Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş məcburi köçkünlərin evləri kimlərə veriləcək...

Tarix: 05-06-2023 15:44     Baxış: 3167 A- / A+


Keçmiş məcburi köçkünlərin evləri kimlərə veriləcək...


İşğaldan azad edilən ərazilərdə quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin şəxsən iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin, yaşayış məntəqələrinin əsası qoyulur. 44 günlük Vətən müharibəsindən 2 il sonra Böyük Qayıdışa start verilib və ilk köç Zəngilanın Ağalı kəndindən başlayıb. Növbəti mərhələdə laçınlıların qayıdışı həyata keçirilir. Belə ki, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Prezident əhali ilə görüş zamanı deyib ki, 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır.
 
"Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək", - dövlət başçısı bildirib.
 
Maraqlıdır ki, qayıdış başa çatdıqdan sonra məcburi köçkünlərin işğal dövründə məşkunlaşdıqları mənzillərin aqibəti necə olacaq? 
 
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov bildirib ki, işğaldan azad olunmuş bölgələrdə çox böyük quruculuq, abadlıq işləri görülür, bütün infrastruktur bərpa olunur. 
 
"Artıq yaşayış məntəqələri tikilib istifadəyə verilir. Cənab Prezident tərəfindən bəzi yaşayış məntəqələrinin əsası qoyulub. Bu proseslər nəzərdə tutulduğu vaxtda başa çatacaq. Dövlət bir ailəni bir dəfə evlə təmin edə bilər. Onun həm burada, həm də orada evlə təmin olunması mümkün deyil. Vətəndaşın harada yaşayacağı məcbur və təkidlə tələb oluna bilməz. Ev verilmiş məcburi köçkün işğaldan azad edilmiş ərazilərimizə getmək istəmirsə, dövlət tərəfindən verilmiş evdə öz həyatını davam etdirə bilər. Əksinə vətəndaş işğaldan azad olunmuş əraziyə qayıtmaq istəyirsə, ona verilmiş ev dövlətin balansına keçir. Bu evin necə istifadə olunacağına sonrakı mərhələdə qərar veriləcək". 
 

 
A.Məmmədov xatırladıb ki, vaxtilə məcburi köçkünlərə verilən evlər sənədləşdirilməyib:
 
"Ola bilər ki, ailə artsın. Evin qızları evlənib başqa yerə köçə, oğlanlar isə evlənib övlad sahibi ola bilərlər. Vaxtilə məcburi köçkünlərə verilən evlər sənədləşdirilməyib. Onlara müvəqqəti order verilib və ailə tərkibi göstərilib. Bu ona görə belə olub ki, insanlarımız Qarabağın işğaldan azad olunacağına və geri qayıdacaqlarına ümidlərini kəsməmişdilər. Əgər keçmiş məcburi köçkünün geri dönməsinə ailə sayı imkan vermirsə, evlənmiş oğlu və ya qızı burada yaşaya bilər. Bu imtiyazı da onların əlindən alan yoxdur. Yox, əgər getmək istəyirsə və burada qalacaq ailəsi də yoxdursa, bu evlər Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin tərkibində qalacaq. Bundan sonrakı mərhələdə evlərlə bağlı müxtəlif qərarlar verilə bilər. Sözügedən evləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verə bilərlər. Burada məqsəd digər ehtiyacı olan vətəndaşlarımızın gələcəkdə evlə təmin olunmasına xidmət etməkdir. Məcburi köçkünlərimiz əvvəllər çadır şəhərciyində, vaqonlarda yaşayıblar. O vaxt dövlət vətəndaşlarını çətin vəziyyətdən xilas etmək üçün qəsəbələr tikib. Onlar bilirdilər ki, vətənlərinə geri qayıdacaqlar. Ona görə də sənədləşmə işi müvəqqəti xarakter daşıyıb".
 

 
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov isə qeyd edib ki, köçkünlərin yaşadıqları evlər dövlətin mülkiyyəti hesab olunur:
 
"Bu evlər məcburi köçkünlərə müvəqqəti yaşamaq üçün verilib. Odur ki, dövlətin mülkiyyəti hesab olunur. Məcburi köçkünlər tədricən öz doğma yurd-yuvalarına qayıtdıqdan sonra həmin evlər hansı qurumun balansındadırsa, ona verilir. Bu evlər əsasən Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə məxsusdur. Müəyyən hissəsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Artıq məcburi köçkünlərə dövlət öz doğma yurd-yuvalarında evlər tikir. Ağalıya, Laçına, Zabuxa və başqa yerlərə qayıdışlar oldu. Bu evləri dövlət vermişdi. Həmin evlər dövlətin də balansında qalır. Mənzillər ehtiyacı olan vətəndaşlarımıza, şəhid ailələrinə, qazilərə, əlillərə və başqa ehtiyac sahiblərinə veriləcək".
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar