Xəbər lenti
Gülnar Hüseynova:"Bütün gecələri sevirəm, çünki, İsa bulağından yuxum su içir..." -ŞEİRLƏR
Manevr.az gənc şair Gülnar Hüseynovanın şeirlərini təqdim edir və gənc müəllifə yaradıcılıq uğurları diləyir. İnanırıq ki, Gülnar xanım yeni yaradıcılıq axtarışlarını davam etdirəcək və gələcəkdə daha mükəmməl yaradıcılıq nümunələri ilə oxucuların görüşünə gələcək. Uğurlar...
***
Payıza sirr verdim, bahara könül,
Qışın göz yaşını silməyim deyə.
Qəmin sinəsindən ana südütək,
Əyilib dərd əmdim ölməyim deyə.
Bəxtimə su səpdim bəxtim gül açsın,
Sevincim yerisin, kədərim qaçsın.
Həsrətin hər sabah günəşdir saçsın,
Vaxtsız gedişini bilməyim deyə.
O qədər içimdən ağladım ki, mən,
Dilimlə qəlbimi dağladım ki, mən,
Yuxumu qundaqtək bağladım ki, mən,
Yuxumda yanına gəlməyim deyə.
***
Necə böyük dağ var sinəmin üstə,
Qaysaq bağlasa da, qanı dayanmır.
Baxır illərdi ki, gözləri yaşlı,
Səbri döz desə də, canı dayanmır.
Mənim qəhərimin dodaqları da,
Şuşadan danışır çəkərək həsrət.
Mənim ürəyimin ayaqları da,
Şuşaya yollanır gecələr xəlvət.
Bütün dərdlər belə unudularmış,
Tək vətən dərdini unutmaq olmur.
Şuşa, anam mənim, eşit səsimi,
Balanı anasız ovutmaq olmur.
Cismim səndən uzaq, ruhum səninlə,
Şuşam, Cıdır düzün qəlbimdən keçir.
Bütün gecələri sevirəm, çünki,
İsa bulağından yuxum su içir.
Mənim Şuşa boyda anam var, dünya!
Eşit harayımı yetim deyiləm.
Qarabağ atamdır, gücsüzəm sanma,
Dünyanın önündə çökəm, əyiləm.
***
Bütün ayrılıqlar ev-eşik oldu,
Vüsal boş yellənən bir beşik oldu,
Acılar ömrümə dost, keşik oldu,
Sevinci dadmağa macal vermədi.
Bəxtimdən soruşdum halın necədi?
Doldu gözlərindən qara gecədi.
Dedi, ayrılıq da eşqə səcdədir,
Aldı onu məndən əcəl vermədi.
Oldu yanağımda su məhəbbətim,
Yalvardım kədəri yu, məhəbbətim,
Göylərdə qanad aç qu məhəbbətim,
Dindi hələ tezdi, qocal, vermədi.
Gülnar Hüseynova
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar