Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda torpağın qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

Tarix: 18-05-2023 22:05     Baxış: 3237 A- / A+
Azərbaycanda torpağın qiyməti ucuzlaşacaq? - AÇIQLAMATorpaq Məcəlləsinə edilən dəyişikliyin torpaq sahələrinin qiymətlərinə necə təsir edəcəyi bəlli deyil, lakin qiymətin ucuzlaşacağını gözləmək doğru deyil.

Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanov deyib.

O qeyd edib ki, hələ ki, bu qərarın icrası ilə bağlı proses tam aydın deyil. "Çünki qərarın icrası zaman müəyyən olunmuş dəyişikliklərin necə həyata keçiriləcəyi, yerli icra orqanlarının, bələdiyyələrin bu məsələyə yanaşmasının necə olacacağını bilmirik. Qəbul olunan qərar tədqirəlayiqdir, amma yerli icra orqanlarının prosesə nə dərəcədə əməl edəcəkləri, yeni mexanizmin necə olacağı önəmlidir. Bunları hələ bilmədiyimiz üçün torpaq qiymətlərinə hansı təsir göstərəcəyini demək çətindir.

Ancaq qiymətlərin azalmasını gözləmək yanlışlıq olar. Çünki ölkədə müxtəlif istiqamətlərdə inkişaf getdikcə qiymət artımı müşahidə olunur, o cümlədən torpaq sahələrinin qiymətində. Bu mənada bundan sonra qəbul edilən qərarların torpaq sahələrinin qiymətinə müsbət təsir edəcəyini düşünmək doğru yanaşma olmaz", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Torpaq Məcəlləsinə edilən dəyişikliyə əsasən, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. trend 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar