır. Kinostudiyaya qayıdır və orada halı dəyişir. Başına yığılan sənət dostlarına “Narahat olmayın, mən şəhidlərin heç birindən artıq deyiləm” deyir. Daha bir qəfil ölüm...

Elmin Nuri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar