Sizin Reklam Burada
Xəbər lenti
28-11-2026
27-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Əl-Nəsr" dünya rekorduna imza atdı

Tarix: 29-11-2026 09:17     Baxış: 317 A- / A+

Kriştiano Ronaldonun top qovduğu "Əl-Nəsr" klubu futbol tarixində milli çempionatda ardıcıl 100 matçda qol vuran ilk komanda olub. Bu rekord Səudiyyə Ərəbistanı Pro Liqasının XIII turunda "Əl-Həzm"lə keçirilən oyunda yarımmüdafiəçi Samu Koştanın qolundan sonra qeydə alınıb.
Manevr.az "Çempionat"a istinadən xəbər verir ki, Ər-Riyad təmsilçisi "Əl-Həzm"i 1:0 hesabı ilə məğlub edib. Koşta matçın 26-cı dəqiqəsində fərqlənib.
"100 matç. Tabloya 100 dəfə qol yazılıb. Bir dünya rekordu. "Əl-Nəsr" artıq milli çempionatlar tarixində ən uzunqollu oyunlar seriyasının təkbaşına sahibidir", - deyə klubun açıqlamasında bildirilib.
Xatırladaq ki, "Əl-Nəsr" 2026-cı ilin sentyabrında ardıcıl qol vurduğu matçların sayını 94-ə çatdıraraq dünya rekorduna imza atıb. Həmin vaxt Ər-Riyad təmsilçisi 1936-1939-cu illərdə milli çempionatda ardıcıl 93 oyunda rəqib qapılarına yol tapan Argentinanın "River Pleyt" klubunun rekordunu geridə qoyub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar