Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni tədris ilinin başlama, sona çatma və tətil günləri açıqlanıb

Tarix: 28-07-2017 17:12     Baxış: 3413 A- / A+
Yeni tədris ilinin başlama, sona çatma və tətil günləri açıqlanıb
Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycanın tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2017-2018-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib. 2017-2018-ci dərs ilinə aid aşağıdakı tədris planlarına ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr), ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr), ümumtəhsil məktəblərinin XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr), azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr) və “Tədris planlarına dair qeydlər” (11 nömrəli əlavə) daxildir.
Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Maliyyə şöbəsinə (R.Orucov) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etmək tapşırılıb.
Ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil – 15 sentyabr – 26 yanvar; ikinci yarımil – 1 fevral – 14 iyun, Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar