Sizin Reklam Burada
Xəbər lenti
29-11-2026
28-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır

Tarix: 29-11-2026 23:26     Baxış: 327 A- / A+
"Azərbaycanlı aktyor Şahin Nəsirov hazırda küçə həyatı yaşayır və yoxsulluq içindədir".

Bu barədə aktrisa Rada Nəsibova bildirib ki, bir zamanlar seriallardan tanıdığımız aktyor Şahin Nəsirovun bu gün yoxsulluq içində küçə həyatı yaşadığını görmək həqiqətən çox ağırdır:

"Xahiş edirəm, bu məsələni araşdırın, işıqlandırın, Şahin müəllimin harada olduğunu, hansı şəraitdə yaşadığını öyrənin. Bəlkə də bu paylaşım kimlərinsə köməyə çatmasına səbəb oldu.

Aktyor həmkarlarıma da müraciət edirəm. Kim bu məsələyə biganə qalmayıb dəstək olmaq istəyirsə, mənə yazsın. Gəlin, birlikdə kiçik də olsa, maddi yardım toplayaq və ona dəstək olaq.

Unutmayaq ki, damla-damla göl olar. "İmkanım yoxdur" deyib bu dərdin yanından keçməyək. Bəlkə də bizim kiçik hesab etdiyimiz bir kömək onun üçün böyük ümid olar.

Bu gün ona uzadacağımız əl sabah hər hansı birimizin ehtiyacı olan anda bizə uzadılan əl ola bilər. Gəlin, biganə qalmayaq!".

Qeyd edək ki, Şahin Nəsirov "Həyat sən nə qəribəsən", "Tək olanda qorxma", "Döngələr","Ağanatiq", "Hörümçək toru", "Dəlixanadan məktublar" kimi film və seriallarda rol alıb. globalinfo.az

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar