Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Braziliyanın Azərbaycandakı səfirilə görüşüb - ŞƏKİL

Tarix: 22-05-2020 13:21     Baxış: 3212 A- / A+
Millət vəkili Braziliyanın Azərbaycandakı səfirilə görüşüb - ŞƏKİL

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə görüş keçirilib.

Manevr.az xəbər verir ki, görüşdə işçi qrupun rəhbəri Müşfiq Məmmədli, Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Manuel Adalberto Karlos Montenegro Lopes da Kruz, işçi qrupun üzvü Mahir Abbaszadə, Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Mir Kamal Əlizadə iştirak edib.
Deputat Müşfiq Məmmədli Braziliyanın Cənubi Amerka qitəsində Azərbaycanın ən önəmli tərəfdaşı olduğunu qeyd edib. Millət vəkili birgə səy və əməkdaşlıq sayəsində Braziliya parlamentinin hər iki palatasında Azərbaycan Respublasının ərazisinin Ermənistan tərəfindən işğalına müvafiq siyasi-hüquqi qiymət veriləcəyinə ümid etdiyini vurğulayıb.
Səfir pandemiya şəraitində imkan tapıb onunla görüşdüyünə görə M.Məmədli və M.Abbaszadəyə minnətdarlığını bildirib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində ölkə parlamentlərinin xüsusi rol oynadığı qeyd edən səfir, bu sahədə ali qanunverici orqanların potensialından tam istifadə edilməsinin zəruri olduğunu söyləyib.
Müşfiq Məmmədli Azərbaycan və Braziliya həkimləri arasında pandemiya ilə mübarizə sahəsində video konfrans formatında fikir və təcrübə mübadiləsinin aparılmasının virusla mübarizəyə müsbət töhfə olacağını deyib.

Görüşün sonunda M.Məmmədli səfirə müvafiq strukturlarla razılıq əldə edildikdən və hazırlıq işləri görüldükdən sonra Sumqayıt şəhərinə səfərin həyata keçirilməsini təklif edib.

Manevr.az
Millət vəkili Braziliyanın Azərbaycandakı səfirilə görüşüb - ŞƏKİL
Millət vəkili Braziliyanın Azərbaycandakı səfirilə görüşüb - ŞƏKİL
Millət vəkili Braziliyanın Azərbaycandakı səfirilə görüşüb - ŞƏKİL


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar