Xəbər lenti
Ailəyə qarşı zorakılıq edənlər cəzasız qalmamalıdır
Bir qədər əvvəl elan edildiyinə görə, məişət zorakılığına qarşı qanunvericiliyə dəyişikliklər gözlənilir.
Hazırda Azərbaycanda məişət zorakılığı ilə bağlı işlər nə yerdədir, bununla mübarizə aparmaq üçün hansı imkanlar var və hansı dəyişikliklər ediləcək?
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva bildirib ki, baxmayaraq ki, məişət zorakılığıyla bağlı qanunvericilik 2010-cu ildən qəbul olunub, artıq üzərindən çox müddət keçib, amma təəssüflər olsun ki, həmin qanunvericiliyin icra mexanizmi ilə bağlı böyük problemlər var. Ən böyük problem, bildiyimiz kimi, məişət zorakılığında əsas müdafiə mexanizmi zərərçəkənə verilən mühafizə orderidir. Mühafizə orderi - bir qalxandır. O zərərçəkənə verilir ki, məişət zorakılığı artmasın, onlar belə deyək, daha böyük, ağır zərbələrə uğramasın. Ən böyük problemlərdən biri də mühafizə orderinin verilməsi ilə bağlıdır. Mühafizə orderini yerli icra hakimiyyətləri verir.
Mühafizə orderi, göründüyü kimi, müdafiə mexanizmidir. Bu, nə deməkdir? Əslində kağız formasında verilən bir sənəddir, yazılı verilir. Amma onun içərisində nəzərdə tutulan, əsasən qoruyucu hallardır və bunlar həmin zorakılığı törətmiş şəxslərə müəyyən hərəkətləri etməyi qadağan edir.
Burada zərərçəkmiş özü deyir ki, mənə qarşı filan-filan hərəkətlər baş vermişdir və mühafizə orderini verən orqan da orada qeyd edir ki, günahkar tərəfə bu hərəkətləri etmək qadağan olunur.
Qanunvericiliyin qəbul edilməsindən bu qədər vaxt keçməsinə baxmayaraq təəssüf ki, icra hakimiyyəti orqanları hələ də bu sənədin məsuliyyətini tam anlamır, dərk etmirlər. Ən geci 24 saat ərzində verilməli olan mühafizə orderini bəzə vəkillər belə bir həftəyə alırlar. Halbuki bu vaxt ərzində artıq zərərçəkmiş öldürülə və ya digər xəsarət ala bilər.
Kimlər mühafizə orderini ala bilərlər və kimə qarşı?..
Məişət zorakılığı digər zorakılıqdan məhz onun subyektlərinə görə fərqlənir. Yəni kim o zorakılığı törədir və kimə qarşı? Məişət zorakılığını qanun konkret izah edir - bu yaxın adamların bir-birinə qarşı zorakılığıdır. Məsələn, eyni hərəkəti sənə qarşı qonşun törədibsə, bu, məişət zorakılığı deyil və sən ona qarşı mühafizə orderi ala bilməzsən. Qanuna əsasən bu, ilk növbədə, birgə yaşayan və ya birgə yaşamayan yaxın qohumlardır - ata, ana, uşaqlar, bacı, qardaş, ər-arvad, övladlığa götürənlər, övladlığa götürülənlər. Ər-arvad və birgə yaşayan qeyri-rəsmi nikahda olanlar şəxslər də məişət zorakılığına qarşı mühafizə orderi ala bilərlər. Onlar istər birgə yaşadılar, istər ayrı yaşadılar, bir-birinə qarşı order ala bilərlər. Amma digər qohumlar, tutaq ki, baldız, qayın-filan, o şəxslərə qarşı o vaxt mühafizə orderi ala biləsən ki, sən onlarla birgə yaşayırsan. Ayrı yaşadığın halda baldız və qayın, yaxud digər qohumlarınla bağlı məişət zorakılığına qarşı mühafizə orderi ala bilməzsən. Çünki qanunvericiliyə əsasən o hallar məişət zorakılığı sayılır ki, tərəflər bir-birləri ilə müəyyən qohumluq münasibətilə bağlı olsunlar və ya biri digərindən asılı olsun. Belə halda əlavə müdafiə mexanizmlərinə ehtiyat var. Amma zorakılığa yol verən adam yaxın əhatəyə aid deyilsə, qarşı tərəfin ondan həm psixoloji, həm maddi, həm fiziki asılılığı daha azdır.
«Məişət zorakılığının qarşısının alınması haqqında» Qanunda məişət zorakılığını həm törətmiş şəxslər, həm qurbanların kim olmasının dairəsi dəqiq göstərilib. Qanunda dəqiq göstərilib ki, buraya keçmiş ər və arvad da aiddir.
Fərqi yoxdur ki, onlar məcburi qaydada bir yerdə yaşayırlar, ya ayrı qalırlar, onların birgə uşaqları var ya yoxdur. Heç boşanma müddətlərinin də bu məsələyə aidiyyatı yoxdur. Əgər nə vaxtsa ər-arvad olublarsa, bir-birlərinə qarşı psixoloji, fiziki, iqtisadi, cinsi zorakılıqların hər hansı bir növünü həyata keçirirlərsə, bir-birindən müdafiə üçün məişət zorakılığı ilə bağlı mühafizə orderindən yerli icra hakimiyyətinə, sonra isə faktiki yaşadıqları ünvan üzrə məhkəməyə müraciət edə bilərlər. Çünki siz adi kriminal xronikaya da, yaxud son vaxtlar rezonans doğuran cinayətlərə də baxsanız, keçmiş ərin arvadı öldürməsi, hətta boşanmış halda, yayılıb. Düzdür, burada qanun kişi-qadın deyə fərq qoymur, amma cəmiyyətdə qurbanların daha çox qadınalr olduğu görünür.
Mühafizə orderi 2 cür olur: qısamüddətli və uzunmüddətli. Qısamüddətli həm müddətinə görə fərqlənir ki, 30 günə verilir və bunu yerli icra hakimiyyəti orqanı 24 saat ərzində verməlidir. Uzunmüddətli mühafizə orderi o vaxt verilir ki, artıq qısamüddətli mühafizə orderi heç bir müsbət nəticə vermir və ya onun vaxtı bitir, amma zorakılıq yenə də davam edir.
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar