Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qadınlarla barışıq banka 215 milyon dollara başa gəldi

Tarix: 15-05-2023 11:14     Baxış: 4243 A- / A+

Dünyanın ən böyük investisiya banklarından olan ABŞ-ın “Goldman Sachs” bankı ona qarşı məhkəmə iddiası qaldırmış qadınlara 215 milyon dollar həcmində təzminat ödəməyə razılaşıb.
“Goldman Sachs” həm də dünyanın ən böyük səhm birjası olan Nyu-York Fond Birjasının aparıcı qurumlarından biridir.
ABŞ-ın “Nyu-York Tayms” qəzeti xəbər verir ki, 2010-cu ildə “Goldman Sachs”ın üç keçmiş xanım əməkdaşı banka qarşı məhkəmədə iddia qaldırıb. Sonrakı illərdə 2800 nəfərə yaxın qadın eyni məzmunlu iddia ilə bankı məhkəməyə verib. Onların bir qismi bankın işçisi, bəzisi isə keçmiş işçiləridir. Beləliklə, xanımların “Goldman Sachs” əleyhinə iddiası kütləvi xarakter alıb.
İddia ərizələrində bank qadın işçilərə qarşı ayrı-seçkiliyə yol verməkdə, onların karyerasına mane olmaqda, əsasən kişiləri irəli çəkməkdə, kişilərlə müqayisədə xanımlar üçün daha az maaş müəyyənləşdirməkdə günahlandırılıb.
Nəhayət, 2023-cü ilin may ayında bank illərdir davam edən məhkəmə çəkişmələrini barışıqla yekunlaşdırmaq, iddiaçılarla razılaşıb onlara təzminat ödəmək qərarına gəlib.
“Nyu-York Tayms” xəbər verir ki, təzminat məbləği iddaçılar arasında bölüşdürüləcək: “Tutulacaq məhkəmə rüsumlarını çıxanda hər iddiaçı xanıma 47 min dollar düşəcək. Bundan başqa bank gender siyasətində dəyişiklik etmək öhdəliyi də götürüb”.
Qəzet qeyd edir ki, bir xanım iddiaçıya düşən təzminat məbləği gözləndiyindən az olsa da, dünyanın ən böyük səhm birjasında təmsil olunan nəhəng investisiya bankının qadınların ayrı-seçkiliklə bağlı tənqidlərini qəbul etməsi mühüm hadisədir.
İlk iddiaçılardan olan Şanna Orliç də “Nyu-York Tayms”a açıqlamasında bankın barışıq təklifindən məmnunluğunu gizlətməyib, 13 ilə yaxın tərəddüd etmədən üzərində durduğu iddiadan qürur duyduğunu vurğulayıb, təklifin ümumən bank sektorunda gender bərabərliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacağına inandığını söyləyib.
“Nyu-York Tayms” xatırladır ki, “Goldman Sachs” bankı Nyu-York Fond Birjasının təmsilçiləri arasında gender bərabərliyi probleminə görə məhkəməyə verilən və milyonlarla dollar həcmində təzminat ödəmək məcburiyyəti qarşısında qalan yeganə qurum deyil: “1998-ci ildə üzləşdiyi məhkəmə iddiasına görə “Smith Barney” maliyyə xidmətləri şirkəti 150 milyon dollar təzminat ödəməli olmuşdu. Məhkəmə şirkətin məsul şəxslərini qadınlar haqqında aşağılaycı ifadələr işlətməkdə, kişilərlə müqayisədə qadınlara daha az maaş verməkdə, şirkət daxilində xanımlara münasibətdə qərəzli mühit formalaşdırmaqda təqsirli bilmişdi”.
2018-cu ildən “Goldman Sachs”a bankir Devid Solomon rəhbərlik edir. “Nyu-York Tayms” Devid Solomonun rəhbərliyi dövründə bankın gender bərabərliyinin təmin olunması məsələsinə diqqəti artırdığını yazır: “Hazırda bu bank sistemində direktor vəzifəsində çalışan şəxslərin 29 faizi qadındır. Bu, “Goldman Sachs”ın tarixində ən yüksək göstəricidir”.Novtor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar