Xəbər lenti
Dünən fərman verən bu gün... təzəsini verir – Şahramanyanın gecikmiş dirənişi
Samvel Şahramanyan qondarma “artsax” rejimini buraxması barədəki “fərman”ını ləğv etməsi nə gözlənilməzdir, nə də fövqəladə əhəmiyyət daşıyan bir hadisədir.
Hələ bu ləğv qərarı çox gecikib, əslində o, bunu 2023-cü ilin oktyabr ayının əvvəlində, paçasını Azərbaycanın hüquq-mühafizə orqanlarının əlindən birtəhər qurtarıb Ermənistan tərəfə adlayandan bir az sonra etməliydi, deməliydi ki, buraxılma qərarını verərkən başıma silah dayamışdılar, yoxsa verməzdim.
Aydın məsələydi ki, Şahramanyan bu ilin sentyabr ayının 28-də həmin fərmanı həm acı (ermənilər üçün) gerçəkliklə üzləşdiyindən, həm də öz canını qurtarmaq istədiyindən vermişdi. Necə deyərlər, başqa variantı yox idi. O, sadəcə reallığı konstatasiya etmişdi. Bunun nəticəsində sələfləri Arutyunyan, Saakyan, Qukasyan kimi ənsələnərək Bakıya gətirilmədi, Azərbaycana xidmət göstərdi, buna görə də öz “mükafat”ını aldı.
Həm də bu təkcə Azərbaycana xidmət deyildi, o fərman olmasaydı, şərəfisiz məğlubiyyəti həzm edə bilməyən, üzə düşərək dağdakı kahalarda, meşələrdəki qazma bunkerlərdə gizlənən separatçı erməni quldurlar müqaviməti qısa müddətliyə olsa da, davam etdirəcək, sonda məhv ediləcəkdilər. Şahramanyan öz fərmanıyla onların da həyatını xilas etdi.
Hazırda isə gərginlik azalıb, təlaş-təşviş səngiyib, can qorxusu çəkilib, indi Qarabağ erməniləri də, İrəvandakı revanşistlər də özlərini təhlükəsizlikdə hiss edirlər və həmişəki kimi diş altındakı iştahları qabarır, beyinləri çönür.
2020-ci ilin bu vaxtları da elə olmuşdu. Ermənilərin başbilənləri olan-qalan erməni ordusunu darmadağından, kütləvi əsir düşmək perspektivindən xilas etmək üçün tez-tələsik kapitulyasiya aktına imza atmışdılar, can hövlündən heç kəs etiraz etməmişdi, üstündən bir ay keçəndən sonra İrəvanda haray-həşir qoparmışdılar ki, biz niyə təslim olduq. Təslim olmamaq lüksünüz vardımı? Yox idi. Amma atəşkəs sazişi imzalanandan, hərbi hissələr darmadağın olmaqdan qurtulandan sonra barıt iyi, dron səsi çəkilmiş səmaya baxaraq “yox, biz mövcuduq, iddiamızdan da geri durmuruq” demək asan idi. Ermənilər məhz belə etdilər, düz üç il boyunca özlərini elə apardılar ki, sanki bu qədər itki verməyiblər, ağır məğlubiyyətə uğramayıblar, hər şeyi sıfırdan başlamaq gücündədirlər. Nəticədə 23 saatlıq lokal antiterror əməliyyat keçirilməsini haqq etdilər, “revanş”ları da o oldu ki, əməliyyatın 24 saatınının tamam olmasını gözləmədən ağ bayraq qaldırdılar.
Hazırda onlar yenə də köhnə təfəkkürdədirlər, yenə elə hesab edirlər ki, heç də hər şey itirilməyib, toparlana, itirdiklərini geri qaytara bilərlər.
Samvel Şahramanyan 28 sentyabrda imzaladğı “artsax”ın buraxılması haqqında “fərman”ı ləğv edən “fərman”ını ortaya çıxaran məhz bu düşüncədir. Söz yox, “Züleyxaya dil verən”lər də var. Onlara deyiblər ki, mübarizədən vaz keçməyin, iddianızdan geri durmayın, biz də sizə dəstək olacağıq. Ona görə də indi ermənilər qondarma qurumu öz aləmlərində bərpa edirlər. Amma harada? İrəvanda.
Qarabağ ermənilər bu fərmanla öz ayaqlarına balta vurduqlarının fərqində deyillər. Əgər ermənilərin geriyə, Xankəndiyə qayıtmaq ehtimalları vardısa, separatçı qurumun bərpasını elan edərək özlərini bundan məhrum edirlər. Artıq Azərbaycan dövlətinin haqqı yaranır ki, ölkənin ərazi bütövlüyünü şübhə altına alan, onu parçalamağa çalışan qüvvələri ölkənin daxilinə qəbul etməsin. Hansı ölkə imkan verər ki, xaricdən separatçılar gəlsin və ölkənin bir hissəsində separatizm ocağı yaratsın?
Bu, ağlabatan söhbət deyil. Ermənilər geri qayıtmaq istəyirlərsə, hər cür qanunsuz iddialarından vaz keçməli, Aərbaycan vətəndaşı olmağı qəbul etməlidirlər. Bu saatdan sonra heç kəs onlara gəlib Qarabağda yerləşmək, təzədən Bakıya itaət etməmək şansı verməyəcək. Bu iş bitib.
Şahramanyanın şəxsinə gəldikdə, bu gün ona təklif etsələr ki, yaxşı, əshabələrini də götür, gəl, Xankəndidə yaşa, gəlməz. Adam verdiyi sözə xilaf çıxdığının fərqindədir, bilir ki, dövlət məsələlərində yalnız bir dəfə namərdlik etmək olar, heç kəsə ikinci şans tanımır və əfv etmirlər.
Araz Altaylı, Musavat.com

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar