Xəbər lenti
Dünyada neçə Zəngilan var?.. - ARAŞDIRMA
I HİSSƏ
“Zəngilan toponimi fars dilindəki “zəng” (pas) sözündən və “an” cəm şəkilçisindən yaranmışdır. Amma gəlin tələsməyək...”
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Dünyada neçə Zəngilan var?” başlıqlı növbəti araşdırma yazısının 1-ci hissəsi.
Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərindən biri – Zəngilan rayonu Araz çayının qolu olan Oxçuçayın sahilindəki Zəngilan kəndinin adını daşıyır. Həmin kənd 1930–1933-cü illərdə Zəngilan rayonunun inzibati mərkəzi olmuşdur. Sonradan inzibati mərkəz Pirçivan kəndinə keçirilmiş, 1957-ci ildə isə Pirçivan kəndinə şəhər statusu və Zəngilan adı verilmişdir.
“Zəngilan” toponiminin mənasını izah edən bir neçə fərziyyə mövcuddur. Yazımızın ilk hissəsi onlardan biri barəsindədir...
İlxani tarixçisi Həmidullah Qəzvini (1281–1350) “Nuzhat əl-Qulub” əsərində yazırdı: “Zəngian dairəsinə bir neçə kənd daxil idi. Lakin hazırda onların hamısı Mərdan Nakim dairəsinə aiddir. Araz çayı üzərindən salınmış və Zəngianın yaxınlığında yerləşən Xudafərin körpüsünü hicri 15-ci (636-cı) ildə Muhəmməd Peyğəmbərin səhabəsi Bəkr ibn Abdullah inşa etdirmişdir”.
Bu məlumata istinadla iddia etmək mümkündür ki, Zəngilan toponimi fars dilindəki “zəng” (pas) sözündən və “an” cəm şəkilçisindən yaranmışdır. Amma gəlin tələsməyək...
Zəngilan adına bir qədər bənzəyən toponim Özbəkistanda da var. Bu ölkənin şəhərlərindən birinin adı Mərgilandır (özbək dilində – Mərgilon). İddiaya görə, Mərgilan toponimi “mərg” (tacik dilində – çəmənlik, yaşıllıq) və “lan” (yer) sözlərindən ibarətdir.
Onu da qeyd etməliyik ki, Zəngilan Azərbaycanda sonluğu “lan”la bitən yeganə toponim deyil:
1. Sanqalan – Ağsu rayonunda dağ və kənd;
2. Xırdalan – Abşeron rayonunda şəhər;
3. Şüvəlan – Xəzər rayonunda kənd;
4. Albalan – Cəlilabad rayonunda kənd;
5. Savalan – İranın Ərdəbil ostanında dağ;
6. Alan – Muğan düzünün şimal hissəsinin qədim adı;
7. Savalan – Qəbələ rayonunda dağ silsiləsi və kənd.
Maraqlıdır ki, İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Çaypara şəhristanının Hacılar dairəsində Zəngilan Ulya (Yuxarı Zəngilan) və Zəngilan Suflə (Aşağı Zəngilan) adlı iki kənd vardır. 2006-cı ilə aid statistik məlumata görə, Zəngilan Ulyada 326 nəfər, Zəngilan Suflədə isə 734 nəfər yaşayır. Zəngilanlu adlı daha bir kənd və dehistan İranın Xorasan-Rezavi ostanının Dərgəz şəhristanında yerləşir. Bu kəndin əhalisinin sayı 802 nəfərdir. Dərgəzdə həm də Zəngilanlu adlı çay axır.
Maraqlıdır ki, İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Çaypara şəhristanının Hacılar dairəsində Zəngilan Ulya (Yuxarı Zəngilan) və Zəngilan Suflə (Aşağı Zəngilan) adlı iki kənd vardır. 2006-cı ilə aid statistik məlumata görə, Zəngilan Ulyada 326 nəfər, Zəngilan Suflədə isə 734 nəfər yaşayır. Zəngilanlu adlı daha bir kənd və dehistan İranın Xorasan-Rezavi ostanının Dərgəz şəhristanında yerləşir. Bu kəndin əhalisinin sayı 802 nəfərdir. Dərgəzdə həm də Zəngilanlu adlı çay axır.
Haşiyə:
Dərgəz İslam-türk dünyasının sonuncu fatehi Nadir şah Əfşarın vətənidir.
Həmin Dərgəz şəhristanının Çapəşlu (və ya Çavuşlu) bəxşinin Qarabaşlu dehistanının ən böyük kəndi Bəşarət adlanır. Xatırladaq ki, Zəngilanın qonşuluğundakı Qubadlı rayonunun kəndlərindən birinin adı Başaratdır.
Həmçinin İranın Qəzvin ostanında 150 metrlik şəlalənin və hündürlüyü 3247 metr olan dağın da adı Zəngilandır.
Cənubi Azərbaycan və qədim türk yurdu Xorasanda Zəngilan toponimlərinin mövcudluğu ona dəlalət edir ki, Şimali Azərbaycandakı Zəngilan toponiminin də ilkin forması məhz Zəngilan olmuşdur. Bu adın XIII əsr salnaməsində təsbit edilmiş Zəngian variantı isə, böyük ehtimalla, həmin əsərin farsdilli müəllifi Həmidullah Qəzvinin təhrifidir.
Sözsüz ki, insanlar bütün dövrlərdə şəxs adlarını, toponimləri və digər sözləri özlərinin danışdıqları dillərə uyğunlaşdırmağa çalışmışlar. Yaxın keçmişimizdən xeyli misal çəkə bilərik. Sovet dövründə ruslar Bakını “Baku”, Mərdəkanı “Mardakyanı”, Şüvəlanı “Şuvelyanı”, Qusarı “Kusarı”, Qaxı “Kaxi”, Qubanı “Kuba” və s. adlandırırdılar.
Beləliklə, aydın olur ki, Zəngilan toponiminin sonluğundakı “lan” hissəsinin əvvəlki forması heç də “an” cəm şəkilçisi olmamışdır. Bəs həmin toponimin “zəngi” hissəsi fars dilindəki “zəng” (pas) sözüdürmü? Yazımızın növbəti hissəsi məhz bu barədədir. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar