Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu yazıçılara 2000 manat veriləcək

Tarix: 01-05-2019 22:45     Baxış: 3163 A- / A+
Bu yazıçılara 2000 manat veriləcək

Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup müəllifi mükafatlandırıb.

Bu barədə ona-ya birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.

O bildirib ki, dövlət başsının AYB-yə ayırdığı vəsaitin bir hissəsi bu mükafatların verilməsinə xərclənəcək.

“Bu il yubileyləri keçirilən İmadəddin Nəsimi, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adına 2000 (iki min) manat məbləğində 12 mükafat nəzərdə tutulur”, - Xəyal Rza deyib.

İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər və Firuzə Məmmədli, Cəlil Məmmədquluzadə adına nəsr mükafatlarına xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və xalq şairi Sabir Rüstəmxanlı, Cəfər Cabbarlı adına dramaturgiya mükafatlarına isə Firuz Mustafa, Vaqif Əlixanlı və Əjdər Ol layiq görülüb.

İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və tədqiqatçı Gülxani Pənahdır.

Gənc yazarlar üçün nəzərdə tutulan “Uğur” mükafatına isə Ümid Abbas Nihani, Rəvan Cavid, İntiqam Yaşar, Sərdar Amin və Əliəsgər Əhməd layiq görülüb. “Uğur” mükafatının məbləği 1000 (min) manatdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar