Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ekspertdən məktəblərə SƏRT İRAD

Tarix: 01-05-2019 18:46     Baxış: 4213 A- / A+
Ekspertdən məktəblərə SƏRT İRAD

Orta məktəblərimiz poliqonu xatırladır. Məncə, bütün anlaşılmazlıqlar Dünya Bankının vəsaiti hesabına hazırlanmış kurikulumlardan sonra başladı. Bu sənəd hələ də mistik bir alət kimi qalmaqdadır. Kurikulumlar məktəblə cəmiyyət arasında qarşıdurma yaratdı.
Bu sözləri təhsil eksperti Etibar Əliyev bildirib.

Ekspertin fikrincə, yeni kurikulumların tətbiqi ilə bağlı keçirilən qəbul imtahanlarının nəticələrinin təhlili yaxşı heç nə vəd etmir:

"Sanki hamı yorulub. Orta məktəbləri inkişaf etmiş ölkələrdə uşaqların təhsilinə cavabdehlik daşıyan müəllimlər, məktəb rəhbərliyi və valideynlərin məktəbə münasibətində müəyyən harmoniya mövcuddur.

Bizdə harmoniya pozulub. Qınaq obyekti Təhsil Nazirliyidir. Ali təhsil tamamilə yaddan çıxıb. Tələbə qəbulundan sonra orta məktəblərdəki gərginlik bir qədər səngiyir. Tədris ilinin sonuna yaxın isə gərginlik pik həddə çatır. Tərbiyə paradiqması tamamilə unudulub. Məktəblərin normal ahəngdə işləmisi üçün bu paradiqma tədrislə qoşa qanad təşkil etməlidir".

E.Əliyev bildirib ki, məktəbə gətirilən istənilən yeni qaydalar ajiotaja səbəb olur:

"Dinin tədrisi ideyasını da buna misal göstərmək olar. Bütün bunlar onu göstərir ki, məktəbi kənar təsirlərdən, dezinformasiyalardan qorumaq lazımdır. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur".sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика