Xəbər lenti
“Qaçqınkom”: “Yataqxanada baş vermiş yanğın qəsdən törədilib”
Hadisə zamanı iki nəfər ölmüşdü
Martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğının qəsdən törədildiyi müəyyən edilib.
Manevr.az istiPress-in məlumatına görə bildirir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanan yataqxanada sakinlərlə görüşü zamanı deyib.
O bildirib ki, bu fakt istintaq zamanı ortaya çıxıb: “Ekspertiza keçirilib, məlum olub ki, həmin yataqxanada yanğın qəsdən törədilib. Hazırda faktla bağlı araşdırma aparılır”.
Xatırladaq ki, həmin yanğın zamanı Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva vəfat etmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar