Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyev mədəniyyətin inkişafına, tərənnümünə xüsusi yanaşırdı – Aqil Məmmədov

Tarix: 23-06-2023 10:25     Baxış: 3242 A- / A+
XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində və daha sonra ölkəmizin müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə diqqət və qayğı mövcud olub. Bu mənada Ümummilli Lider Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı sayılır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır: “Bu mənada ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi diqqət göstərib. Milli dövlətçilik dəyərlərinin əsasını təbii ki, mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdan ibarətdir. Məhz bu kontekstdə mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər fəaliyyətinin bütün dövrlərində mədəniyyətin inkişafını xüsusi olaraq hər zaman diqqətdə saxlayırdı. Bu baxımdan da mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin və bu qayğı ilə əhatə olunmamış olsun. Musiqi, teatr, kino sənəti, heykəltəraşlıq, rəssamlıq, xalça sənətinin inkişafında Ulu Öndərin rolu və əməyi olduqca böyükdür. Bütün bunlar isə onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub”.
Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində  Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı, qəbul edildi: “Məhz ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, H.Cavidin 100 illik yubileyləri qeyd edilib. “Kitabi Dədə-Qorqud”un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı keçirilən tədbirlər də məhz bu qəbildəndir. M.Füzulinin anadan olmasının 500 illik yubileyi haqqıında Prezidentin 16 mart 1994-cü ildə imzaladığı sərəncam isə bu mənada xüsusi ilə qeyd edilməlidir. Çünki bu ölkənin ən ağır bir dövrlərində belə mədəni kimliyimizə verilən ən yüksək qiymətin göstəricisi idi. Məhz Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində belə çətin və mürəkkəb bir şəraitdə Azərbaycanın mədəni həyatı üçün olduqca mühüm olan bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında çıxışında ulu öndər qeyd edib ki, “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir”. Bu tarixi açıqlama ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik şəxsiyyət olduğunu göstərən olduqca mühüm faktlardan biridir”.
Millət vəkili vurğulayıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev ənənələri böyük uğur və əzmlə davam etdirilir: “Prezident İlham Əliyev Azərbaycan xalqının milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın, mədəniyyətinin böyük rolunu qeyd edib. Bu mənada 2019-cu ilin “Nəsimi ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına vermiş olduğu növbəti yüksək qiymətin bariz nümunəsidir. Sözsüz ki, bu gün azad Qarabağda Azərbaycan mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri ən yüksək formada tərənnüm edilir. Prezident İlham Əliyev rəhbərliyi ilə işğaldan azad olunan tarixi torpaqlarımızda mədəniyyətin yenidən dirçəldilməsi, Qarabağın tarixi adının, mədəniyyət ab-havasının özünə qaytarılması istiqamətində mühüm işlər görülür. Mədəniyyət abidələrimizin bərpa olunması, eləcə də “Xarıbülbül” festivalının, Vaqif poeziya günlərinin yenidən doğma Şuşada keçirilməsi Azərbaycan mədəniyyətinin yenidən dirçəlişi hesab edilir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar