Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanı şoka salan görüntü - Koronavirusu yoluxanı evinə zəncirlədilər və...

Tarix: 10-02-2020 17:21     Baxış: 5503 A- / A+
Dünyanı şoka salan görüntü - Koronavirusu yoluxanı evinə zəncirlədilər və...


Çində ölümcül koronavirusun yayılmasının qarşısını almaq üçün istifadə olunan metodlar sərt reaksiyalara səbəb olub.

Sosial mediada yayılan görüntülərdə koronavirusa yoluxan ailənin evinin qapısının zəncirlənməsi əks olunub və bu insanlar tərəfindən pislənilib.

Fotolarda bir şəxsin qapının ağzında ev sahibi ilə mübahisə etdiyi məlum olur. Həmin şəxs evdəkilərə “Evinizin təcrid olunduğunu elan etmək üçün buradayıq. Xahiş edirəm bizimlə əməkdaşlıq edin” deyir.

Ev sahibi isə rəsmi şəxsdən ətraflı məlumat almaq istədiyini bildirib. Qapıdakı şəxs isə “Sizi evinizə kilidləmək məcburiyyətindəyik, qapınızı zəncirləyəcəyik” deyə cavab verib.

Bu sözlərdən təəccüblənən ev sahibi etiraz edib: “Yəni həyatımız təhlükə altında olanda qapını içəridən aça bilməyəcəyəm?”.

Rəsmi şəxsin cavabı sosial şəbəkələrdə də tənqid hədəfinə çevrilib. O, cavabında “Sizə tövsiyə edirəm ki, özünüzü yanğından qoruyun, əvvəlcədən tədbirlər görün. Təcili durum olarsa, üç açar qoyuruq, ən qısa müddətdə yardım istəyərsiniz. Evdə özünüzə yaxşı baxın, hökumət də kənarda sizinlə maraqlanacaq. Bu qaydaya əməl etməyən hər kəs haqda cinayət işi açılacaq” deyə qeyd edib./teleqraf.com

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar