Xəbər lenti
XOCALI SOYQIRIMI: Siyasi və ideoloji tərəfləri
Tural VƏLİZADƏ,
Qərbi Kaspi Universitetinin müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı
Rusiyanın hər növ dəstəyi ilə ermənilər tərəfindən törədilən Xocalı soyqırımı bəşəriyyətə qarşı dəhşətli cinayət, vəhşilikdir. Bu Türk - Müsəlman qırğını ilə bağlı məsələlər aşağıdakı istiqamətlərdən dəyərləndirilə bilər:
1. Müasir qlobal siyasət və beynəlxalq münasibətlər;
2. Beynəlxalq hüquq baxımından;
3. İdeoloji baxımdan
Xocalı soyqırımı Sovet Rusiyasının tarixi geostrategiyası və geosiyasəti baxımından düşünülən və həyata keçirilən çoxsaylı planlardan biridir. Belə ki, Sovet Rusiyası 1990-ci ildə Qanlı 20 Yanvar və 1992 ildə isə Xocalı faciəsi - soyqırımlarını törətməklə Azərbaycanı azadlıq mübarizəsindən çəkindirmək və onun əhalisini qorxutmaq üçün səylər göstərmişdir.
Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərində törədilən bu soyqırım uydurma “böyük ermənistan”ın bərpasına xidmət edən “yandırılmış torpaq” – “etnik təmizləmə” taktikasının bir nümunəsidir. Bunu sübut edən xeyli sayda rəsmi sənədlər vardır. [“Genocide in Khojaly”. Baku, 2014, s.15-16; A.Nagy. “Garabagh war. Short history”. Baku, 2011, s.47]. Ermənilər Xocalıda hərbi əməliyyat məqsədli döyüş aparmamışdılar. Onların əsas istəyi yerli azərbaycanlı əhalini işgəncələrlə öldürmək idi. Yerli mülki əhali tərəfindən də onlara heç bir silahlı müqavimət göstərilməmişdir.
Bu qətliam ermənilərin Rusiyanın himayəsi ilə Anadoluda və Azərbaycanın şimalı ilə cənubunda 1895-1896, 1905-1906, 1915, 1918-1920 və
b. illərdə törətdikləri soyqırımların davamıdır. Xocalı faciəsini Azərbaycanla hərbi mübarizədə dəfələrlə məğlub olan ermənilərin dinc əhalini qırğına məruz qoymaqla qazandığı bir intiqam kimi də dəyərləndirmək olar.
Bu soyqırım nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından həmişəlik əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.
Xocalı qətliamı ilə BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələri, eyni zamanda BMT Baş Assambleyasının 16 dekabr 1966-ci il tarixli 2200 A (XXI) saylı qərarı ilə qəbul edilən və 23 mart 1976-ci il tarixində qüvvəyə minən BMT-nin Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyası 6-9-cu maddələrinin tələbləri, şərtləri pozulub [R.Aliyev. “The Volce of History”. Baku, 2012, s.53, 55; Genocide in Khojaly, s.18-19.]. Bu qətliam hətta kiçik 1 və 2 yaşlı uşaqların (Y.Əliyeva, A.Həsənova, S.Səfiyev, A.Şükürova, S.Quliyev və b). [Garabagh: Memory Book. Baku, 2014, s.19-21] öldürülmələri və insanların ağılasığmaz işgəncələrə məruz qaldığı bir cinayətidir. Bu səbəblədə tam bir soyqırım cinayətidir.
Xocalıda törədilən türk-müsəlman qırğını, mühüm bir hissəsi ermənilərdən təşkil edilmiş 366-cı Rus motoatıcı alayının və Ermənistan silahlı qüvvələrinin birlikdə cinayət fəaliyyətdir. “Balkan qəssabları” S.Miloşeviç, R.Karaçiç və başqalarından fərqli olaraq “Xocalı qəssabları” (S.Sarqsyan, S.Ohanyan və digərləri) beynəlxalq qurumlar və ictimaiyyət, ayrı-ayrı dövlət başçıları tərəfindən qətiyyətlə pislənməmiş, sərt reaksiyalara məruz qalmayıblar. Əksinə onlar Ermənistanda yüksək dövlət vəzifələrinə (Prezident, Müdafiə Naziri) yiyələnmişlər. Tarixdən digər bir nümunə: 1918-1920-ci illərdə İrəvan və ətraf rayonlarda çoxsaylı türk - müsəlmanı qırğına məruz qoyan Dro az sonra Sovet Ermənistanının Müdafiə Naziri olmuşdu. Xocalı faciəsi ermənilərin apardıqları “Türk-müsəlman düşmənçiliyi” ideologiyası, siyasəti və təbliğatının acı bəhrəsi, nəticəsidir. Belə siyasət-təbliğat isə heç bir tutarlı əsaslara söykənmir. Atatürkün 1936-cı ildə söylədiyi kimi “biz heç kəsin düşməni deyillik. Yalnız insanlığın düşməni olanların düşmənləriyik” [U.Qocatürk. “Atatürk”. Bakı, 1991, s.168].
Nəticədə bu mühüm mövqeyimizi bildirməyi əsas və əhəmiyyətli görürük: Bizlər – azərbaycanlı elm adamları – “Tarix sənəd ilə yazılır” mövqeyinə əsaslanaraq yalanlarla deyil, tarixi həqiqətlərlə apardığımız elm mübarizəsini davam etdirməliyik.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar