Xəbər lenti
Ərdoğan Qarabağa yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edib.
Manevr.az xəbər verir ki, Zəfər Günü münasibətilə Azərbaycana gələn Ərdoğanı İstanbulun Atatürk hava limanından Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul şöbəsinin rəhbəri Abdullah Özdemir yola salıblar.
Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmi şəxslər müşayiət edir.
Səfər çərçivəsində Ərdoğan İlham Əliyevlə ikitərəfli görüş keçirəcək. Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, səfər 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə həyata keçirilir.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































