Sizin Reklam Burada
Xəbər lenti
28-11-2026
27-11-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin səhhəti necədir? - Qızı danışdı

Tarix: 29-11-2026 20:23     Baxış: 319 A- / A+
Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin səhhətində müəyyən irəliləyiş müşahidə olunur.

Bu barədə sənətkarın qızı Lalə Sənani Musavat.com-a məlumat verib.

O, anasının hazırda çətinliklə də olsa, yeriyə bildiyini, səhhətinin əvvəlki günlərlə müqayisədə yaxşılaşdığını bildirib:

"Anam indi çətinliklə də olsa, yeriyir. Bu gününə də şükür edirik. Əməliyyat olunandan bir müddət sonra onu yenidən xəstəxanaya yerləşdirdik. Xəstəxanadan yeni çıxarmışıq. Təzyiqində az da olsa, normallaşma var. Əvvəlki günlərlə müqayisədə vəziyyəti yaxşıdır".

Xatırladaq ki, Ofeliya Sənani bir müddət əvvəl küçədə gəzərkən yıxılaraq bud nahiyəsindən xəsarət alıb. Hadisəyə onun arterial təzyiqinin yüksəlməsinin səbəb olduğu bildirilir. Xalq artisti aldığı xəsarətlə əlaqədar əməliyyat olunub və əməliyyat zamanı ona implant yerləşdirilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar