Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qürur" - "özündənrazılıq”, “şöhrətpərəstlik” yoxsa, iftixar, məğrurluq…?

Tarix: 06-04-2023 19:06     Baxış: 3209 A- / A+

Nadir İsrafilov


Ərəb dilində bu söz yalnız mənfi keyfiyyət ifadə edirsə, elə isə biz niyə qürur hissi keçiririk?
Bir neçə il bundan qabaq qələmə aldığım bir yazıda belə bir hadisədən bəhs etmişdim ki, SSRI Maarif naziri Prokofyevin və Sovet təhsilinin digər nəhəng simalarının Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsi zamanı, iclas zalına daxil olarkən, o zamankı Maarif nazirimiz mərhum akademik Mehdi Mehdizadəyə necə sayğı göstərdikləri, hamılıqla bir kənara çəkilib, ona necə yol verdikləri heç yadımdan çıxmır. Bu müdhiş bir mənzərəni öz gözlərinlə görmədən, yaxından müşahidə etmədən insanın necə qürur hissi keçirməyini təssəvvür etmək mümkün deyildi. Sözün həqiqi mənasında özünün də azərbaycanlı olmağınla fəxr etməyə bilmirdin.
Nəhayət, bu günlərdə ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsərlərindən biri olan ''Qürur və Qərəz'' romanını oxuyarkən “qürur” sözünə şübhələrim xeyli artdı, sanki bir anlığa mərhum akademikimizə görə qürurlanmağıma sanki, peşman oldum. Sən demə, “Qürur hissi insanın həyat enerjisini və gücünü zəiflədir”miş. Şübhələrimi cilovlamaq üçün sosial şəbəkələrdə və mümkün olan bütün mənbəələrdə geniş axtarışlara başladım… “Qürur zəifliyin etirafıdır”;”Qürur nəfsə yönəlmiş müstəqil bir ruhdur”; “Qürur çılğın insanların heç vaxt əskik olmadığı pislikdir”;”Kor xoşbəxtlik qürurdan daha vacibdir”;”Cəhalət, güc və qürur ölümcül bir qarışıqdır”;” Gürur əsas günahdır, bütün başqa günahların kök səbəbidir”;“Qürurunuzu idarə etməsəniz, ən böyük cəzanız olacaq” və daha nələr, nələr...
Xeyli araşdırmalarımdan sonra məlum oldu ki, dilimizd’ki «qürur»  ərəb dilindəki “qurur”dan alınma söz olub, azərbaycanca "özündənrazılıq, şöhrətpərəstlik, təkəbbür" anlamına gəlirmiş. Onu da öyrəndim ki, Quranda eyni kökdən olan sözlərə iyirmi yeddi ayədə rast gəlinir. Əksəriyyətində də, "dünyaya qapılma, aldanma" mənasında işlənir ki, bu da böyük təhlükə hesab olunur. Bu sözün "qəflət, cahillik" mənaları da vardır. Bir sözlə, ərəb dilində bu söz yalnız mənfi keyfiyyət ifadə edib. 
Rus dilində “qürur” sözünün “qordost” (гордость) olduğunu və özünə hörmət, özünə dəyər, özünə güvən kimi mənalarda işlədildiyini, öz mənliyinə qiymət hisii kimi müsbət emosiyalar yaratdığını bilirdim.  Maraqlıdır ki, rus dilində bu sözün əks mənasında, mənfi emosiya yaradan, bütün digər günahların ilk səbəbkarı olan “qordınya” (гордыня) sözü də var. Qürurun “qordınya” kimi qarşılığı olmadığından (bəlkə də var, mən bilmirəm) belə anlaşılmazlıq yaranır. Ərəbcə “qururun” nə məna verməsindən asılı olmayaraq, bizim üçün qürur iftixardır, məğrurluqdur. - “Bayrağımız qürur mənbəyimizdir”, “Tarixi Zəfərimiz milli qürurumuzdur” və mən də Mehdi Mehdizadəyə görə qürur hissi keçirməkdə israrlıyam...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar