Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“ Səbinə Hacıyevaya deyə bildim ki…” Əntiqə Səməndər

Tarix: 20-04-2018 22:26     Baxış: 2572 A- / A+
“ Səbinə Hacıyevaya deyə bildim ki…”


Kim deyir ki, insanları tanımaq üçün onların simalarına baxmaq kifayət edir? Bu uydurmanı uyduranların özləri görəsən bu yalana heç bir dəfə də olsun inanıblarmı?
Məncə, yox. Bəlkə də peşəmlə bağlıdır, ona görə belə düşünürəm. Mən insanları iki cür görürəm, duyuram, hiss edirəm və qəbul edirəm. Redaktəsiz insanlar və daim redaktkə olunmağa məhkumlar. Redaktəsiz insan fərqli düşünür, fərqli geyinir, fərqli rəng seçir, fərqli yol gedir, yəni adilərdən seçilir. Öz müsbətləri ilə seçilənlər o qədər də çox deyil. Ancaq var. Bir də var həmişə redaktə olunmağa məhkum olanlar. Mənə elə gəlir ki, bu tip insanlar həmişə kimisə yamsılayırlar. Sizə bir qadın haqda yazmaq istəyirəm. O qadın ki əvvəlcə facebook səhifədindəki profil şəklinə baxanda şəkil adamı qəribə bir əhvala salır... Heç bilmirsən sənə qəzəblənir yoxsa ki, təkəbbürlü baxır. Haradsa 1il o qadın haqda düşünürdüm. Onun haqqında epizodik məqam belə mənə maraqlı idi. Zəhmli baxışları mənə fikrlərində “ayaq saxla” deyirdi. Amma özünə bu haqda heç nə yazmırdım. Nə yazım? Hardan başlayım? Nə deyim? Bilmirdim axı. Hər dəfə nəsə yazmaq istəyəndə gözüm profil şəklinə “sataşırdı”. Əlimi klavyaturadan geri çəkirdim. Bir gün Vasif Qurbanzadə “Üfüq”ə (həmin xanımın müəllifi olduğu film) baxmağımı məsləhət gördü. Doğrusu, vaxtım olmurdu filmə baxmağa. Ancaq bir neçə gün sonra filmə baxa bildim. Bir dəfə kifayət etmədi, yenidən “qayıtdım filmə”. Çox maraqlı idi. Qapqrara saçları bütöv Ayı bürüyən zülmət kimi dalğalanırdı. Hələ əllərinə bax, sanki barmaqları hörük- hörük olurdu. Öz- özümə “hardasa bu adam buralar adamı deyil” -deyib, ürəyimə pıçıldayırdım. Filmə baxa-baxa o qadın haqqında bütün fikirlərim əriyirdi. Gözləyirdim ki,film tez bitsin və mən xanıma bir “salam” yazım. Film bitər-bitməz nəhayət ki, xanıma yazdım. Düşündüm ki, digər aktirsalar kimi (90% belədi) əzilib-büzülüb özünü naza qoyacaq. Səhv! Mən məsələni kökündən səhv anlamışam, sən demə! Ən yaxşı “bəhanəm” isə “Üfüq”haqda fikirlərimi bölüşmək və bir də müsahibə idi. Xanıma müsahibə almaq fikrimi deyəndə yaradıcılığından nə izlədiyimi soruşdu. Mən də “Üfüq”ü “BAYRAĞ”a çevirdim. Xanım məni rol aldığı tamaşalara dəvət etdi. Təbii ki, belə bir “fürsət”i qaçıra bilməzdim. Məmuniyyətlə Pantomima Teatrına qaçdım. “Dejavü” yə baxanda şükür etdim ki, əvvəlki fikirlərim əriyib. “Adagio”da onu aktirsadan əlavə qadın kimi tanıdım. “Mənim balığımsan” deyəndə onun sevgisinə sığınan kişinin xoşbəxtliyini və o sevginin əbədiyyət rəngini gördüm. Soruşsanız bəs ruhunun rəngini necə, gördünmü?- Ruhunun rəngini artıq “Üfüq”də görmüşdüm. Bir gün mənə “susmaq orucu”ndan danışdı. Onun o məqama çatmağı insanlığın hansı ali hisdən xəbər verdiyinə işarə idi. Hərdən qəzəbli olanda onun gözlərinə baxmaq bir pərişanlığa işarədir. O hiss isə dünya halı deyil. Onu anlayan insan üçün başqa məqamdı. Bütün müşahidələrimdən sonra axır ki, yeganə aktrisa dostuma çevrilən Səbinə Hacıyevaya deyə bildim ki, sizi sevməyən özündən bixəbərdir, Səbinə xanım.

Əntiqə Səməndər

“ Səbinə Hacıyevaya deyə bildim ki…”
“ Səbinə Hacıyevaya deyə bildim ki…”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar