Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhaliyə dəfn sığortası tətbiq olunacaqmı?

Tarix: 22-07-2023 12:05     Baxış: 4203 A- / A+
Ölüm bioloji bir proses olmaqla yanaşı, həm də sosial sığorta hadisəsi hesab olunur. Sosial sığorta şəxsin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin bərpa edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəlmiş bir hadisədir. Dəfn pulu da bu sosial sığorta üzrə ödəmələrin bir növüdür. Avropanın bir çox ölkələrində vəfat edən şəxsin dəfn xərcləri sığorta ilə qarşılanır. Sığorta şirkəti şəxsin ailəsinə dəfn üçün yaranan xərclərin kompensasiyasına görə müəyyən qədər pul ödəyir.
Bəs Azərbaycanda dəfn sığortasının tətbiq olunmasına ehtiyac varmı?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı referans.az-a öz fikirlərini bölüşən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bu təcrübənin bizdə tətbiq olunması düzgün olmaz:
“İndi hər millətin özünün adət ənənəsi var. Bizim də adət ənənələrimiz mövcuddur. Ola bilər ki, bunun maliyyə cəhətdən əhəmiyyəti var. Amma bizim milli mənəvi dəyərlərimizə görə, ölümüzə 3 veririk, 40 veririk, biz onları birdən-birə ləğv edə bilmərik. Mənim xəbərim var, Avropanın əksər ölkələrində sadəcə vəfat edən şəxsin dəfni üçün pul verilir. Yəni sadəcə dəfn xərcini öz üzərlərinə götürürlər. Başqa digər xərclər qarşılanmır”.
Sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov isə bildirib ki, bu gün dəfn xərcləri olduqca bahadır, buna görə də belə bir təcrübənin bizdə tətbiq edilməsi məqsədəuyğundur: “Ümumiyyətlə, bugünkü həyat sığortası İngiltərədəki dəfn xərclərinin çox baha olmasından yaranmışdı. Həmin dövrdə insanların ölüsü ölürdü və aparıb basdırmağın xərci çox olurdu deyə belə bir həyat sığortası yaratdılar ki, ölünü basdırmaq üçün vəsait olsun. Yəni həyat sığortasının yaranmasının ilk səbəbi dəfn sığortası olub. Dəfn sığortası isə bu gün Avropa ölkələrində geniş yayılıb. Sadəcə məsələ ondadır ki, bizdə dəfn qiymətləri bələdiyyənin qoyduğu rəsmi qiymətlərlə real bazar qiyməti uyğun deyil”.
Ekspertin sözlərinə görə, nə zaman ki, qanunlar düzgün icra olunacaq, həmin vaxt bu məsələ daha aktual olacaq.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar